1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğlunu bıçaqlayan şəxslər gizlənir...


Lent.az-ın verdiyi məlumata görə, Yasamal rayonu ərazisində fəaliyyət göstərən otellərdən birində 37 yaşlı şəxs 1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğlu intihara cəhd etmişdir. Verilən məlumata görə, Əhlimanın intihar etməsinə səbəb məlum deyildir, ancaq bildirilir ki, 1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğlu özünə bıçaq xəsarətləri yetirib. Məlumat yayıldıqdan sonra, hadisə yerində olan şəxslərdən verilən məlumata görə, həmin vaxt oteldə bıçaqlanma hadisəsi baş vermişdir. Hadisənin kimlərsə tərəfindən Hüquq Mühafizə Orqanları tərəfindən gizlədilməsi, törədilmiş cinayət hadisəsinin ört-basdır edilməsinə yaradılan şəraitdir. Məlumatlı mənbə bildirir ki, oteldə möhkəm dava-dalaş düşmüş və yaranmış mübahisədən sonra 1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğlu bıçaqlanmışdır. 
Maraqlı şəxslərin bıçaqlanma hadisəsini, intihar kimi qələmə verməsi və hüquq mühafizə işçilərini çaşdırması baş vermiş cinayət hadisəsinin, isti izlərlə üstünün açılmasına əngəl törədir. 
Biz çalışacağıq ki, məlumatlı şəxslərdən tam dürüstlüyü ilə hadisə barədə məlumat alaq və saytımızda dərc edək.
Mövzunu diqqətdə saxlayacağıq.