“Sahil” metrostansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli binanın şəriki Fariz kimdir..?
Fariz “Sahil İncisi” binasındakı 3-4 otaqlı mənzili 1 milyona satır...
Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, metropoliten kimi strateji obyektlərin ətrafında mühafizə zolağı deyilən bir sahə olur.
Mühafizə zolağında irihəcmli obyektlərin tikiliməsi, quraşdırılması təhlükəsizlik cəhətdən yolverilməzdir. Söhbət hər gün milyondan artıq insanın istifadə etdiyi metropolitendən gedir.
Təəssüf ki, Bakı şəhərində bu qızıl qaydaya nəinki əməl edilmir, hətta bu qaydalar pozulur.
Bunu sübut etməyə xüsusi ehtiyac yoxdur.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli yaşayış binasını hər gün hamımız görürük.
Yaxud “Xətai” metrostansiyasının mühafizə zolağında tikilən 23 mərtəbəli biznes binası...
Və ya Nəriman Nərimanov metrostansiyasının mühafizə zolağında inşa edilən binalar...
Bu siyahını uzatmaq da mümkündür.
Apardığımız araşdırma zamanı maraqlı rəqəmlə rastlaşdıq.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən çoxmərtəbəli binadakı 3-4 otaqlı mənzillərin qiyməti 750-800 min, bəzən 1 MİLYON civarındadır.
Görəsən bu mənzilləri almağa hansı müəllimin, hansı həkimin, hansı mühəndisin imkanı çatar. Əlbəttə, bu binadakı mənzillərin sahiblərinin hamısı dövlət məmurlarıdır. Hətta araşdırma zamanı bu binada 5 mənzili ( yəni 5 milyonu ...) olan məmurlara da rast gəldik.
İndi özünüz təsəvvür edin ki, Prezidentimiz demişkən, harınlamış məmur balkonda dayanıb dənizə baxacaq deyə, yüz minlərlə, milyonlarla metro sərnişinlərinin talehi sual altında qalmalıdır.
Görəsən, sabah iraq olsun hansısa fəlakətli hal baş versə, Metropolitenin keçmiş rəisi, hazırda İnşaat və Memarlıq Universitettinin kafedra müdiri olan Tağı Əhmədov və onun şərikləri olan Fariz və Natiq “troykası” bu məsuliyyətdən yaxalarını necə qurtaracaqlar ?
Yeri gəlmişkən, Fariz adlı biznesmenin əməlləri təkcə “Sahil İncisi” çoxmərtəbəli bina ilə yekunlaşmır.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Binə Ticarət Mərkəzinə çatmamış solda olan möhtəşəm “Green Park” restoranı da Farizə məxsusdur.
Təsəvvür edirsiniz, Fariz öz restoranına keçid üçün magistralın üstündən öz şəxsi pulu ilə körpü tikdirib.
Hələ bu harasıdır..?
Farizin dəyəri yüz minlər olan yaxtası da var.
Biz də “Onun arabası var...” mahnısına qulaq asırıq.
Bəli, imkanlı şəxslər öz övladlarına Farizin “Green Park” restoranında toy edirlər. Toyda bir nəfərin xərci isə 250 manatdır, yəni ölkəmizdəki minimal əmək haqqından az qala 2 dəfə çox.
Bəli, bu acı reallıqdır. Ki, yeni doğulan uşağa uşaq pulu verməyə imkan yoxdur, amma Fariz, Tağı, Natiq kimilər dəyəri milyonlarla ölçülən mənzillərdə yaşayır. Təkcə yaşamırlar ee, həm də cəmiyyətə və ölkəyə təhlükə yaradırlar. Yadınıza düşürsə Sahil metrosunun yaxınlığında bina yananda, jurnalistə burcutma deyən Tağı müəllim, "Sahil İncisi" kimi tanınan, Sahil metrosunun üzərində olan binadakı mənzilinin balkonundan yanğını seyr edirdi. Məhz o mənzildir ki, kirvələri həmin mənzili metronun üzərində olduğu üçün Tağı müəllimə pay veriblər. Bu haqda növbəti yazıda.
“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...
26
iyul
12:08

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Sahil Babayevdən BİABIRÇI TƏDARÜK - Qaziləri HƏBS ETDİRMƏK İSTƏYİR...
Xətaidə çoxmərtəbəli binada yanğın oldu
"Xətai Park”da 29 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Yeni tikilən metro stansiyasından FOTOLAR
Bakıda yaşayış binasında yanğın - VİDEO (YENİLƏNİB)
“Xankəndi” gəmisi ilə bağlı prezidentə şikayət edildi
Bakıda çoxmərtəbəli binada yanğın
Sahil Babayev bu ananın ah-naləsindən XƏBƏRDARDIRMI? - Şəkidən GİLEY...
Məcburi köçkünlərin məskunlaşdığı binada YANĞIN
"Sahil müəllim, biz tərəfə də bax..." - Sahibkarlar nazirə müraciət etdi
Xəzəri çirkləndirən istirahət mərkəzlərinin sahibləri cəzalandırıldı
DTX 3 rayonda əməliyyat keçirir - Rəislər saxlanıldı
Vətən Müharibəsində qazi, şəhid olanlara saxta “mənzil qayğısı”... - İTTİHAM
Sahil Babayevin işçiləri məqsədli olaraq QƏZƏB YARADIR? - NARAZILIQ!
Səlim Müslümovu Sahil Babayev HƏBS ETDİRİB... - İDDİA
Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın oldu
Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri müəyyənləşdi
"Sahil Babayev, mən sənə nə etmişəm?.." - Əsgər atasının ETİRAZI
Vətəndaşdan Sahil Babayevə ŞOK İTTİHAM - "Ailə üzvlərimin təqaüdü kəsilərsə..."
Paytaxtın bu prospektində tıxac var
Ətraf mühiti çirkləndirən 1411 nəfər məsuliyyətə cəlb olundu
Sahil Babayevdə xəstəlik aşkarlandı - FOTO
NƏ HƏBS: Sahil Babayev elə bir çətir altındadır ki... - İLGİNC GƏLİŞMƏ
ABŞ-da qayıq batdı: 38 nəfərin taleyi barədə heç bir məlumat yoxdur
Sahil Babayevin işçilərindən ŞOK BƏHANƏ... - Vətəndaşı görün, necə çilədən çıxarırlar...
Qarabağın incisi Şuşdadan yeni görüntülər - FOTO/VİDEO
Sahil Babayev nədən GETMƏLİDİR... - O elə əvvəlindən TÜKƏNİB!
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Dünən 3 nəfər yol qəzalarının qurbanı olub
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Azərbaycanda narkotiklə əlaqəli 5610 fakt aşkarlandı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 37 yaşlı kişi özünü GÜLLƏLƏDİ
- Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də