Səkinən arxasında Rəşad, vətəndaşların arxasında isə dövlətimiz dayanır…
Sumqayıt şəhər səhiyyə şöbəsində baş verən qanunsuzluqlara niyə göz yumulur…
Şəhər səhiyyə şöbəsinin xanım müdiri həbs oluna bilər…
Mövzuya başlamazdan öncə təxminən 40-50 il öncə baxdığım bir teletamaşanı xatırladım. Məktəblidən soruşanda ki “Böyüyəndə hansı peşənin sahibi olacaqsan “ cavab verir ki, həkim olacam. Səbəbini soruşanda bildirir ki, sinif yoldaşım gözümün qabağında qanaxmadan dünyasını dəyişdi…
Bəli, az qala yarım əsr əvvəl baxdığım bu tamaşadakı vəziyyət bu gün Sumqayıt səhiyyəsində davam edir.
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovaya deyən yoxdur ki, yarım əsrdə dünya səhiyyəsi az qala 500 il qabağa gedib, indi ürək köçürürlər, beyini əməliyyat edirlər, kora görən göz qoyurlar…sənin rəhbərlik etdiyin Sumqayıt səhiyyə şöbəsi isə adi burun qanaxmasının qabağını ala bilmir…
Nəinki ala bilmir ee, hətta naşı-savadsız müdaxilə ilə yeniyetməni həyatdan məhrum edir.
Əslində bu naşılıq-təcrübəsizlik deyil ee, bunun bir adı var- cinayətkarlıq.
XXI əsrdə insanın adi burun qanaxmasından dünyasını dəyişməsi rüsvayçılıqdır.
Görəsən, bütün bunlar ortada olduğu halda nə üçün Səkinə kimilər hələ də cəzasız qalır.
Belə məqamda hərdən deyirlər ki, o dünyada uca Allah onun cəzasını verəcəkdir.
Gəlin, belə bəsit söhbətləri yığışdıraq.
Allahın işi-gücü qurtarıb ki, Səkinə ilə məşğul olsun..?
Səkinə ilə Allah məşğul olacaqsa, bəs hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi, lap Hesablama Palatası hara baxır..?
Səkinə Sadıqova onsuz da Allaha şər atır və deyir ki, Allah mənə vergi verib…
Bu adamdan soruşan yoxdur ki, Allah sənə vergi verəndə deyib ki, get təcili yardım maşınlarının yanacağnı, benzinini, ehtiyyat hissələrini sat və təcili yardım maşını can üstə olan xəstəni mənzil başına çatdıra bilməsin..?
Belə yerdə deyirlər ki, ay sənin imanına salamlar olsun.
Həqiqətən də “ruhi xəstə” olan adama Sumqayıt boyda şəhərin səhiyyəsini tapşırmaq özü ağır məsələdir.
Bəs görəsən Səhiyyə Nazirliyi, konkret olaraq cənab səhiyyə naziri Teymur Musayev Səkinə Sadıqova barədə, daha doğrusu, Səkinənin əməlləri barədə nə düşünür.
Hesablama Palatası niyə bircə dəfə olsun Səkinədən soruşmur ki, dövlətin ayırdığı külli miqdarda vəsaiti hara xərcləmisən..?
Səkinə ağılda adama o boyda şəhərin səhiyyəsini tapşırmaqla iş bitmir ee…
Səkinə Sadıqova özü kimi adamları başına yığıb dövlətin vəsaitini talayır.
Məsələn, Səkinə Sadıqova Oqtay adlı birisini özünə hüquqi məsələlər üzrə müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün Səkinənin rəfiqələrindən biri olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə səhiyyə şöbəsində kadrlar üzrə müavindir.
Bütün bunlar bir yana Səkinə Sadıqova adi tibb bacısı olan qızını Odlar Yurdu Universitetində oxudaraq Bakıda “Respublikanski” xəstəxanasında həkim kimi işə düzəldib.
Bu hələ harasıdır..?
Səkinə Sadıqovanın bacısı Sədaqət “xanım əfəndi” az qala Sumqayıtdakı bütün xəstəxanaları idarə edir.
Bəli, normal tibbi təhsili olmayan, əvvəllər Vərəm dispanserində işləyən Sədaqət həkim 3 saylı poliklinikada həkim kimi çalışır, amma şəhər səhiyyəsini barmağına dolayıb, çünki o, Səkinə Sadıqovanın doğmaca bacısıdır. Bu korrupsiya halı deyilmi?
Səkinə Sadıqova o dərəcədə həddini aşıb ki, onu eşitməyən xəstəxanaların baş həkimlərini işdən çıxardır, bəzən isə həmin xəstəxanaları şöbəyə çevirir. Hansı ki, bu səlahiyyət ancaq səhiyyə nazirinə məxsusdur.
Səkinə Sadıqova Sumqayıt səhiyyə şöbəsinin müdiri olandan sonra qısa vaxtda dövlətin səhiyyə üçün ayırdığı milyonları mənimsəyərək, özü üçün bahalı avromobillər, evlər alıb.
Səkinə Sadıqova son vaxtlar bir neçə “novostroyka”da bahalı mənzil alıb.
Hələ bu harasıdır..?
Səkinə Sadıqova kimə arxayındır ki, bu əməlləri törədir.
Bəli, tam əminliklə deyirik ki, məmurlar kiməsə arxayın olmasalar bu dərəcədə harınlaya bilməzlər.
Səkinə Sadıqova hər yerdə deyir ki, mənim arxamda İcbari Tibbi Sığorta Agentliyində çalışan Rəşad müəllim durur.
Səkinənin arxasında kimin durmasını deyə bilmərik, amma Azərbaycan vətəndaşlarının arxasında dövlətimiz dayanır.
Tam əminliklə deyirik ki, yaxın zamanda Sumqayıt səhiyyə şöbəsində baş verən qanunsuzluqlara, cinayət əməllərinə hüquqi qiymət veriləcək və müdirənin səsi başqa yerdən gələcək.
Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..
26
iyul
20:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sumqayıt səhiyyə şöbəsinin “ruhi xəstə” müdiri Səkinə Sadıqova … - Səkinə Sadıqova Ruhi dispanserdə 2 ay müalicə olunub…
Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova barəsində dövlət qurumları niyə susur..?
SUMQAYIT SƏHİYYƏSİ MƏQSƏDLİ ŞƏKİLDƏ DÖVLƏTİN PULUNU GÖYƏ SOVURUR
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova barəsində “boyat” və təzə xəbərlər... - Səkinə Sadıqovanın tender biznesi….
250 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri Səkinə Sadıqova... - Mollanın inəyə dua yazması və Səkinə Sadıqovanın əməlləri...
Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqova necə 8 min manat maaş alır..? - Səkinə Sadıqova 8-ci sinif şagirdinin ölümünə görə, istintaqa cəlb olunmalıdır…
Sumqayıt səhiyyəsində Tender rüsvayçılığı … - Səkinə Sadıqovanın HƏBSİ qaçılmazdır….
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın tender biznesi… - Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızını nə edib ?
Səkinə Sadıqovanın ad günündən FOTO-REPORTAJ... - Sumqayıt səhiyyəsinin müdiri Səkinə Sadıqovanın ad günündə niyə “Kəmər gəlsin..” oxuyublar..?
Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın əməlləri… - Səhiyyə şöbəsində nə qədər ölü canlar var…
Sumqayıt Tibb Mərkəzi yaradılıb
“Gündəlik Bakı”nın Baş redaktoru Daxili İşlər Naziri, cənab general-polkovnik Vilayət Eyvazova müraciət etdi...
İstintaq ədalətli keçərsə, Səkinə Sadıqova və Kamran Əhmədovu hansı cəza gözləyir..? - Sumqayıt şəhər səhiyyə şöbəsinin qarajında “razborka”
Sumqayıt səhiyyəsini iflic edən Səkinə Sadıqova…- Millət vəkili Müşviq Məmmədli hadisə ilə bağlı “Gündəlik-Bakı”ya eksklüziv açıqlama verdi…
İcra başçısının koronavirusdan sağalan müavini dünyasını dəyişdi
Səkinə Sadıqova “qoçu dəstəsi” də saxlayırmış, bizə xəsarət yetirmək üçün killer axtarırmış... - Gündəlik Bakı 102-ə müraciət etdi…
Səkinə Sadıqovanın “qaziləri” zəng edərək Gündəlik-Bakıdan üzr istədi… - Səkinə Sadıqova yaxın zamanda məhkəmə qarşısında cavab verəcək…
Sabiq deputat vəfat etdi
Sumqayıt sakinini döyüb pulunu alan şəxslər tutuldu
Novxanı çimərliyində "Niva" sürənlər tutuldu
Daha bir həkim koronavirusdan vəfat etdi
Polisə tabe olmayan sürücü narkotik çəkibmiş - Video
Azərbaycanda sürücü polis şöbəsində ölüb
Azərbaycanda iki polis BIÇAQLANDI
Sumqayıt sakini əməliyyat masasında öldü
Burda şikayətlər elə bil boş quyuya atılır... - GİLEY
Sumqayıtda qətl: 19 yaşlı gənc 38 yaşlı kişini öldürdü
Keçmiş bələdiyyə sədrinə yüksək vəzifə verildi
Rəşad İlyasov: “Qohumlarını gördü, sağollaşdı, dünyasını dəyişdi”
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi