Azad edilən ərazilər MİNA-lardan, qalan ərazilər isə rüşvətxor MƏMUR-lardan təmizlənməlidir... 

Rüşvətxor məmurlar minadan da təhlükəlidir...

Cənab Prezident İlham Əliyev son təyinatlarda kadr sahəsində ciddi islahatlardan  və təmizləmədən bəhs etdi. 
Əslində Qarabağda uğurlu Zəfər müharibəsindən sonra bütün bunlar gözlənilən və sosial  sifariş idi. 
Bəli, 30 il cəmiyyətimizi iflic gününə qoyan Qarabağ problemi nəhayət rəşadətli ordumuzun və Müzəffər Ali Baş Komandanımızın sayəsində həllini  tapdı.   
Deməli, indi ciddi islahatların zamanı yetişib. 
Məhz buna görə də cənab Prezidentin son sərəncamları bunu bir daha təsdiq edir. 
Son bir ildə neçə-neçə icra başçısı, nazir və nazir müavini, agentlik və xidmət rəhbəri  vəzifəsindən azad edilərək  həbs olunublar. Və üstəlik onların dövlətdən oğurladığı milyonların hesabına  əldə etdikləri əmlak müsadirə  olunub. 
Yeri gəlmişkən, biz əbəs yerə yazmadıq ki, bütün bunlar həm də sosial sifarişdir. 
Bəli, dünən rəsmi yayılan informasiyadan bəlli oldu ki, həbsdə olan icra başçılarından birinin həyat yoldaşının adına təkcə Bakı şəhərində  20-30 mənzil, ticarət obyektləri, torpaq sahələri var. Və...
Bəli, bu gün yayılan xəbərdən bəlli olur ki, Qarabağda canı-qanı hesabına  savaşan, Prezident tərəfindən 3 medal və ordenlə təltif olunan Masallı sakini övladları ilə birgə toyuq hininə bənzər  evdə ( əgər buna ev demək mümkün olarsa ) yaşayır ( əgər buna yaşamaq demək olarsa ). 
Bəs görəsən, iki gün öncə vəzifədən azad edilən Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov iki ildir bunu görmürdü..? 
Dünən bu adam müxbirin sualına cavab olaraq deyib ki, ölkəmizin ən dilbər guşələrindən birində dincəlirəm. 
Belə icra başçılarını “dincəlməyə”  göndərməyin vaxtı çatıb...
Yəni cəmiyyətdə suallar yaranır ki, harınlamış məmurun ailəsinin 20 yerdə evi var, Qarabağ qazisinin isə daxması yoxdur. 
Məhz bunları nəzərdə tutan Prezident İlham Əliyev cənabları təmizlənmə prosesindən bəhs etdi. 
Bəli, gec-tez təmizlənmə növbəsi bütün rüşvətxor məmurlara çatacaq. 
Və Gündəlik-Bakı olaraq hesab edirik ki, təmizlənməyə ehtiyacı olan məmurlardan biri də Rövşən Rizayev və Mahir Abbaszadə cütlüyüdür. 
Bəli, söhbət Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rizayevdən və komitənin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədən gedir. 
Dəfələrlə yazmağımıza baxmayaraq  yenidən yazmağa məcburuq ki, Mahir Abbaszadə kimdir, nəçidir ki, Azərbaycan dövlətində iki mühüm vəzifə daşıyır. 
Bu adam həm Milli Məclıisin üzvü, millət vəkilidir, həm də yüz milyonlara sərəncam verə bilən bir Fondun direktorudur. 
Görəsən, bu məmləkətdə  başqa bir kadr yoxdur ki, mütləq  Mahir Abbaszadə iki mühüm görəvi daşımalıdır. Ən əsası odur ki, o buna layiqdirmi..? 
Birincisi, şəhid bulağı başında onun etdikləri nəinki millət vəkili, xalq elçisi adına, deputat adına, ümumiyyətlə, insana yaraşan məsələ deyildi. 
İkincisi, qaçqınların və məcburi köçkünlərin hesabına milyonlar qazanan, qolundakı saatın və həyat yoldaşına ad günündə bağışladığı kolye-boyunbağının qiyməti milyonlarla ölçülən Mahir Abbaszadə kimdir ki, az vaxtda milyonçuya çevrilib. 
Bəlkə, Mahir Abbaszadənin babasından  qızıl küpü qalıb, bəlkə Mahir Abbaszadə xəzinə tapıb..? 
Axı, normal cəmiyyətlərdə  məmur gəliri barədə hesabat-deklarasiya verməlidir. 
Biz əminik ki, yaxın zamanda Mahir Abbaszadə Azərbaycan xalqı, Azərbaycan Prezidenti, konkret olaraq hüquq-mühafizə orqanları qarşısında  hesabat verməli olacaq  və layiq olduğu cəzanı alacaq. 
Bəli, bir daha təkrar edirik ki, Rövşən Rizayev və Mahir Abbaszadə  cütlüyünün  qaçqın və məcburli köçkünlərin hesabına  dövlətin ayırdığı milyonları necə mənimsədikləri yaxın zamanda ortaya qoyulacaq. 
İndi isə bir neçə kəlmə cənab Rövşən Rizayevin keçmişi barədə. 
Bu adamın Bakida və Avropadakı restoranlar şəbəkəsini, hətta  Ermənistan prezidenti qarşısında  boynubükük, dayanmasını, Mahir Abbaszadə ilə birgə  keçirdikləri 100 milyonluq saxta tenderləri  və s hamısını qoyaq bir kənara. 
Bu adamın karyera  trayektoriyasına baxanda adam məntiq elminə də şübhə ilə yanaşır, adamı yayın cırhacırında üşütmə tutur. Ki, bunlar hansı yolla vəzifələrə  gəliblər. 
Belə ki, Rövşən Rizayev  ali təhsili olmaya-olmaya necə Ədliyyə Nazirliyində işləyib..? 
Başqaları nəinki universiteti, hətta aspiranturanı bitirsə də iş tapa bilmir. Amma Rövşən kimiləri  kimlərsə hələ tələbə olan vaxtı mühüm vəzifələrə hazırlayırlar. Bunda çox qaranlıq məqamlar var. 
Biz kiminsə karyerasına kölgə salmaq istəmirik. Amma bu suallara  gec-tez cəmiyyət cavab tələb edəcək. 
Əgər haqlı deyiliksə  qoy Rövşən Rizayev  sualımıza cavab versin. Ki, hətta tələbə olmayan Rövşən Rzayev 1982-ci ildən Azərbaycan  Respublikası Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə necə işləyə bilərdi..? 
Heç kimin tanımadığı  Rövşən Rizayev hansı yolla  Xanlar-Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildi..? 
Bu sualların sayını kifayət qədər artıra bilərik ee...amma..
Əmması odur ki, Rövşən Rizayev və Mahir Abbaszadə kimi  məmurlar  Qarabağda basdırılmış minalardan da təhlükəlidir. 
İnşallah yaxın zamanda Prezidentimizin səyləri nəticəsində  torpaqlarımız  minalardan və minadan təhlükəli bəzi məmurlardan təmizlənəcək. 
Bu məsələdə növbə Rövşən Rizayevlə Mahir Abbaszadənindir.