Gülsarə Kərimovnanın qəbul etdiyi qanunsuz qərar və qətnamələr ləğv edilməlidir…
Gülsarə Kərimovnanın müəmmalı həyat tərzi və iş qrafiki…
Azərbaycanda uzun müddət belə bir fikir formalaşıb ki, guya deputat, yaxud məhkəmə hakimləri toxunulmazdır.
Yəni bu iki statusa malik şəxslər istədiklərini edə bilərlər, qanunları poza bilərlər, amma onlara toxunmaq olmaz.
Yəni istənilən məmura, hətta nazirə, komitə sədrinə, icra başçısına “toxunmaq” olar, amma hakimlər və deputatlar toxunulmazdır.
Yəni bizim insanlar təəssüf ki, toxunulmazlıq məfhumunu beləcə bəsit şəkildə qəbul edirlər. Allah qoymasa, hakimlərimiz və deputatlarımız da belə düşünür. Amma…
Əmması odur ki, ötən il, yəni 2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq Azərbaycan Milli Məclisinin üzvü olan, deputat Eldəniz Səlimovun polisi döyüb-söydüyünə görə, qısa vaxtda deputat toxunulmazlığından məhrum edilərək həbs edilməsi bir daha göstərdi ki, heç kim toxunulmaz deyil.
Yeri gəlmişkən, cənab sabiq deputat nə dərəcədə həddini aşıbsa, polisə əl qaldırır və nəticə göz qabağındadır.
Yəni sənin deputatlığın, hətta hakim partiyanın üzvü olmağın, hətta Həsənağanın, bağışlayın Ramiz Mehdiyevin qohumu-zadı olmağın sənə toxunulmazlıq statusu verə bilməz. Yeri gəlmişkən, Ramiz Mehdiyevin deputat kürəkənini də arada qandalladılar.
İndi isə məhkəmə hakimlərləri ilə bağlı nümunəyə keçək.
İki gün öncə yayılan rəsmi xəbərlərdən bəlli oldu ki, Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Məhkəmənin hakimi işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb edərək almasına, 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.
Bundan başqa, İlyas Mahmudovun icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı qanunsuz məhkəmə aktlarının aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də 243 min 441 manat pensiya ödənişinin verilməsinə səbəb olmaqla dövlətə zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İlyas Mahmudov qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə 2019-cu ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Görəsən, bundan Suraxanı məhəkəməsinin sabiq hakimi, hazırda Zəngilan Rayon Məhkəməsinin sədri olan Gülsarə Kərimovna İmanova nəticə çıxaracaqmı..?
Gülsarə Kərimovna hələ Suraxanı rayon məhkəməsində hakim olarkən xeyli sayda qanunsuz və ədalətsiz qərarlar çıxardıb.
Zəngilan məhkəməsinin sədri olaraq isə gah ölüləri dirildir, gah diriləri ölü hesab edir, gah da ailələri kağız üzərində boşadır...
Bəli, Gülsarə Kərimovnanın xarici ölkə vətəndaşı olması, hansı statusla Azərbaycanda hakim olması, həyat tərzi barədə mətbuatda çox yazılıb. Bütün bunları hələlik qoyaq bir kənara.
Konkret olaraq Gülsarə Kərimovna qəbul etdiyi qanunsuz qətnamələrlə təkcə vətəndaşlara deyil, dövlətə də ziyan vurub.
Təsəvvür edirsiniz, koronavirus pandemiyası ilə bağlı karantin rejiminin ən kəskin vaxtlarında Gülsarə Kərimovna kağız üzərində boşanmalarla bağlı neçə-neçə məhkəmə işinə baxıb..? Ev bölgüsü ilə bağlı, köçürmədən bir neçə gün əvvəl çıxarılan qətnamələri araşdırsalar Gülsarə Kərimovnanın dövlətə vurduğu ziyanın üstü açılacaq. Onda ona heç kim kömək edə bilməyəcək, necəki İlyas Mahmudova etmədilər.
Həmin qətnamələr ləğv olunmalı və Gülsarə Kərimovna qanun qarşısında cavab verməlidir.
Biz yuxarıda Güsarə Kərimovnanın həyat tərzi məsələsini əbəs yerə qeyd etmədik.
Bir soruşan yoxdur ki, ay Gülsarə Kərimovna, istirahət, hətta bayram günləri məhkəmə binasına nə üçün və hansı məqsədlə gəlirsən..?
Görəsən iş qrafikini hətta 6-cı günə də salmaqla Gülsarə Kərimovna kimə qulluq edir..?
Ümumiyyətlə, məhkəmə binasında, kabinetində kiminlə iş görür...?
Yeri gəlmişkən, rayon məhkəməsinin cavan əməkdaşı nə üçün hərbi qulluğa, əsgərliyə getmir..?
Bəlkə, həmin əməkdaş “neqodnu”dur..? Əgər "neqodnu"dursa nə üçün məhkəmədə işləmək üçün "qodnu"dur? Nə üçün Gülsarə Kərimovnanın iki vəsiqəsi var? Gülsarə Kərimovnanın övladları hansı dövlət qurumunda çalışırlar? İmtahansız işə qəbul və ya mənim anam məhkəmə sədridir, cümləsinin kimə məxsusluğu isə başqa bir yazının mövzusudur.
Tükündən yağ daman bu cavan oğlan heç də “neqodnu”ya-zada oxşamır.
Nə isə çox dərinliklərə getməyək.
Və Gülsarə Kərimovna dindiriləndə hər şey bəlli olacaq, təki dindirilsin.
Bizi ziləyin.
Rüşvətxor məhkəmə hakimlərinin HƏBSİNƏ start verildi… - Növbə Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnaya çatacaq?..
27
iyul
16:28

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gülsarə Kərimovnanın ƏDALƏT, yoxsa ƏDAVƏT tərəzisi..? - Gündəlik-Bakı heç vaxt barəsində yazmadığı Camalzadə tərəfindən məhkəməyə verilib…
Gülsarə Kərimovna ölkədən qaçmağa hazırlaşır...?- Zəngilan Rayon Məhkəməsinin sədri hansı dövlətin vətəndaşıdır..?
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna kişidir ? - Bunu məhkəmə sədri qoyanda baxmadınız ki, bu kişidir, yoxsa arvad ?
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovnanın “ƏDALƏTİ”…?- Ramiz Mehdiyevin kadrı RACON KƏSİR….
Gülsarə Kərimovnanın ədaləti icra başçısı Mərdan Camalovdan ha…. qalıb... - Yığışdırın Ramiz Mehdiyevin tör-töküntülərin....
Prezident bəzi məhkəmə hakimlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verdi... - NÖVBƏ GÜLSARƏ KƏRİMOVDADIR…
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
Divar qurtarır məhkəmə sədri Gülsarə Kərimovna... - Gülsarə Kərimovna, eşq ayrı, məşq ayrı...
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna Zəfər günü “imic”ini dəyişmək istəyib...- Şəhid anasına “Necəsən ?” deyən Gülsarə Kərimovna naxoşdur...
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “Yusif Züleyxa” məsələsi…-Məhkəmə sədri dövlətin qanunlarını deyil, Ramiz Mehdiyevin göstərişlərini əsas tutur…
Zəngilan məhkəməsinin qadın sədri toyda “Dolya Varovskaya” oynayıb…? - Gülsarə Kərimovna “Lambada” oynamaq istəyəndə onu məclisdən çıxarıblar…
Zəngilan Məhkəməsində ÖZBAŞINALIQLAR- GÜLSARƏ, VÜSALƏ, AĞA VƏ AĞAMİRZƏNİN “işbirliyi”
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovna “diri adamı öldürür”- Gülsarə-Ağa-Vüsalə üçlüyünün saxta məhkəmə ssenarisi…
Gülsarə İmanovanın kimliyi bəlli oldu- Zəngilanın məhkəmə sədri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın sifarişlərini yerinə yetirir…
Azərbaycan məhkəmə-hüquq sistemində nümunəvi hakim:Cəmilə Səfiyeva…- Cəmilə Səfiyeva “Veysəloğlu”nu puluna və arxasında duranlara baxmayaraq ədalətli qərar çıxardı…
Gülsarə Kərimovnanın ədalət tərəzisi xarab olub, işləmir… - Zəngilan məhkəməsinin sədri dövlət dilimizi öyrənmək istəmir, amma “Lambada” oynaya bilir…
Bakı Apelyasiya Məhkəməsinin "Gündəlik Bakı Qəzeti Redaksiyası MMC" ilə bağlı yeni ədalətli qərarı...
Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə İmanovanın SİRR PƏRDƏSİNƏ bürünmüş AVTOBİOQRAFİYASI…
Bakı Apelyasiya məhkəməsi "Gündəlik-Bakı Qəzeti Redaksiyası MMC" ilə bağlı tarixi qərar qəbul etdi… - Prezidentin məhkəmə sistemindəki islahatları artıq öz bəhrəsini verir…
“Seçkiləri cənab prezident təyin edir, ona görə də...” - deputat
Məhkəmə zalına krassovkada, idman şalvarında gələn məhkəmə sədri Gülsarə Kərimovna…- Gülsarə Kərimovna, sən artıq bitdin, tükəndin, bizdən uzaq ol..
Ramiz Mehdiyevin qohumları bir-bir gedir... - Levan getdi, indi də növbə Kerimovna Gülsaranındır...
Ağaclara qənim kəsilən atanın deputat oğlu polisi döyər..- Deputatı atası kəsən ağacların ahı tutdu...
200 məhkəmə hakimi sistemdən qovulub…. - Bu ölkədə məhkəmə-hüquq sistemindəki fəlakət deməkdir…
Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “KVARTET”i- Kontrabasda çalır Türkmənistan vətəndaşı Gülsarə xanım...
Bu gün Milli Məclis Eldəniz Səlimovun məsələsinə baxacaq
Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - YENİLƏNİB
Zəngilan sakini: Mənim ailəmi rüşvət alaraq Məhkəmə sədri Gülsarə Kərimovna və Ağamirzə Məmmədov dağıtdı- ŞOK FAKTLAR
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovna HƏBS OLUNA BİLƏR- ŞOK FAKTLAR
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Elman Nəsirov: “Aşurada dindarların Azərbaycan bayrağı ilə birlik nümayiş etdirmələri təxribat törədənlərə layiqli cavab oldu”
- Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
- Rusiya Donetskdə yaşayış binasını atəşə tutub
- Minik maşını avtobusla TOQQUŞDU
- Bu məktəbin direktor əvəzi və direktor müavini işdən ÇIXARILDI
- 4 yük gəmisi Ukraynadan İstanbula yola DÜŞDÜ
- Sumqayıtda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ
- Trampdan üçüncü dünya müharibəsi təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Xaçmazda müəllimdən məktəb rəhbərliyinə - Ciddi ittiham
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Bu istiqamətində şiddətli döyüşlər gedir
- Vətəndaşların NƏZƏRİNƏ: "Ayıq-sayıq olun!" - XƏBƏRDARLIQ
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də