Çaya susuz aparıb susuz gətirmək....
Köhnə kadrlar bəzi "məsələlərdə" yeni kadrları çaya susuz aparıb susuz gətirərlər...
Gömrükdən sonra növbə "Azərsu"yundur...
Son illər aparılan kadr islahatlarının sosial sifariş olması barədə media orqanı olaraq dəfələrlə yazmışıq.
Həqiqətən də, on illərlə kresloya bitən və qopmayan icra başçılarının, nazirlərin, komitə sədrlərinin vəzifədən uzaqlaşdırılması cəmiyyətin gözləntilərindən idi.
Bu məmurların bir çoxu az qala ÖTƏN ƏSRİN 90-cı illərindən vəzifəyə gəliblər.
Yəni ən yaxşı halda cəmiyyətin gözünü “mazol” ediblər.
Ən dəhşətlisi odur ki, “mazol” məsələsindən başqa, bu kreslo sahibləri başdan ayağa rüşvət və korrupsiya bataqlığında idilər, bunların rüşvət hesabına aldıqları villalar, mülklər, avtomobil kolleksiyaları cəmiyyətdə haqlı olaraq aqressiya yaradırdı.
Digər vacib faktorlar da var.
Həm də ən vacibi, bu şəxslər dövlət başçısının etimadını doğrultmurlar.
Belə olan halda bütün sferalarda yeniləşmə, kadrların gəncləşməsi prosesi başladı.
Qısa vaxtda xeyli sayda rayonlarda yeni, gənc icra başçıları vəzifələrə təyin olundu.
Daha sonra bir neçə komitə və nazirliklərə gənc, Avropada təhsil almış kadrlar təyin olundu.
Amma gəlin açıq etiraf edək ki, gözlənilən nəticə ortada yoxdur. Hətta cənab Prezident yeni kadrları təyin edəndə “Əgər etimadı doğrultmasanız...” deyir.
Bəli, ortada faktlar və ciddi səbəblər var.
Yəni böyük bir rayona, yaxud komitəyə, nazirliyə təyin olunan gənc kadr, rüşvətxor və korrupsilayalaşmış şəbəkə ilə işləmək məcburiyyətində qalır.
Babalarımızın gözəl bir misalı var ee...
Deyir səni çaya susuz aparıb susuz gətirərəm...
Bəli, köhnə rüşvətxor komanda yeni rəhbəri elə təcrid edir ki, “çay-su” məsələsi yada düşür.
Gəlin konkret olaq qurumların birində bu məsələyə nəzər salaq.
Məsələn, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ( ASC ) misalında gəlin problemə nəzər salaq.
Bu qurumda baş verən yüz milyonlarla maxinasiyalar, tender oyunları, 1 kranı 1 milyona satmaq və s kimi cinayət əməllərini sadalamaqdan media orqanları yorulub.
Kimlərsə deyə bilər ki, bunlar azad medianın uydurmasıdlr.
Yaxşı, bəs cənab Prezident İlham Əliyevin müşavirədə dediklərinə nə deyirsiniz, cənablar..?
Cənab Prezidentimiz İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışıb. Cənab, Prezidentimiz ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib.
Ali Baş Komandanımız onu da deyib ki:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezidentimiz özü də açıq şəkildə deyir ki, 40-50 faiz su itkisi yalandır…
Deməli, 40-50 faiz su itkisi milyonlar deməkdir.
Bəli, biz media olaraq dəfələrlə, ASC-nin az qala 20 ildir sədr müavinləri olan Rafiq Aslanovun, Zakir Quliyevin əməllərindən yazmışıq.
Axı, dövlətdən konkret maaş alan Rafiq Aslanov, yaxud Zakir Quliyev Avropada mülkləri hansı pulla alıblar..?
Zakir Quliyev daş-qum-çınqıl karxanasını, balıq vətəgələrini hansı pulla saxlayır..?
Əlbəttə, cənab Prezidentimizin dediyi 40-50 faiz su itkisi ilə…
Əslində bunun adı sadəcə su itkisidir…
Biz dəfələrlə oxucularda aydın təsəvvür yaranması üçün ASC-nin bütün qurumlarının siyahısını vermişik ki, qurumdakı rüşvət və korrupsiyanın miqyası, “razmeri” aydın olsun.
Azərbaycanın hər rayonunda ASC-nin idarəsi, kanalı, istismar müəssisəsi var.
İndi isə keçək əsas mətləbə.
Bütün ölkəni əhatə edən, son dərəcə korrupsiyanın olduğu ASC-yə Zaur Mikayılov xeyli müddətdir ki, sədr təyin olunub.
Bu müddət ərzində nə dəyişib..?
Niyə bircə dəfə Zaur Mikayılov müavinləri Zakir Quliyev, Rafiq Aslanovun əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat vermir, yaxud obyektiv audit yoxlaması tələb etmir..?
Bax, bizim üçün maraqlı olan budur ki, yeni rəhbər kadrlar, nə üçün köhnə komanda ilə işləməyə üstünlük verirlər və tədricən onlara uyğunlaşırlar.
Sözümüzün canı odur ki, niyə təyin olunan yeni kadrlar susmağa üstünlük verirlər..
Bax, əsas məsələ budur.
P.S. Biz üzərimizə düşən məsələni etdik, eşitdik, dinlədik və yazdıq. Araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir.
“Azərsumeliorasiya”nın sədr müavinləri Zakir Quliyev, Rafiq Aslanov niyə məsuliyyətə cəlb olunmurlar..?- İLGİNC
30
iyul
20:05

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nərimanovda köhnə qəbristanlıqda MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
Amin Musayev 2 gün ac-susuz qalandan sonra əsir düşüb: “Xankəndi uğrunda döyüşdə...” - Video
Nə qədər ki, SU-yun başında Zakir Quliyevlə Rafiq Aslanov durur… - Su itkisi 40-50 faiz yox e, lap 90 faiz olacaq…
Oliqarx məmurlar Saatlıda 4 kəndi susuz qoyub – İcra başçısı kəndlilərdən qaçır
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb
Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?- Niyə Zakir Quliyevlərdən, Rafiq Aslanovlardan ASC-ni təmizləmir ?
Zakir Quliyevlər, Rafiq Aslanovlar nə qədər SUYUN başında "YEZİD" kimi dayanacaqlar..? - Görəsən ASC-nin sədri Zaur Mikayılov niyə susur ?
“Vəzifədən getsinlər, özlərini bədbəxt etməsinlər” – Elman Nəsirovdan məmurlara MESAJ
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
ETSN nədən səriştəsizlərə MEYDAN VERİR? - PROBLEM
“GöyçaySu”nun rəisi Şakir Əhmədov HƏBS oluna bilər...- Şakir Əhmədovun sərvətinin ŞOK siyahısı: 3000 baş qoyun və s...
“Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat
“Başsız” qalan “Azərsu” uğrunda amansız mübarizə gedir- Rafiq Aslanov, Zakir Quliyev, İlham Quliyev və icra başçısı “Azərsu”nu ələ keçirmək istəyir..
Gəncəlilərin yayın günündə SU ÇİLƏSİ... - GİLEY
Cəmiyyətin gözünü “mazol” edən, “naftalin iyi verən” icra başçısı Rafil Hüseynov kimi məmurlardan qurtarmaq lazımdır… -Sensasion FAKTLAR
Cəlilabadda Marsda susuz yaşaya biləcək adamlar yetişdirilir... - BUNUN BAŞQA ADI YOXDUR...
Türkiyə su ilə sınağa çəkilə bilər - İstanbulda vəziyyət kritikdir
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
“Kölgə iqtisadiyyatı”nın baş memarı da həbs olunacaq? - İzlər Fazil Məmmədova aparır...
Bakıda biabırçılıq: İki həftə susuz qalan vətəndaşlar yağış suyundan istifadə edir - VİDEO
Lənkaran icra hakimiyyətinin saxta diplomlu məmurları və bahalı avtomobil sahibləri KİMLƏRDİR? – ŞOK İDDİA
Tələbələrdən ETİRAZ: Burada RÜŞVƏT TÜĞYAN EDİR... - TOTAL NARAZILIQ
“Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-lər birləşir… - Yeni qurumun rəhbəri oliqarx Rafiq Aslanov olur…
Cənab Zaur Mikayılov, bəs nə oldu islahat? - Nə qədər ki, Rafiq Aslanov, Zakir Quliyev vəzifədədir, su itkisi 60-70 faizə çatacaq…
“Əhalinin maaşlarını mənimsəyən məmur, komitə sədri, nazirlər...”
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
Qax Suvarma İdarəsinin rəisi Cəlal Əskərovun korrupsiya əməlləri… - Cəlal Əskərov fərdi sahibkardan 1 milyon manatlıq nə alıb..?
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Dünən 3 nəfər yol qəzalarının qurbanı olub
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Azərbaycanda narkotiklə əlaqəli 5610 fakt aşkarlandı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 37 yaşlı kişi özünü GÜLLƏLƏDİ
- Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də