Yəqin ki, Mərdan Camalov məhkəmədə deyəcək ki, on milyonluq  mülklər Tərxanım Camalovaya babasından miras qalıb..

İmişlinin  sabiq  icra başçısı, hazırda məhbus həyatı yaşayan Vilyam  Hacıyevin başına gələnlərdən uzun-uzadı  yazıb  oxucunu yormaq fikrində deyilik. 
Təkcə onu qeyd edək ki, Vilyam Hacıyevin   həyat yoldaşı Cülyettanın adına  10 milyon dəyərində  mülkiyyət  aşkar edilərək,  müsadirə edilib. 
Vilyam isə məhkəmədə deyib ki, həmin mülkiyyət  həyat yoldaşına babası Akopdan miras qalıb. Sonda hakim Vilyam Hacıyevə 13 il cəza  verib.
Nə isə, bu qısa məlumatdan sonra keçək Şirvan şəhərinin sabiq, Zərdabın indiki başçısı Mərdan Camalovun  məsələsinə. 
Gəldiyimiz  qənaəti, nəticəni bəribaşdan qeyd edərək, keçək Mərdan Camalovun əməllərinə. 
Gəldiyimiz nəticə budur ki, yaxın zamanda Mərdan Camalovu da  Vilyam Hacıyevin aqibəti gözləyir.  
Bəli,  Vilyam Hacıyevin  mülklərinin çoxu  özünün dediyi Akopun, bağışlayın arvadı Cülyettanın adına olan kimi, Mərdan Camalovun da  on milyonlarla dəyəri olan mülklərinin çoxu onun həyat yoldaşı Tərxanım xanım adlı qadının adına rəsmləşdirilib. 
Birincisi gəlin görək Tərxanım xanım kimdir ki, Mərdan müəllim  10 milyonlarla dəyəri olan  mülkləri Tərxanım xanıma və onun əkiz  oğlanlarına  etibar edərək  bağışlayıb.  
Məlumat üçün qeyd edək ki, medianın araşdırması  zamanı bəlli olub ki, Mərdan Camalov  1979-cu ildə  Tərxanım adlı  xanımla  ailə həyatı qurub. 
Amma  1993-cü ildə  Mərdan Camalov rəsmi olaraq Tərxanım xanımdan boşanıb. 
Qohumlarının dediyinə görə, bu cütlüyün uzun müddət uşağı  olmayıb, səbəb isə Mərdan müəllimdən olub. Mərdan müəllimin  böyrəklərində problem var imiş. 
Əlbəttə, biz insanların fiziki qüsuruna görə, onlara yuxarıdan aşağı baxmağın tərəfdarı deyilik. Bu insanın talehidir. Heç kəs bundan sığortalanmayıb.  Amma…
Əmması odur ki, 1995-ci ildə  Tərxanım xanımın heç kimlə rəsmi nigahı olmasa da iki əkiz  oğlan, Həsən və Hüseyni  dünyaya gətirib. 
Əlbəttə dünyaya övlad gəlməsi sevindiricidir. Biz də dünyaya gələn hər körpəyə görə sevinirik. 
Amma ortaya sual çıxır ki, neçə il əvvəl  boşanmış, dul qadın olan Tərxanım xanımın  əkiz oğlanlarının sənədlərinin atalıq qrafasında kimin adı yazılıb?
Yəni oxucular pis başa düşməsin ee,  dünyaya uşaq gəlibsə, bunun bir atası olmalıdır. 
Axı, Mərdan və Tərxanım cütlüyünün 15 il uşağı olmayıb və boşanıblar. 
2 il sonra Həsən və Hüseyn dünyaya gəlib…
Vallah bizi qınamayın lap dini kitablarda  yazılanlar yada düşür. 
Nə isə çox dərinə getməyək və sadəcə qeyd edək ki, həmin illərdə Mərdan müəllim  Mərkəzi Klinikaya gəlib gedirdi, yəni harasınısa müalicə etdirirdi. 
Onu da qeyd edək ki, Mərdan Camalovun şəxsiyyət vəsiqəsində  SUBAY olduğu qeyd  edilir. Amma...
Əmması odur ki, rəsmi dövlət saytlarında  Mərdan Camalovun  AİLƏLİ olduğu və 4 övlad atası olduğu qeyd edilib. 
Hətta araşdırma zamanı bəlli oldu ki, Mərdan Camalov rayondakı Heydər Əliyev adına  parkdakı  şahmat mərkəzini  oğlu Samir Camalova verib, orada Samirin  “Şəlalə” adlı çayxanası, telefon mağazası və daha nələri var. 
Amma  araşdırma zamanı  Həsənin və Hüseynin adlarına rast gəlmədik. 
Lakin  daxil olan məlumatlardan bəlli olur ki, Mərdan Camalov  əsas varidatını  sənəd üzərində olmayan həyat yoldaşı Tərxanım xanımın və Həsən-Hüseynin adına  “oformit” edib. 
Yaxın zamanda bu mülklərin tam siyahısını təqdim edəcəyik. 
Görünür Mərdan Camalov da  bəzi məmurlar kimi izi itirmək, gələcəkdə istintaq orqanlarını çaşdırmaq üçün Tərxanım xanımdan kağız üzərində boşanıb. Yəni xalqdan və dövlətdən oğurladığı yüz milyonların gələcəkdə müsadirə olunmaması üçün bu yola əl atıb. 
Təsəvvür edin ki, gələcəkdə  məhkəmə zalında Vilyam kimi  Mərdan Camalov da  deyir ki, bu mülklər mənim deyil, Həsənlə Hüseynin anası  Tərxanım bacınındır. Tərxanım bacıya da  babasından miras qalıb. 
Ay səni Mərdan...elə bilirsən şəhid atasına kəllə atmağını Allah sənə bağışlayacaq, yerin altındakı qaz turbalarını, telefon qovşağındakı  qiymətli metalları satmağını dövlət sənə bağışlayacaq...
Mərdan Camalovun özünə belə güvənməyinin arxasında nə dayanır..? 
Məlumdur ki,  Mərdan Camalovun mərhum qardaşı  Yavər Camalov uzun illər  Azneft-in rəhbəri olub, sonradan isə  Müdafiə Sənayesi naziri olub. 
Mərdan Camalov hər yerdə deyir ki, mərhum qardaşı Yavər Camalov  ölməzdən öncə  yaxınları üçün yuxarıdan “toxunulmazlıq”  təminatı alıb, yəni qohumlarıma  dəyməyin.
Amma Mərdan  Camalov bunu yalan deyir, toxunlmazlıq  statusunun Mərdan Camalova zərrə qədər dəxli yoxdur. 
Yaxın zamanda hüquq-mühafizə  orqanları Mərdan Camalova elə toxunacaqlar ki, səsi ərşi-əlaya çatacaq. İndi "İLDIRIM" necə çaxırsa, onda da elə çaxacaq. 
Darıxma Mərdan Camalov, bu yalanların  bir sonu olmalıdır. Yolunu Kürdəxanı gözləyir. 
Növbəti sayımızda subay Mərdan Camalovun sənədsiz həyat yoldaşı olan Tərxanım xanımın adına olan mülklərinin siyahısını dərc edəcəyik.
Biz gördüklərimizi yazdıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir.