Toy günü hər bir qadının ən özəl və gözəl günlərindən sayılır. Ona görə də qadınlarımız bu günə xüsusi hazırlaşır, çünki gəlin əlbbətdə hər kəsdən seçilməlidir.  Bu məsələnin estetik və özəl tərəfi, amma gəlin görək bu durumu həll etmək üçün hər kəsin büdcəsi və maddi vəziyyəti buna uyğundurmu? Bu məqsədlə gəlinliklər aləminə bir səyahət etdik.. Bizdə bu mağazalarla tanış olmaq üçün yollandıq Sibella gəlinlik mağazasına. Göz oxşayan, biri birindən dəb-dəbəli gəlinliklərin qiymətləri ilə yaxından tanış olduq. Ötən illərə nəzər salsaq  Bakının məşhur, brend mağazalarında 1 günlük kirayə verilən gəlinliklərin qiymətləri gözümüzdən qaçmadı. Deyilydiyi kimi varmış. 1 günlük kirayə gəlinlik 3500-3000 manat arası dəyişir. Qız toyu üçün gəlinliklər oğlan toyuna nisbətən münasib qiymətə idi. Cox da böyük dəyişiklik yox idi. Mağaza sahibi Gülnarə xanım ilə söhbət etdik, qiymətlərin nədən baha olduğunu soruşduq. Cavabı belə oldu: Biz dollarla alırıq deyə xərcimiz çox çıxır. Gəlinliklər təkcə kirayə verilmir, satışda da var, amma nadir hallarda olur ki, müştəri paltarı satın alır. Gülnarə xanım qeyd etdi ki, müştərinin imkanı daxilində endirim etməyə də çalışırıq. 
Amma bilmirəm yazımın sonunu belə bitirmək doğrudur, yoxsa yox: Bir onu bilirəm ki,?...

Bir şeyidə unutmayaq ki, o toy məclisi nə qədər lüks və dəb-dəbəli, gəlinlik isə nə qədər bahalı şahanə olsa da, bunlar dünya evinə yeni qədəm basacaq olan cütlüklərin gələcək xoşbəxtliyinin ana təməli deyil. Ona görə də bunlar sadəcə gözəl görüntü yaratmaq üçün, toylarımızın "olmazsa olmaz"dı, əsl xoşbəxtlik və uğur isə toydan sonra yaşadıqları birgə həyat yolunda gənclərimizin bir birilərinə qarşı sevgi, hörmət və anlayışla yanaşıb möhkəm bir ailənin təməlini qoymalarıdır.