Çörəyi dizinin üstə olan Məhəmmədəli kişinin oğlu…

Haqqında bəhs edəcəyimiz, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov  öz  rəsmi tərcümeyi-halında yazdığına  görə, Əli Məhəmmədəli  oğlu Həsənov 1960-cı ildə Naxşıvanda anadan olmuşdur. 
1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuşdur. 
Burada  bir STOP. 
Birincisi, Əli Həsənov hansı orta məktəbdə təhsil aldığını niyə gizlədir..? 
İkincisi, Əli Həsənovun  az-çox normal savadı  olsaydı, birinci il universitetə daxil olardı. 
Üçüncüsü,  Əli Həsənov niyə, harada hərbi xidmətdə olduğunu gizlədir..? 
Sonra BDU-nun tələbəsi olan Əli Həsənov  1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 
1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş,  “1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)”  mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 
Görəsən tarix alimi olaraq  Əli Həsənov  qanmır ki, 1917-18-19-2020-21-ci ci illərdə  SSRİ deyilən dövlət yox idi. 
Bərəkallah  savadına, ay Əli müəllim. 
Əli Həsənov yazır ki, 1992–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam. 
Ay Əli müəllim, sən həmin illərdə Bakıda  metal emalı ilə məşğul olan Quskanın ( Hüseyn Abdullayev )  yanında tərəzidə metal qırıntısı çəkmirdin..? 
Nə pedoqoji, nə elmi fəaliyyət əə..? 
Quska  səni tərəzini düz çəkmədiyin üçün neçə dəfə mal balası kimi döyüb əzişdirməyib..? 
Əli müəllim, yazırsan ki, 1992-95-ci illərdə ictimai-siyasi fəaliyyətlə məşğul olmusan. 
Əə,  əvvəl Tamerlan Qarayevin Doğru  Yol Partiyasına girdin. Sonra qaçıb özünü Etibar Məmmədovun AMİP-inə soxdun, sonra da Quskanın əli ilə YAP-a daxil oldun. 
Yəni sənin siyasi partiyaları 
gəzəyən olduğunu bütün ölkə bilir. 
Əli Həsənov,  yazırsan ki, guya YAP-ın qurulmasında iştirak etmisən. Əə, sən nə təhər adamsan əə...
Əə, sən 1990-larda  o zamankı 1-ci katib Əbdürəhman Vəzirova təriflər yazırdın, sonra  Tamerlan Qarayevə sığındın, sonra AMİP  və s. Sən nə vaxt YAP-ı quranlardan olmusan.
Sadəcə, o zamankı əmək naziri Əli Nağıyev sənin acından öldüyünü görərək, sənə YAP-da iş, daha doğrusu ÇÖRƏK verdi. 
Əə, sən evinə soğanı da kilo ilə deyil 4-5 dənə alırdın, yadından çıxıb  bir dəfə sənə kim 3 kilo soğan alıb verdi.   
Bəli, Əmək Naziri Əli Nağıyev  sənə çörək verdi, evinə apardı, yeməkdən doymurdun, çünki ömrü boyu ac olmusan. Və..
Sabahısı günü  lazım olan yerə gedib dedin ki, dünən Əmək Naziri Əli Nağıyevin evində oldum, onun bahalı lüstürü  qırılıb düşsə Azərbaycan dağılar. Sabah sənin üzünə nələr demədilər..
Bu xasiyyətinə görə, sənə gördüyündən göz kirəsi istəyən Əli deyirlər. 
Həmin lüstürə  necə sahib oldun, ay çörəyi dizinin üstündə olan Əli. İndi həmin lüstür sənin evindədir. Evindəki  həmin lüstür  qırılıb düşsə, Bakı lərzəyə gələr. Bəlkə elə deyil, elə deyilsə gedək, bir yerdə baxaq.
Əə, yazırsan ki, guya  1995–2020 ci illərdə beynəlxalq münasibətlər və geosiyasət mövzusunda 40-dan çox monoqrafiyan, 8 dərsliyin və yüzlərlə elmi məqalələrin xarici dillərə tərcümə edilərək dünyanın ondan artıq dövlətində çap olunmuşdur.
Əli Həsənov, 5 ildə 40-dan çox monoqrafiya, ildə  8-9 monoqrafiya deməkdir. Ay zalım oğlu, sən moniqrafiyanın nə demək olduğunu başa düşürsənmi..? (bəs o, Gürcüstanlı (fosfor qardaşın) yazdıqlarını öz adınıza çıxmaqla deyirsən bəs ki, açılmayacaq heçnə, bu dəfə üzümüzə adam durquzub, tutdura bilməyəcəksən) 
Əə, adam oğlu adam, bir ildə  8-9 monoqrafiyanı necə yaza bilər..? 
Əli Həsənov,  həyat yoldaşın Sona xanım müsahibəsində deyir ki, Əli ilə kirayədə qalanda gecə-gündüz arzu edirdik ki, kaş biizm də Bakıda 1-2 otaqlı evimiz olaydı. 
Əli Həsənov Xətaidə çox mərtəbəli binanın bir mərtəbəsini bütöv sənə hədiyyə verdilər. 
Xətaidə özəl  Estetik klinikanı xanımının adına keçirdin. 
Xətaidə  Kaspi Təhsil Mərkəzinə sahib oldun. 
Ay Məhəmmədəli kişinin ac oğlu, axırda gözün doymadı, körpə uşaqların oynadığı  meydançanı ələ keçirib yerində özünə obyekt tikdin. Ərazinin sakinləri mətbuata şikayət edəndə bütün mətbuatın ağzını tikdin, qoymadın bu barədə yazsınlar. 
Xətaidəki Estetik Klinikada uşaq sənin həkimlərinin səhvi ucbatından öldü, bütün mediaya zəng edərək hədə-qorxu gəldin ki, bu barədə yazmayın. 
Bəli, Əli Həsənov. Sən özünə lazım olanda medianın ağzını tikə bilirsən. Amma unutma ki, bir gün sənin də ağzını tikən olacaq. 
Amma sənə lazım olanda medianın ağzını kalafa kimi açırdın, məmurların, malı, mülkü, sərvəti barədə mediaya yazılar ötürürdün. 
Bəli Əli Həsənov və onun mirzələri, media çetesi insanları, əsasən də məmurları şər-böhtanla ləkələyirdilər. Hamısı da Əli Həsənovun sifarişi ilə olurdu. 
Bütün bunlara görə, Əli Həsənov başda olmaqla onun mirzələri, media çetesi həbs olunmalıdır. 
Media  vasitəsilə möhtərəm Prezidentimizə müraciət edirik ki, ölkədə sabotaj yaradan Əli Həsənov və onun trolları, media kapitanları quldurluqla məşğul olurlar. Bu çetenin bir çox üzvləri xarici dövlətlərin iş verənləridir. 
Bəli, bu barədə  zamanında  yazıb müraciət edəndə, bizim müraciətimiz  Əli Həsənovun əli ilə kimlərinsə nəzarətinə keçdi. 
Əli Həsənov və ətrafındakı çete milyardlarla maxinasiyalar edir və sonda kimlərisə qurban verir, kimlərsə  güdaza gedirdi. 
Bəli, hazırda Əli Həsənov və onun dəstəsi ölkədəki sabitliyi pozmağa, görülən işlərə kölgə salmağa, cəmiyyətlə hakimiyyət arasında qarşıdurma yaratmağa çalışırlar. 
Əli Həsənov məclislərin birində deyib ki, karyeramın ən parlaq vaxtında məndən qorxaraq  məni vəzifədən çıxardılar.
Görəsən,  Quskanın tərəzisinin dalından siyasətə gələn bu adam  hansı karyeradan  danışır..? 
Görəsən, kölgəsindən ürkən Əli Həsənovdan kim qorxurmuş..? 
Əli Həsənov deyir ki, məndə məlumat-informasiya çoxdur, kimsə mənə dəyə bilməz. 
Həə, Məhəmmədəli kişinin oğlu, sən bildiyini özünlə gora aparacaqsan. 
Həə, ay  “Qaragilə”  Əli Həsənov, sənə deyirik ki, 2016-cı ildə sən necə dirəşmisənsə, biz də eynisini edəcəyik. Yəni dişə diş, gözə göz, artığını etmərik. 
Allah şəfa versin, deyirlər həyat yoldaşın Sona xanım sağalmaz xəstəliyə düçar olub. Bir daha Allah şəfa versin. Tökdüklərin qaşığına çıxır deyəsən. 
Sonda Əli Həsənova  deyirik ki, əvvəl 10, indi 15  alan, hörmətli Kəmaləddin Heydərovun üstünə  giyena sürüsü kimi cuman saytların son zamanlar yaman fəallaşıblar, bəlkə qulağınıza səs-səda  gəlib.
Sənin mirzələrin orda-burda oturub yeyib-içəndə indicə Dalğa Palase-dən 15 alıb gəlirəm deyirlər. 
Görəsən Azərbaycan dövlətinin belə paxmel  mediaya ehtyacı varmı...
Deyəsən, Əli Həsənov və media çetesi bəlkə də qaytardılar xülyası ilə yaşayır. 
Heç nə geri qayıdan deyil, Əli Həsənov, sənə otarmağa 5 qoyunu da etibar etməzlər. Qandınmı..? 
Sonda Əli Həsənova xəbərdarlıq edirik ki, birdən bilməzsən gədə-güdənə  sifariş verərsən haa...Çaşma haa... Siyasətdə daşını daş üstə qoymarıq, Əli Həsənov. Sənə Qaragilə mahnısı oxudarıq. Ağıllı ol. 
Dədəsinin  dəfninə getməyən adamdan Azərbaycana nə oğul olar..?
Bu adam əslində kimin oğludur..? 
Bəlkə  DNK analizi verəsən..?

P.S. Necədir, Əli Həsənov!!! Döşünə yatır? Bir zamanlar sən də belə etmişdin, qorxudan adımızı çəkməyərək Baqirovun nəvəsinin və Arzunun sifarışı ilə "Səs" qəzetində bizə qarşı şantaj dolu müsahibə vermişdin. Demişdin ki, Azərbaycanda bir jurnalist var deyir ki, "Atam mənə kor deyib, gəl-gedənə vur deyib". Amma o söz jurnalistə yox, əsl sənə aid imiş, çünki keçmiş məmur olaraq ona-buna xox gəlib icra başçılarından, nazirlərdən, idarə rəislərindən, komitə sədrlərindən aldıqlarının hesabına dünyanın hər yerində, Azərbaycan daxil olmaqla malın-mülkün var. Özünün tabeçiliyində olan saytlara komanda verirdin ki, yuxarıların haqqında yazılar yazın ki, bizim də haqqımızda nə isə soruşulanda deyək ki, sizdən də yazırlar. Bizim kimi hal-hazırda da vətəninə, dövlətinə, millətinə, Prezidentinə sadiq olan insanları ləkələmək istədiniz. Amma cənab Prezidentimizin uzaqgörənliyi ilə sizin hər birinizin yeri göstərildi. Sənə və sənin kimilərə başa  saldılar ki, xalqın ziyalılarını gözdən salmaq olmaz. Xalq artistlərinin birinin oğlunun toyunda həyat yoldaşınla birgə toydan çıxarkən, Qarabağ Müharibəsi Veteranına dediyin "Nətərsən əəə", o isə cavabında "Ə özünsən, sağ ol sən nətərsən" cavabı səni qane etməmişdir. Deyirsən bəs, kimlərinsə yadından nəsə çıxır. Qətiyyən. Sənin Vüqar Səfərli ilə iş birliyin, Bəxtiyarla şərikliyin, Ağabəylə dostluğun, Rəsulla salam-kəlamın, Obama ilə xoxun, Səfərlə yaxınlığın, Ramizlə ata-balalığın və s haqqında bəhs ediləcək yazı növbəti sayımızda. Anar müəllimin adından istifadə edən "paxmel" media kapitanının haqqında isə yenə növbəti sayımızda. Bizi izləyin.