Təhsil Nazirliyinin adı dəyişdi, amma…

Nazirliyə  özəl hazırlıq kurslarından vəzifəyə gələnlər heç bir müsahibədən keçmirlər..

Xəyalə Əhmədzadə və nazirin müşaviri olan qardaşı hansı yolla nazirlikdə yüksək vəzifəyə təyin olunublar..? 


Təhsil Nazirliyi ( indi Elm və təhsil nazirliyi ) ilə bağlı  yazıya hazırlıq üçün  media üzərindən xırda bir  araşdırma aparmalı oldum. 
Və mat-məəttəl qaldım. Niyə..? 
Təvəzökarlıqdan uzaq olsa da, özümü məlumatlı şəxs hesab edirəm və ölkəmizin son  30-35 ili gözümün qarşısından gəlib keçib. Amma…
Əmması odur ki, sonuncu sovet təhsil naziri Qurban Əliyev  1987-ci ildə vəzifəsindən gedib. Və ondan sonra təhsilimizə rəhbərlik edən şəxslərin bu gün axtarış zamanı ad və soyadlarına rast gələndə, onları tanımadığım üçün pərt oldum. 
Təsəvvür edirsiniz, Azərbaycanda  Ağalar Abasbəyli ( 1987-88 ) kimi təhsil naziri olub. 
Sonra  ( 1988-89-cu illərdə )  Müslüm Məmmədov təhsil naziri olub. 
Sonra  1 il Rafiq Feyzullayev təhsil naziri olub. 
Sonra 1 il  cəbhəçi Firudin Cəlilov təhsil naziri olub. 
Cəbhəçilər  gedəndən sonra qısa müddət kimsə nazir oldu. 
Tarixlərə fikir verdinizmi ..? 
Hər şey 1988-də başladı. 
1 il  müddətinə nazir, yaxud təhsil naziri olarmı..? 
Yadınıza  gəlirsə, həmin dövrdə  kəndlərdə kolxoz sədrləri də  2 aydan bir dəyişirdi. 
Bəli, təhsilimizin tənəzzülü  təzəcə başlamayıb. Bunun dərin kökləri var.  
Sözün qısası, bu gün təhsilimiz böhranlı durumdadır, təhsil sahəsində rüşvətxorluq, qohumluq, tayfabazlıq-traybalizm, dost-aşnalıq  halları baş alıb gedir. 
Təsəvvür edirsiniz, yenə də təhsil nazirləri  1-2 ildən bir dəyişir. 
Bu hələ harasıdır..?
Artıq Elm və Təhsil Nazirliyinin  rəhbərliyində  pedoqoju təhsili olan şəxslər yoxdur. 
Bircə misal çəkək. 
Adını çəkməyə ehtiyac görmədiyimiz bir şəxs  Peşə Dövlət Agentliyində işləyir və birdən səsi  Xarici İşlər Nazirliyinin Ümumi Katibliyin rəisi vəzifəsindən gəlir, 2 ay sonra  Təhsil nazirinin müşaviri olur. 
Cənablar, bu adam 4 ayda  3 dəfə vəzifə dəyişir.
Sözün qısası, təhsilimizi oturub ağlayan lazımdır. Bütün ölkəni özəl kurslar, repetitor  müəllimlər bürüyüb. Belə olan halda məktəblərə nə ehtiyac var..? 
Bir məsələ də son vaxtlar Təhsil  Nazirliyində adi hala çevrilib. 
Təsəvvür edirsiniz,  özəl hazırlıq  kurslarından Təhsil Nazirliyinə rəhbər vəzifəyə müəllimlər gətirilir. 
Bütün bunlar hamısı ancaq və ancaq  dostluq və tanışlıq prinsipi ilə baş verir. Bunların bir çoxu  hətta müsabiqələrdən də keçmirlər. 
Filan xanım filan deputatın xanımıdır, ona bir yağlı vəzifə ..
Bunun bir sonu olmalıdır. 
Məsələn, bir il öncə  təhsil naziri Emin Əmrullayevin əmri ilə  Xəyalə Əhmədzadə Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini təyin olundu. 
Həmin dövrdə  xanım  müavinin qardaşı nazir tərəfindən nazirin müşaviri vəzifəsinə təyin olundu. 
Cənablar, bu ailə podratı-zad deyil ee, dövlət qurumudur, millətinn gələcəyini kor edirsiniz…
İndi gəlin görək, Xəyalə xanım paytaxt Bakının Təhsil idarəsinə rəis müavini postuna haradan gəlib. 
Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində  anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. 
Deyəsən kimlərsə bu qardaş-bacıdan gələcək nazir, nazir müavini hazırlamağa  girişib.  
Yuxarıda qeyd  etdiyimiz kimi  dövlət qulluğuna  təyinatlar müsahibədən sonra həyata keçməlidir. 
Ancaq  son illər rast gəldiyimiz təyinatlar   şəxsi evlərdə, istirahət mərkəzlərində, toyda-zadda keçirilir. Aydın oldumu..? 
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək. 
Təhsilimizə rəhbərlik edən şəxslərin bəziləri  “Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər “Mədəd Azərbaycan” mərkəzindən, “Hədəf”, “Türk” və “Araz” kurslarından gətiriliblər.
Bir sözlə, təhsilimiz sanki bazara çevrilib. 
Yuxarıda qeyd etdiyimiz kimi Xəyalə Əhmədzadə və nazir müşaviri olan qardaşı da deyirlər ki,  Təhsil Nazirliyinin rəhbərliyinə “bazar yolu” ilə gələnlərdəndir.  
Bazarın heç mübarək olmasın, Təhsil Nazirliyi...
Adın dəyişsə də  əməllərin dəyişənə oxşamır. 
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

P.S. Emin Əmrullayev, əvvəl yaşadığı evinin döşəməsinin taxtalarının arasından "balalı inək" keçərdi, indi isə deyilənə görə o ara-bərəni pulla doldurmusan. Deyirlər Təhsil Nazirliyinin balansında olan məktəblərin və baxçaların ərazisində hündür mərtəbəli binalar tikirlər, mağazalar açırlar, görmürsünüz? Göstərsək tədbir görərsiniz.