Arzu Rəhimov yola salınır?...

Baş Hərbi Komissarın fəaliyyətində xeyli qanun pozuntuları aşkarlanıb...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun vəzifəsi ilə vidalaşacağı xəbəri indilərdə redaksiyamıza daxil oldu. Xidmətdə aparılan son yoxlamaların nəticəsi olaraq, Arzu Rəhimovun fəaliyyətində arzuolunmaz hallar və vəzifə səhlənkarlığı aşkarlanıb. Rayon şöbələrində müharibə vaxtı çoxlu ordudan yayınma hallarına yol verilib. Səbail, Nərimanov, Binəqədi, Gədəbəy, Zəngilan, Nəsimi, Xətai rayonlarında ciddi nöqsanların aşkarlandığı söylənilir.
Hətta, Arzu Rəhimov yaşadığı binada qonşu olduğu şəxsləri rayonlara hərbi komissar vəzifəsinə təyin edib.
Xatırladaq ki, mətbuatda Arzu Rəhimov Ramiz Mehdiyevin bağ qonşusu, Ramiz Mehdiyevin kadrı kimi, Qaradağda yerləşən və oğlu Muradın adını daşıyan "Murad" otellə məşhurlaşıb.