Kompleksin rəisi İlhamın və müavini Elçinin  başı hara qarışıb..? 

Maştağa Olimpiya İdman Kompleksində rəzalət...

İdmanın, idman yarışlarının artıq ilkin təyinatından çıxıb həm də siyasi əhəmiyyət kəsb etməsi  günümüzün reallığıdır. 
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dönəmdə idmanın yeni yaranan dövlətimiz üçün  siyasi əhəmiyyətini dəyərləndirərək, ölkəmizdə Olimpiya İdman Komplekslərinə tikintisinə  önəm verdi. 
Bu gün idmanda qazandığımız uğurlar məhz bununla bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi artıq idman həm də  diplomatiyadır. Xarici siyasətimizin uğurlarında idmanımızın da payı az  deyil.   
Yəni cənab Prezidentimizin illər öncə  idman komplekslərinin tikintisinə verdiyi önəm öz müsbət rolunu oynayıb. 
Qısaca qeyd edək ki, artıq ölkəmizdə  50-dən çox Olimpiya İdman Kompleksləri  fəaliyyət göstərir. 
Məsələn, Lənkəran, Cəlilabad, Şəki, Bərdə, Quba, Şamaxı, Zaqatala, Masallı, Qazax, Ağdam, Salyan, Qusar, Oğuz, Sabirabad, Biləsuvar, Şəmkir,  İsmayıllı, Sumqayıt, Qəbələ, Şağan, Şirvan, Maştağa Olimpiya İdman Kompleksləri və digərləri idmanımızın inkişafına öz töhfəsini verib. 
Onu da qeyd edək ki, bu komplekslərin açılışında  cənab Prezident şəxsən özü iştirak edib. Amma...
Əmması odur ki, bəzi idman komplekslərinin rəhbərləri  onlara göstərilən etimadı doğrultmurlar. 
Məsələn, gəlin Şirvan Olimpiya İdman Kompleksinin fəaliyyətinə nəzər salaq. 
Şirvan Olimpiya İdman Kompleksinin tikintisinə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında başlanılmış, 1 iyul 2013-cü ildə fəaliyyətə verilmişdir. 
Əsas bina 5 Blokdan ibarətdir:
A Bloku Üzgüçülük zalı hissəsi — hovuzun ölçüsü 50 x 24 m, tamaşaçı oturacaq yerlərinin sayı 372 nəfərlik. I mərtəbədə həkim otağı, məşqçi otağı, 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. II mərtəbədə Trenajor zalı, məşqçi otağı, direktor otağı, qəbul otağı, administrativ otaqlar və digər köməkçi otaqlar.
B Bloku Güləş, Cüdo və Boks zalı hissəsi (48x36m) Güləş zalının ölçüsü 30x20m ( 2 tatami döşəkli), tamaşaçı oturacaq yerlərinin sayı 222 nəfərlik. I mərtəbədə foye, qeydiyyat otağı, təlimatçı otağı, pressa otağı, 3 ədəd həkim otağı, sauna, masaj otağı vardır. II mərtəbədə Cüdö zalı (12x24) və Boks zalı (19x20), məşqçi otağı, tədris otağı və bu zallar üçün soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları vardır. 
C Bloku. Universal idman zalın ölçüsü 48x40 metr, tamaşaçı oturacaq yerlərinin sayı 780 nəfərlik. Burada foye, tamaşaçılar üçün sanitar qovşaq, texniki otaqlar yerləşir.
D Bloku 3 mərtəbəli Mehmanxana hissəsi — burada 14 ədəd 2 nəfərlik, 2 ədəd 3 nəfərlik, 4 ədəd lüks yaşayış otaqları, 64 yerlik restoran, mətbəx, camaşırxana, qeydiyyat (reception), administrator otağı vardır.
E bloku. Burada 50 nəfərlik Konfrans zalı, bilyard zalı, kafe-bar, yemək paylama otağı və s. köməkçi sahələr yerləşir.
Futbol stadionu 105x65 metr ölçülüdür. Eyni zamanda stadionda 1260 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş və tribunaaltı soyunub-geyinmə, duş, sanitar qovşaqlar yaradılmış, müasir işıqlandırma sistemi və elktron tablo quraşdırılmışdır. Stadionda ölçüsü 120x7,6 metr olan süni örtüklü uzunluğa qaçma zolağı yaradılmışdır. Bundan əlavə 40x20 metr ölçüdə, süni örtüklü böyük tennis idmanı və mini futbol meydançası üçün nəzərdə tutulmuş idman meydançası inşa edilmişdir.
İndi gördünüzmü, adına sadəcə idman kompleksi dediyimiz  müəssisə böyük bir industriyadır. 
Təəssüf ki, bəzi məmurlar bunu anlaya bilmir. 
Bəli, Şirvan Olimpiya İdman Kompleksində futbol oynamaq üçün komanda saatı 20 manatdan pul ödəməlidir. 
İndi  gün ərzində 18 saat  fəaliyyət göstərən idman kompleksinin təkcə futbol oynamaqdan qazandığı pulları hesablasanız hər şey aydın olar. Yəni 20 man x 18 saat və alınan nəticəni 30 günə, sonra aylara və illərə vurub nəticəni təsəvvür edin. Bu hələ təkcə futbolla bağlıdır. 
Şirvan Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda 1 saat çimmək üçün  4 manat ödəməlisən. 
Və digər zallardan yığılan pullar da az deyil. 
Şirvan sakinləri deyir ki, maddi tərəfi çətin olsa da imkan edib üzgüçülük  hovuzundan istifadə edirdik. 
Amma  idman kompleksinin rəisi İlham müəllim, müavini Elçin müəllim kompleksdə elə bir mühit yaradıblar ki, nəticədə üzgüçülük hovuzlarının susuzluqdan divarları çatlayıb. Və digər zallarda da su yoxdur. 
Məlumat üçün onu da qeyd edək ki, Elçinin atası Şulan kişi  QRES-də müdir olub, indi dünyasını dəyişib. Allah Şulan kişiyə rəhmət, Dürrəyə isə uzun ömür versin.   
Amma düşünürük ki, İlham və Elçin cütlüyü  Şirvan Olimpiya İdman Kompleksini belə acınacaqlı duruma saldıqları üçün layiq olduqları cəzanı almalıdırlar. 
Onu da xüsusi  olaraq qeyd edək ki, Şirvan sakinləri deputatları, hörmətli  millət vəkili İltizam Yusifovun  sakinlərə qarşı xoş diqqətindən  ağızdolusu danışır. Sakinlər bildirir ki, İltizam müəllim  sakinlərimizin problemləri ilə maraqlanır, imkan daxilində  hər kəsə  dəstək olmağa çalışır. 
Sözün qısası, Şirvanla bağlı araşdırmamız zamanı Maştağada da problemlərin olduğunu  diqqətə çatdırmaq istəyirik. 
Yeri gəlmişkən, Maştağa Olimpiya İdman Kompleksi daha acınacaqlı durumdadır. 
Bunu  bilmək üçün uzağa getməyə ehtiyac yoxdur, yolun kənarında yerləşən idman kompleksinə baxmaq yetər. Təsəvvür edirsiniz,  kompleksin ətrafını qamışlıq basıb, kol-kos, zibillik, bataqlıq və daha nələr. 
Məlumat üçün qeyd edək ki, Maştağa Olimpiya İdman Kompleksi istıfadəyə 2001-ci il dekabrın 29-da verilib. Bakının Sabunçu rayonu ərazisində yerləşən bu kompleks əsasən şəhərkənarı gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün nəzərdə tutulub. Lakin burada bir çox idman növləri üzrə respublika miqyaslı yarışların təşkili adi hal alıb.
Kompleks gözəl memarlıq üslubunda inşa edilib. Tamaşaçı tutumu 600 nəfər olan zalda həndbol, futzal, voleybol kimi komanda idman növləri ilə yanaşı, güləş, cüdo, ağırlıqqaldırma, karate və s. kimi fərdi idman növləri ilə məşğul olmaq mümkündür. İdman mərkəzinin ətrafında gözəl yaşıllıq zolağı salınıb. Həyətində tennis kortu, yüngül atletika cığırı və voleybol meydançası var.
Hazırda Maştağa Olimpiya-İdman Kompleksində cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.
İndi gedin görün Maştağa Olimpiya İdman Kompleksi ilə bağlı  vikipediyada  yazılanlardan əsər-əlamət varmı. 
Başa düşürsünüzmü, idman kompleksinə yaxın düşməyə imkan yoxdur ee…
Cənab Prezidentin min əziyyətlə  ərsəyə gətirdiyi  dövlət əhəmiyyətli layihəni bu günə qoymaq olarmı..?
Biz Gündəlik-Bakı olaraq  hər şeyi, təhdidi, təhqiri, hətta həbsi gözümüzün altına alaraq  bu informasiyaları ictimailəşdiririk ki, cənab Prezidentə çatdıra bilək. 
Bizim başqa bir umacağımız, məqsədimiz yoxdur. Biz Sizə güvənirik, cənab Prezident ! 
Xahişimiz odur ki, yazdıqlarımızın  zamanında yerində yoxlanılması və tədbir görülməsi üçün  müvafiq orqanlara göstəriş verin.

Bizim amalımız qurub yaratdıqlarımızı gələcək nəsillərə ötürməkdir.