Bəlkə də çoxları bilmir ki,  indi ASC  olan  qurum vaxtilə  nazirlik olub. 
Bəli, vaxtilə  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi  fəaliyyət göstərirdi, sonra Dövlət Komitəsinə çevrildi. 
Daha sonra isə, daha dəqiq desək, 2006-cı ildən Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı ASC-yə çevrildi. 
Sözümüzün canı odur ki,  bu qurumun  “rüşvət və korrupsiya”  mənbəyi  digər nazirlik və komitələrdən daha çoxdur. 
Məsələni çox uzatmadan qurumla bağlı  cənab Prezident İlham Əliyevin dediyi fikirlərə  nəzər salaq: 
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezident  açıq şəkildə dedi ki, itki adı ilə suyu silirlər. 
Təsəvvür edirsiniz, 40-50 faiz  su itkisi nə deməkdir..? 
Bəlkə 100 miloyonlar..? 
Xeyir  milyondan deyil, milyarddan söhbət gedir. 
Bircə fakta nəzər salaq: 
Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Rzayev qeyri-qanuni əməlinə görə,  582.000 manat, yəni yarım MİLYON-dan çox cərimə olunub. 
Əgər bir adam yarım milyondan artıq cəriməni ödəyə bilirsə, bunu  dövlət hesabına qazandığı  10, bəlkə də 100 milyonları təsəvvür edin. 
Tahir  Rzayev   ASC-nin yüzlərlə qurumundan biridir. Onun bu qədər pulu varsa, indi ASC-nin sədr  müavinləri Zakir Quliyevin, Rafiq Aslanovun  100 milyonlarını təsəvvür edin. 
Tahir Rzayevi kanallardakı lil-palçıq maraqlandırmır, onun işi-gücü  görülməyən işlərə görə Forma 2  yazmaq və milyonları mənimsəməkdir. 
Bircə faktı deyək ki, Tahir Rzayevin  tabeçiliyində, təxminən  1500 km uzunluğunda  suvarma kanalı var. Son 10-15 ildə bu kanalların çoxu təmizlənməyib, ancaq  ayrılan pullar mənimsənilib. 
Tahir Rzayevin  “Melioservis”ə  köçürdüyü pulları hesablayan olsa, onu ən ağır cəza gözlədiyini müəyyən etmək olar. Melioservisin adına nə qədər  saxta Forma 2-lər yazılıb. 
Kanallar isə çirkab əlindən iylənir. 
Rayon sakinləri dəfələrlə  müxtəlif dövlət orqanlarına yazsalar da baxan olmayıb. 
Hətta Tahir Rzayev onun barəsində yazanları  şər-böhtan adı ilə həbs etdirmək istəyir. 
Tahir Rzayev hər yerdə deyir ki, mənim arxamda  ASC-nin sədr müavini Zakir Quliyev dayanır, heç kim mənə toxuna bilməz. 
Rayonda  Tahir Rzayevin əsas dostlarından biri də Saatlı Mənzil Kommunal Təsərrüfatı  İehsalat Birliyində hüquqşünas işləyən Nəriman Ağayevdir. 
Nəriman Ağayev dostu  Tahir Rzayevdən şikayət  yazanlara hüquqi don geydirməyə çalışır. 
Sözün qısası, Tahir Rzayev fermerləri, sahibkarları, təsərrüfat sahiblərini sudan imtahana çəkərək istədiyi pulu alır. 
Bütün bunlar azmış kimi  Tahr Rzayev idarənin bütün maşın, avadanlıq və texnikasını  özəl şirkətlərə  verərək yüz minlər qazanır. Kanallar isə lilin-palçığın içində qalır. 
Təsəvvür edirsiniz dövlətin verdiyi texnikanı  Tahir Rzayev öz istədiyi kimi, kimə istəyir arendaya verir. 
Hələ bu harasıdır..? 
Tahir Rzayev  çayın bəndini dağıtmaqla  ekoloji tarazlığı pozur, bu müdaxilələr isə gələcəkdə fəlakətlərə səbəb ola bilər. 
Tahir Rzayevlə bərabər onun qardaşı  Zahid Rzayev də  rayonda böyük biznesə sahibdir. 
Rzayev qardaşlarının daş karxanası, qum-çınqıl  sexləri gecə-gündüz işləyir. İdarənin  texnikası qardaşların daş karxanalarında işləyir. 
Görəsən, bu qardaşlar  karxanalardan qazandığı milyonlardan nə qədər dövlətə vergi ödəyirlər..?
Saatlı  bələdiyyəsi nə üçün bu qardaşlardan vergi tələb etmir..? 
Sözün qısası Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Rzayev  milyonları qazanır və ASC-nin sədr müavinləri Zakir Quliyevlə, Rafiq Aslanovla bölüşdürür. 
Görəsən  ASC-nin təzə sədri  Zaur Mikayılov hara baxır..?