Radikal müxalifətdən olan hüquq müdafiəçilərinin Şəmsini dəstəkləməsinin səbəbi nədir..? 

Kəlbəcərdə  qurub-yaradacağam deyən Şəmsi  Səmədzadənin sorağı  3-cü mikrorayon bazarından gəlir... Bir müddət əvvəl, cənab Prezident  İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə ilə bağlı mövzu medianın diqqətindən düşmür. Məlumat üçün  qeyd edək ki,  Şəmsi Səmədzadə 2000-ci ildə, yəni 34 yaşında həbs edilərək ömürlük həbsə məhkum edilib. Mediada  Şəmsi Səmədzadənin sabiq  Baş prokuror Zakir Qaralova sillə vurduğu üçün bu ağır cəzaya məhkum edildiyi  barədə məlumat yayılıb. Hətta Şəmsi Səmədzadə həbsdən azad edilən gün jurnalistlərlə keçirdiyi brifinqdə dedi ki, mən Zakir Qaralova qarşı qısasçılıq mövqeyindən yanaşmıram. 
Bu artıq  mövqe bildirmək idi, yəni həbsinin səbəbi kimi məhz bu versiyanın üzərində dayandı. 
Ən maraqlısı odur ki, Şəmsi Səmədzadənin ömürlük həbsinin səbəbi barədə  ölkə mətbuatında heç bir məlumat yoxdur. Hətta onun vəkili də bu barədə heç bir açıqlama vermir, yazılı sorğulara da cavab vermir. Sanki kimlərsə  Şəmsi Səmədzadənin ətrafında SİRR-MÜƏMMA PƏRDƏSİ  yaratmağa çalışırlar. 
Məlumat üçün qeyd edək ki, Şəmsi Səçədzadə 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra , Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıblar. Sonra Şəmsi həmin kəndin adını atasının şərəfinə Səmədabad edib. Hazırda isə kəndin adı Səmədabad deyil. Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb. Əslən Naxçıvandan olan “Spirt Miri” kimi tanınan spirt zavodunun müdirinin sürücüsü işləyib. 
Ötən əsrin 90-cı illərin əvvəlində hökm sürən hərçmərclik Mirinin həyatının sonu ilə nəticələnir. Həmin vaxt Miridən aylıq haqq istəyən kriminal avtoritetlər “yox!” cavabını alırlar. Məhz bunun nəticəsində də Miri müəmmalı şəkildə öldürülür. 
Bəzi versiyalarda Mirinin ölümündə Şəmsinin əlinin olduğuna dair fikirlər səslənir. Təbiətən zirəng olan Şəmsi Mirinin ölümündən sonra spirt zavoda nəzarəti tam ələ keçirir. Zavodu yaxın qohumlarından birinin adına sənədləşdirir, ancaq faktiki olaraq sahibi özü olur. Əlinə külli miqdarda pul gələndən sonra, Şəmsi nüfuz qazanmağa başlayır. Həmin zonada ən çox qohum-əqrabaya malik adam olmaqla yanaşı, həm də pullu olmaq onun personasını daha da cazibədar edir. Tanıyanlar Şəmsini  pul xərcləyən adam kimi xarakterizə edirlər. 
Onu da qeyd  edək ki, Şəmsinin ömürlüyə göndərildiyi rəsmi ittiham Zakir Qaralova sillə vurmaqla bağlı deyil, 120-ci (qəsdən adam öldürmə) maddəsinin ən ağır bəndləri ilə əlaqəlidir. 1993-cü ildə Şəmsinin Ramiz adlı xalası oğlu və Çingiz adlı başqa bir qohumu  Vüqar adlı polis zabitinin ölümündə təqsirli bilinərək həbs edilirlər. Həmin cinayət işində Şəmsinin də adı hallansa da, o, məsuliyyətdən kənar qala bilib. Qohumları isə cinayət sübut olunmadığına görə qısa müddət sonra azadlığa çıxırlar. Nəhayət 2000-ci ildə Şəmsi iqtisadi, mahiyyətli hüquqpozmalarda təqsirli bilinərək həbs edilir. 
Həmin həbsdən sonra Vüqar adlı polis zabitinin ölümü ilə bağlı cinayət işi yenidən qaldırılır və Şəmsi Səmədzadəyə həmin qətlin təşkilatçısı kimi ittiham elan olunur. Nəticədə o, ömürlük cəzaya məhkum edilir. 
Qeyd edək ki, Şəmsi Səmədzadə siyasətə də meyilli adam olub. O, AMİP-in rəsmi üzvü olmasa da, qonşu kəndlisi olan Etibar Məmmədovun hakimiyyətə qarşı ən radikal mövqe sərgiləyən vaxtlarında ona ciddi maliyyə dəstəyi verib. 
Sözün qısası, sabiq səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri  Əli İnsanova və radikal müxalifətə  yaxın dairələr  qərbi Azərbaycanlıların kompakt yaşadığı Gəncəbasar zonasında onun yenidən parlamağı üçün ciddi təbliğat aparırlar. Şəmsi Səmədzadə sonuncu müsahibəsində deyir ki, mənim şirkətimi, zavodumu dağıdıb talan ediblər...amma əminəm ki, möhtərəm Prezidentimizin, dövlətimizin də dəstəyilə qısa zamanda əvvəlkindən də daha yaxşısını qurub yaradacağam, Kəlbəcərdə qurub yaradacağım işləri görəcəksiniz... 
Birincisi, Şəmsi Səmədzadədən  soruşan lazımdır ki, sən hansı zavoddan, şirkətdən danışırsan..? Sən adicə  sürücü olmusan. 
İkincisi, Kəlbəcərdə  qurub-yaratmaqdan danışırsan... Şəmsi Səmədzadə, sənin sorağın Kəlbəcərdən deyil, 3-cü mikrorayon bazarından gəlir... Özü də “haqq-hesab”  məsələsindən, şərab alverindən  və daha nələrdən... Həm də  Şəmsi  Səmıdzadə  bazarda tək deyil, 20 nəfərlik dəstəsi ilə gəzir... 
Yeri gəlmişkən, özünü gələcək lider kimi təsəvvür edən Şəmsi Səmədzadəyə deyirik ki, saçından-saqqalından utan, bu nə hərəkətdir edirsən..? Sən axı, 17 yaşlı yeniyetmə  deyilsən, həbsxana həyatı görmüsən... 
Bütün bunlar ortada olan halda  bu hərəkətlər sənə yaraşmaz...Özünü ələ al, deyəsən  təriflərdən səndə başgicəllənməsi  yaranıb və başını və üzünü hara qoyduğunu  bir daha düşün...
P.S. Eşitdik deyirsən montajdı, orada nə isə adını çəkmədiyim lap müxalifətçi kimi dayanmısan. Baxın, həmin videoya və utanın. Heç nədən utanmasanda "krıtı"da keçirdiyin günlərdən utan.