Nəriman Əliyev: Məlum olduğu kimi, "ŞTUTQART" mağazalar şəbəkəsində baş vermiş bəzi məsələlərlə bağlı mətbuatda zaman-zaman yazılar dərc olunmuşdur. Biz də öz növbəmizdə həmişə bu və ya digər qəbildən olan yazılarla bağlı öz mövqelərimizi bildirmişik. 
Bu gün də konkret olaraq, bildirirəm ki, bu məsələlərin araşdırılması Hüquq Mühafizə Orqanlarının işidir. Biz heç kimin işinə müdaxilə etmirik. Mətbuatda dərc olunan yazılardan xəbərim yoxdur.
Kimin doğru, kimin fırıldaqçı olması isə istintaq araşdırmalarında öz əksini tapacaq. Mənim nə hər hansı bir qəzetim və ya xəbər portalım yoxdur ki, orada öz müsahibələrimi dərc edim. Kim mənə zəng vuraraq münasibət öyrənmək istəyirsə, mən ona cavab verirəm. Amma bu məsələ ilə bağlı heç bir yerdə heç bir açıqlama verməmişəm. Bu qədər.