Rusiyanın Kiyevi atəşə tutması nəticəsində 30-dan çox insan yaralanıb, ölənlərin sayı dəqiqləşdirilir.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin sözçüsü Svitlana Vodolaqa açıqlama yayıb. 
"Paytaxtda xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyir. Hazırda 30-dan çox zərərçəkən var. Ölənlərin sayı dəqiqləşdirilir", - o bildirib.
***11:11
Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
Ukrinform.ua xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib. 
Məlumata görə,  ölkənin hər yerində hava həyəcanı işə salınıb. 
***10:35
"Paytaxtda baş verən partlayışlar nəticəsində ölənlər və yaralananlar var". 
Bu  barədə  Kiyev Fövqəladə Hallar Departamentinin sözçüsü Svitlana Vodolaqa deyib.
"Daha ətraflı məlumat sonra gələcək. Nə qədər ölən var - hələlik onu deyə bilmərəm”, - deyə o bildirib.
***10:10
Bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərində də ard-arda partlayışlar baş verib.
Bu haqda “UNİAN“ məlumatı verib.
***09:50
Ukraynanın paytaxtı Kiyevdə  ard-arda partlayışlar olub. 
Bu  barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. 
"Paytaxtın mərkəzində, Şevçenskivski rayonunda bir neçə partlayış baş verib", - Kliçko bildirib.