Görəsən, bu qardaşların  böyüyü, kiçiyi, ağsaqqalı, ağbirçəyi yoxdur... 

Adəm və hatəm qardaşlarının həbsi qaçılmazdır... 

Adəm və Hatəm qardaşlarının obyektlərində  gizli kameralar var… 

Məsələyə  bir az uzaqdan başlamaq istəyirik. Daha doğrusu, mövcud problemə daha dərindən yanaşmaq, onun mahiyyətini izah etmək istəyirik. Müstəqillik əldə etdiyimiz 30 ildən artıq müddətdə  əldə etdiyimiz uğurlar da çoxdur, amma itirdiklərimiz də az deyil. Və ən dəhşətlisi odur ki, elə itirdiklərimiz var ki, onu gec-tez bərpa  edəcəyik. Amma... 
Əmması odur ki, elə itirdikləırimiz var ki, onu heç vaxt bərpa edə bilməyəcəyik. Bəli, millət min illər ərzində böyük dəyərlər, milli-mənəvi keyfiyyətlər əldə edir və onun hesabına ayaqda dura bilir. Siz elə bilirsiniz ki, bu gün təhsilimizin bərbad duruma düşməsinin, müəllim nüfuzunun qalmamasının səbəbi sadədir. Əsla belə deyil. Bunun üçün xaricdə fəaliyyət göstərən  mərkəzlər yüz milyonlarla pul xərcləyir, qrant verir, özlərinə qulluq  edən adamlar, əslində adamcıq-trollar hazırlayırlar. Məqsəd millətin milli-mənəvi dəyərlərini sıradan çıxartmaqdır. 
Tarixə qısa bir ekskurs edək. 40-50 il əvvəl Azərbaycanda  məscidlərin sayı barmaq sayı qədər idi, amma əvəzində kitabxanalar, mədəniyyət klubları  var  idi, insanlar arasında  hörmət, etiram, müəllim nüfuzu, ağsaqqal, ağbirçək məsləhəti  və s var idi. 
Bu gün Azərbaycanda hər kənddə məscid, molla, axund var. Amma əvvəlki  dəyərlər qalmayıb. Bütün bunlar hamısı məqsədli şəkildə, bilərəkdən sıradan çıxarılır. Gəlin açıq etiraf edək ki,  keçmiş SSRİ-nin hansı respublikasında olurduqsa, bizim  AİLƏ İNSTİTUNA heyranlıqla yanaşırdılar. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan xalqını 100 illər boyu qoruyub saxlayan məhz AİLƏ təsisatı olub. Və  xarici güclərin məqsədi də AİLƏNİ dağıtmaqdır. 
Bu gün Azərbaycanda boşanmaların sayı  az qala astronomik sürətlə  artır. Bütün bunların arxasında xarici qüvvələrə nökərlik edən, onların pullarını alıb, millətimizin müqəddəs dəyərlərini məhv edən, trollar,  ADƏM və HATƏM kimi qardaşlar var. Atalarımız deyib ki, “ Namusu itə atıblar, it yeməyib “, amma Adəm-Hatəm  qardaşları, namusu, əxlaqı nəinki yeyirlər, hətta öz evlərinə çörək əvəzi aparırlar. 
Bəli, adam var daş daşıyır ailəsinə çörək qazanır, adam var zəhmət çəkir, adam var  çalışır və ailəsini halal  zəhmətlə saxlayır. Adəm-Hatəm qardaşları isə  əxlaqsızlıq  yuvası  işlədərək utanıb-qızarmadan oğul-qız saxlayırlar. 
Görəsən, əxlaqsızlıq yuvasından gələn pulla böyüyən qızın, oğlanın axırı nə olacaq..? 
İllər öncə Gündəlik Bakının qonağı olan Bakı sakini dedi ki, evimizin pəncərəsinin önündə fahişəxana  var, balaca qızlarıma icazə vermirəm  pəncərənin pərdəsini çəkməyə... Yazıq ata sonda dedi ki, evimi satıb   Bakının başqa yerinə köçmək istəyirəm... Biz dedik ki, nə bilirsən köçdüyün yerdə  eyni hal olmayacaq... 
Bəli, bu gün  millətin gələcəyini məhv edən, yeniyetmələri  narkotikə öyrədən şərəfsizlər olduğu kimi, gənclərin namusunu, şərəfini satan Adəm-Hatəm  qardaşları da var. Hərdən televizora baxanda, dəstə-dəstə fahişələri görəndə  o dəqiqə  Adəm və Hatəm qardaşları yada düşür. Onu da unutmayaq ki, Adəm və Hatəm qardaşlarının arxasında kimlərsə var... Adəm və Hatəm qardaşlarının  əxlaqsızlıq  obyektləri təkcə intim əyləncə yeri deyil, həm də böyük cinayətlərin məkanı, kompramat  yuvasıdır. 
Təsəvvür edirsinizmi, kimlərinsə “zakazı” ilə  Adəm və Hatəm qardaşları  obyektlərində “dincələn” müştərilərini gizli kamera ilə çəkirlər. Bu birbaşa  ağır cinayət əməlidir. 
İndi məsələyə beynəlxalq hüquq müstəvisindən yanaşaq. Ölkəmiz  Avrora Şurasının üzvü kimi müəyyən öhdəliklər götürüb, qurumun qarşısında məsuliyyətimiz var. Biz Avropa Şurasına üzv olanda İnsan Alverinə qarşı Konvensiyaya imza atmışıq. 
Görəsən, Adəm və Hatəm qardaşlarına “krışalıq” edənlər başa düşmür ki, söhbət Azərbaycan dövlətinin nüfuzundan, imicindən gedir ee... 
Bütün bunlar azmış kimi, redaksiyamıza daxil olan son məlumata görə,  Adəm və Hatəm qardaşlarının erməni gözəlçələri ilə ortaq  fahişə biznesi var. Belə ki, Adəm və Hatəm qardaşları öz “kommunikasiya”ları vasitəsilə  erməni gözəlçələrini xarici ölkələrdə satışa çıxarıb erməni diasporasına pul qazandırırlar. Başa düşdünüzmü, Erməni Diasporası və Adəm-Hatəm qardaşları... Məsələnin həssaslığını nəzərə alaraq  yazını bu yerdə saxlayırıq. Qoy müvafiq dövlət qurumları bu məsələ ilə məşğul olsun.

P.S. Adəm və Hatəm qardaşlrının həbsi Azərbaycanda fahişəliyin qarşisinin alınmasına birbaşa təsir edəcək.


[media=https://youtu.be/oV6A2H-p1Hc]