Mərdan Camalov rayonda iş yerlərini pulla satır... 

Zərdab rayonu zibil işində batıb gedir...”Kommunal”da isə 300-dən çox  işçi  maaş alır... 

Əvvəl coğrafiya müəllimi, sonradan  zavodda “svarşik” olan, 4 uşaq atası Mərdan Camalovun daha sonra, yəni 2005-2019-cu illərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləməsi barədə çox yazılıb. Mərdan Camalovun rəsmi tərcümeyi-halında 4 uşaq atası olması yazılıb, amma... 
Əmması odur ki, Mərdan Camalovun şəxsiyyət vəsiqəsində yazılıb ki,  subaydır. Mərdan müəllimin həqiqətənmi  4 övladı var…? Bəlkə, 5, bəlkə  2 övladı  var..? Bəs Tərxanım xanımla olan izdivacdan dünyaya gələn Həsən və Hüseyni hansı siyahıya yazaq..? Bunlar rəsmi nikah dövründə doğulub, yoxsa...? Bu barədə də çox yazılıb... 
Mərdan Camalovun Şirvanda icra başçısı olarkən  turbanı yeməsi əsl möcüzədir... Ötən əsrin 80-ci illərində, yəni gorbagor Mixayil Qorbaçovun verdiyi Aşkarlıq və Yenidənqurma dalğasında televiziyalarda müxtəlif verilişlər açılmışdı. 
Həmin verilişlərin birində  tokla məzələnən Əli var idi, sonra şüşə yeyən adamı nümayiş etdirirdilər. Adam millətin gözünün qarşısında stəkanı xarta-xart basıb  yeyirdi. İnsanlar dəhşətə gəlirdi. Adamlar nə biləydi ki, bir neçə ildən  sonra Mərdan Camalov kimi icra başçıları nəinki stəkanı, hətta qaz, su turbalarını "basıb yeyəcəklər". Özü də neçə kilometr... 
Bəli, Mərdan Camalov mərhum nazir qardaşı  Yavər Camalovun sayəsində  bir müddət Azəriqaz-da işləmişdir. Ona görə də Azəriqaza-a məxsus yeraltı qaz turbalarının xəritəsin əla bilirdi. Və Şirvanda icra başçısı işləyərkən bütün xalqın, cəmiyyətin, dövlət qurumlarının gözü qarşısında 3000  metr  uzunluğunda , iridiametrli   qaz  turbalarını rayon prokurorunun razılığı ilə doğrayıb satırlar. Bu biznesə hətta o zamankı baş prokuror  Zakir Qaralov da şərik olur. O zamandan Mərdan Camalov sözün həqiqi mənasında milyonçu olur. Məsələ turba ilə bitmir. Mərdan Camalov Şirvanın o zamankı prokuroru ilə birgə rayon ərazisindəki, beton zavoduna gedən dəmir yolu relslərini də  doğrayıb satdırır. Təsəvvür edirsiniz, bu boyda milyonlara sahib olan adam nəyin davasını edir ? 
İnanmaq olmur ee.. Deyilənlərə görə, rayonun baş həkimi hər ay ona aylıq verir. Pandemiya dövründə  aylıq azaldığı üçün Mərdan baş həkimi hamının qarşısında təhqir edir və utanıb-qızarmadan özü gedib xəstəxanadakı xəstələri sayır ki, görsün baş həkim buna atır yoxsa, yox ... 
Bəli, bu boyda cinayət əməllərinə baxmayaraq, qardaşı, o zamankl Müdafiə Sənayesi naziri  Yavər Camalova görə, Mərdana söz deyən tapılmır. 
Təsəvvür edirsiniz, bu adam Qarabağ  qazilərinə əlil avadanlıqları hazırlayan  Əlillərin Bərpa Mərkəzindən aylıq tələb edir ? Daha nə yazasan, nə deyəsən ? 
Mərdan Camalovun  mal-mülkü, biznesi, avtomobilləri, Baklı şəhərindəki onlarla mənzili, ölkənin hər yerində villaları, ”Ambassador” oteli, “Niaqara” restoranı, ”Veqas”, “Niaqara” şadlıq sarayı, “Olimpik Star” əyləncə mərkəzi, “Qızıl Tac” şadlıq sarayı  və daha nələri  barədə  danışmağa dəyməz, çünki çox yazılıb. 
Təsəvvür edirsiniz, Zərdabda əməliyyat keçirilir, icra nümayəndəsi, bələdiyyə sədri həbs olunub, icra hakimiyyətinin baş memarı saxlanılıb, amma Mərdan  Camalov tort yeyən kimi özünü aparır. Guya ki, bu cinayət əməllərindən onun xəbəri olmayıb... Hələ bu harasıdır, bu barədə Mərdan Camalovdan soruşan müxbirə deyir ki, əə, özünüzdən Amerika çıxartmayın, nə həbs-zad,  mən öz yerimdəyəm, mən onları 1 ay əvvəl işdən çıxartmışdım, saytlar bilmir ki, Allah göydən baxır. Sevinənin Allah öz başına gətirsin... Bu adam sanki kənd arvadları kimi qarğış  edir... Və deyir ki, mən öz yerimdəyəm. Biz isə deyirik ki, Mərdan müəllim, sən layiq olduğun yerdə deyilsən, səni yaxın zamanda layiq olduğun yerə aparacaqlar... 
Bir məsələni də xüsusi olaraq  qeyd edək. Mərdan Camalov hər gün  DYP-nin müşaiyəti ilə pərdəli şəxsi avomobildə  işə, evə başqa yerlərə gedib-gəlir. Sən kimsən axı, yoldaş Mərdan Camalov ? Zərdab rayonu Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu deyir ki, oğlum xüsusi təyinatlı kəşfiyyatçı olub, orden-medalları var. Qalan söhbətu şəhid atasının öz dilindən oxuyaq: “Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Mərdan Camalovun bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı.
Biz icra başçısı  Mərdan Camalovun bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırıldı. Buna görə işlə təmin olunmaq üçün həyat yoldaşımda məndə Məşğulluq Mərkəzində qeydiyata alındıq. Ancaq hər dəfə tez bir zamanda işlə təmin olunacaqsınız deyə-deyə bir ildən çoxdur ki, bizi süründürməçliyə məruz qoyublar. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı var ki, şəhid ailələri növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Zərdabda bu əksinədir çünki rayonun yarıtmaz icra başçısı var. Mərdan Camalov qəbul etməsi üçün İcra Hakimiyyətində olan zaman müavin Pərvin Mahmudova bizi qəbul etdi. Həmin vaxt mənimlə birlikdə qəbula qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayev də getmişdir. Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Və Mərdan Camalovun şöbə müdiri bizə “Çaqqal…”  deyərək bizə hücum elədi, bizi döymək istədi…” Şəhid atası deyir ki, bu həyasızlığı və tərbiyəsizliyi isə icra başçısı Mərdan Camalov  qəsdən təşkil etmişdir: “İcra başçısı Mərdan Camalov iş yerlərini pulla satır deyə mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq. Zərdab rayonu zibil işində batıb gedir, təmizlik işləri vaxtlı-vaxtında aparılmır. Ancaq kommunal müəssisələr idarəsində üç yüzdən çox işçi var. Bütün bu neqativ vəziyyəti Mərdan Camalov yaratmışdır. 
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm ki, bizi təhqir etdirib döydürmək istəyən tərbiyəsiz icra başçısı Mərdan Camalovun  və onun buyruq qulu olan Zinhar Bayramovun barəsində ciddi tədbir görəsiniz. Həyat yoldaşımın və mənim işlə təmin olunmağıma köməklik göstərəsiniz”. 
Əlaqə telefonu; (051)  776-18-21


[media=https://youtu.be/t3BLklBk1eM]