Əhalinin  böyük əksəriyyətinin yazıb-oxumağı bacarmadığı, məmləkətdə cəhalətin  tüğyan elədiyi bir zamanda BÖYÜK KİŞİ, Həsən Bəy Zərdabi millətimizin tarixində ilk dəfə qəzet  nəşrinə başladı. Qəzetin adı isə ƏKİNÇİ oldu. Əslində ƏKİNÇİ sözü  geniş məna daşıyırdı. Bəli, Həsən bəy gözəl bilirdi ki, millət də tarla kimidir, ona nə əkərsənsə, onu da biçərsən. Bəli, bu gün millətimizin hamısı demək olar ki, yazmağı da, oxumağı da gözəl bacarır. Bütün bunlara görə, biz bir millət olaraq Həsən bəy Zərdabi, Mizə Cəlil, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov kimi dahilərimizə borcluyuq. 
Bəli, biz də bir media qurumu olaraq GERÇƏKLƏRİN AYNASI “YENİ ƏKİNÇİ”nin nəşrinə başladıq. Biz 2000-ci illərdə "YENİ ƏKİNÇİ" qəzetini qeydiyyatdan keçirərək bir neçə nüsxəsini dərc etmişdik. Həmin qəzetdə məşhur siyasətçilərin müsahibələri dərc olunmuşdur. Zamanında "YENİ ƏKİNÇİ" qəzeti böyük tirajla çap olundu. Bəzi səbəblərdən qəzet öz fəaliyyətini dayandırmışdır. İndi isə "YENİ ƏKİNÇİ" qəzetinin eyni adlı saytı olaraq, YENİƏKİNÇİ.AZ İnformasiya Agentliyi və YENİƏKİNÇİ.TV  faəliyyətə başlayır. Yeni media layihələrimizi Habil Vəliyev, Kamran Məhərrəmli, Kəmalə Yunusova, Günəş İsayeva və adlarını çəkmədiyimiz  əməkdaşların iştirakı ilə  həyata keçiriləcək. 
Biz  zamanında fəaliyyət göstərmişik və yenidən yeni və maraqlı layihələrlə oxucularımızın görüşünə gəlirik. Bütün media qurumları ilə dostluq münasibətlərimiz olaraq qalacaq. /Yeniekinci.az/