Az qala bütün Azərbaycan baş sındırır ki, Bakı şəhərindəki  cəhənnəm əzabını xatırladan tıxacların (“probka”) səbəbi nədir və bu problemdən necə  can qurtara bilərik. 
Birincisi, onu qeyd edək ki, tıxaclar az  qala ölkə səviyyəsində ciddi problemə çevrilib və ən pisi odur ki, bu problem azalmaq əvəzinə getdikcə şiddətlənir. 
Bəli, insanlarımızın vaxtı, ömrü tıxaclarda keçir, əsəb, stess, gərginlik insanlarda ciddi xəstəliklər yaradır. 
Bütün bunlar azmış kimi ölkənin iş ritmi əndazədən çıxır, insanlar işə gecikir, iş fəaliyyəti pozulur. Sonra tıxaclar  ciddi iqtisadi problemlər yaradır, ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Avtomobillər tıxaclarda sıradan çıxır, izafi yanacaq, benzin sərf olunur, bu isə vətəndaşların büdcəsinə ciddi təsir edir. 
Əvvəllər  tıxaclar Bakıda  yalnız mərkəzdə və pik saatlarda olardı,  indi isə  şəhərin istənilən yerində, istənilən saatda, səhər, axşam, hətta  gönorta  tıxac  olur.  Ən dəhşətlisi odur ki, nə yeni yollar, nə körpülər, nə də hansısa keçidlər tıxac  problemini  aradan qaldıra bilmir. Hər gün Bakı-Xırdalan yolunda, Dərnəgül yolunda,  Tbilisi prospektində  və digər yollarda  tıxaclar davam edir. Ən dəhşətlisi odur ki, bu məsələ ilə məşğul olmalı olan dövlət qurumlarının, Nəqliyyat Nazirliyinin bu problemlə  bağlı  konkret planı yoxdur. Bəli, Azərbaycanda  tıxaclarla bağlı  əsas fikirlər budur. Gəlin nəzər salaq: 
1. Bakıda insan çoxdur, tələbə çoxdur  və s. Cənablar, bir daha təkrar etrməyə məcburuq ki, Bakı şəhəri dünyanın böyük 10 milyonluq əhalisi olan meqapolisləri ilə müqayisədə bir qəsəbə boydadır. Başa düşdünüzmü..? 
2. Bakıda tıxacın səbəbi avtomobillərin çoxluğudur. Cənablar, Bakı şəhərində 1000 nəfərə düşən avtomobil sayına görə, nəinki Amerikadan, Avropadan, hətta Gürcüstandan, hətta Türkmənistandan geridə qalır. Başa düşdünüzmü, bir də bu məsələni saqqız kimi çeynəməyin. 
3. Azərbaycan  avtoqəzalarda ölən adam sayına görə, az qala dünuyada rekord vurur. Niyə..? 4. Bəli, şəhərin küçələrindəki səkiləri məmurlar satıb, yolların qırağındakı səkilər satılıb, yolların kənarında tikilən marketlər, qanunsuz parkinqlər  və s. Niyə bunları demirsiniz, deyirsiniz, Bakıda universitetlər çoxdur. 
5. Tıxacların səbəbi ilə bağlı bu günədək eşitdiklərimiz, hamısı “nağılbaz”  fikirlərdir, biz isə sizə konkret statistikanı deyirik, dünyadakı elmi araşdırmaları deyrik. 
6. Deyirsiniz ki, dünyanın hər yerində tıxac problemi var və s. Bu da ağ yalandır. Dünyanın heç bir yerində vətəndaş  1 saat tıxacda qalmır. Lazım gələrsə, bunula bağlı da  statistik rəqəmləri ortaya qoya bilərik. 
7. Bir məsələni də qeyd etməsək olmaz. Bir neçə gün əvvəl istifadə etdiyimiz 1 manatlıq taksidə hava çatmadığı üçün Allah qoymasa, arxa pəncərəni açıb “təmiz hava” udmaq istədik. Bayırdakı çirkli hava, benzin və tüstü qoxusundan  nəfəsliyi bağlamalı olduq. Bakının real vəziyyəti budur. Bəli, maşınlar yerindən tərpənib qəfil dayandıqca zərərli qazlar insanları boğur. 
8. Deyirsiniz ki, paytaxt metropoliteni normal işləmir, bu da tıxaclara səbəb olur. Niyə demirsiniz ki, uzun illər metropolitenə təzə adı ilə köhnə vaqonlar alaraq milyonları mənimsəyiblər və 2 gündən bir metroda  qəza baş verir. 
9. Deyirsiniz, şəhərdə  velosiped geniş istifadə eləsək, tıxaclar azalar. Vallah, bu məntiqlə birazdan deyəcəksiniz ki, eşşək, at, yaxşı halda fayton nəqliyyatına keçmək lazımdır. 
10. Deyirsiniz, şəhər nəqliyyatının BEL SÜTUNU olan avtobuslar normal işləmir, ona görə, tıxaclar olur. Niyə demirsiniz ki, avtobus marşurutlarının çoxu məmurlara məxsusdur. Bu siyahını kifayət qədər uzada da bilərik. Amma axı nə faydası olacaq..? 
Bəli, fikir verdinizsə, sadaladığımız  sıralamada MƏMUR sözü  qırmızı xətlə keçir. 
Bəli, dünyanın hər yerində tıxac da var, uraqan da, tayfun da, sel də, zəlzələ də var. Amma bunlar hamısı TƏBİİ FƏLAKƏTDİR. Bizdə baş verənlər isə məmur fəlakətidir. 
Göydən bir verdə yağış yağan kimi şəhəri sel aparırsa, bunun selə, zəlzələyə nə dəxli var, bunu məmurlar yaradıb. Tıxaclar da eləcə... 
Həə, indi keçək əsas məsləyə. Ad çəkmək istəmirik. Fərz edin ki, şəhərin hansısa məkanında hansısa nazir yeni göydələn binalar tikir. Və Nəqliyyat naziri ilə sövdələşmədiyi üçün süni, məqsədli  tıxac yaradılır. Məsələn, nazir  Qələbə dairəsini  bağladaraq, Zərdabi küçəsinə girişi və çıxışı bağlayır, deyə bilərsiniz ki, girişdə var, çıxışda var, baxanda elə görünür, amma həmin kvadratda yaşayan 20 mindən çox avtomobil qəsdən tıxaca salınır, mənzil başına əzab-əziyyətlə binaların arasından keçərək çatır və həmin ərazini iflic edir. İndi özünüz deyin həmin ərazidə olan mənzillərdən yəni, keçmiş Nəqliyyat Naziri ilə konkret konfliktdə olan nazirə məxsus göydələnlərdən hansı ağılsız mənzil alar..? 
Biz bu məsələni çox qurdalamaq istəmirik. Amma... Əmması odur ki, indi bildinizmi, tıxac problemi sadə məsələ deyil, bunun avtomobillərin sayına. Adamların çoxıuğuna  dəxli yoxdur. Bakıdakı tıxaclar məmur problemidir.
P.S. Statistikanın və Qələbə kinoteatrının qarşısında olan dairələri açmaq lazımdır, cənablar!

[media=https://youtu.be/RSJfpXgw-CM]