"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan
14-10-2020, 14:31
139

"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan

“Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayırlar. Onlar ölkəmizdə mövcud olan hər cür imkandan istifadə edirlər. Biz onlara qarşı neqativ münasibət göstərməmişik”.
Gündəlik Bakı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“Amma ermənilər mənim azərbaycanlı qardaşlarımın torpaqlarını işğal etdilər, azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələbi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də uzatmaq taktikasından istifadə edirlər. Ortada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə verməlidirlər. Bir müzakirə 30 il müddətinə davam edə bilər? İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, mücahidləri guya Suriyadan Qarabağa göndəririk, bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyimizi yenə də verəcəyik. Yaxşı, Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız? Vətən mübarizəsi aparan Azərbaycana Allahdan güc, qüvvət və zəfər arzulayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

“Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər” - Ərdoğan
“Bu regionda davamlı sülhün yolu..." - Ərdoğan
Ərdoğan Makrona səsləndi: "Türkiyəyə qarşı durmağa çalışma"
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
Ərdoğan İlham Əliyevə zəng etdi
"Şuşada yallı gedən Ermənistana..." - ATƏT-in Minsk qrupu özünü təlxək yerinə qoyub?
İlham Əliyevdən ATƏT-in MİNSK qrupuna: Onları dayandıran yoxdur
Ərdoğan: “Bir kərə yüksələn bayraq bir daha enməz”
Həmsədrlər Qarabağa səfər edəcəklər
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
Ərdoğan nüfuzlu kürsüdə Qarabağdan danışdı
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
Türkiyə Prezidenti BU TARİXDƏ ABŞ-a səfər edəcək
"Ermənistan ağır məğlubiyyətə düçar olub” - Ərdoğan
Azərbaycan-Türkiyə birliyinin sınağı - Qarabağa yerləşdirilən terrorçu PKK
Türkiyə iri qaz yatağı tapdı
Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
“Bir az qırağa durun” – Ərdoğandan sərt çıxış
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır
Makron Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edib
Türkiyəli diplomat Hulusi Kılıç: ”Azərbaycanın qələbəsi regionda intibah yaradacaq”
Ərdoğanla Putin telefonla danışıb
Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq