Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert
26-10-2020, 16:18
148

Tezliklə Laçın rayonu haqqında xoş xəbərlər olacaq - ekspert

"Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək".

Bunu Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev müşavirədə bəzi problemlərin aradan qalxması üçün göstərişlər verib:
“Hesab edirəm ki, Ali Baş Komandanın hərb müşavirədə dediyi o ləngimələr bundan sonra olmayacaq. Çünki qərargahda Müdafiə Nazirliyinin rəhbərliyinə, cəbhə bölgəsində yerləşən birlik komandirlərinə müəyyən tapşırıqlar verdi. Onlar Prezidentin tapşırıqlarını tam şəkildə yerinə yeirəcəklər. Hazırda hər şey plan üzrə gedir və narahatlığa ciddi əsas yoxdur. Bəzi məqamlara müharibədən sonra aydınlıq gətiriləcək. Müəyyən boşluğa və ehtiyatsızlığa yol verənlər sərt şəkildə cəzalandırılaacaq”.

Hərbi ekspert tezliklə Laçın rayonu haqqında xoş xəbərlərin olacağını bildirib:

“Bu gün Müdafiə Nazirliyinin xəbərinə görə, Azərbaycan Ordusu Laçının Səfiyan kəndindədir. Ordumuz Laçın rayonu ərazisinə daxil olubsa, bu, o deməkdir ki, yaxın vaxtlarda Laçınla bağlı xoş xəbərlər eşidəcəyik”.

Ü.Cəfərov Kəlbəcər rayonun bir hissəsinin işğaldan azad olunmasından da danışıb:

“Prezident İlham Əliyevin dünən açıqladığı məlumata görə, artıq Azərbaycan Ordusu Kəlbəcərin bir hissəsini işğaldan azad edib. Bu, böyük uğurdur və düşmən artıq çox çətin vəziyyətə düşüb. Həmçinin, Kəlbəcərə Ordumzuzun girişi o deməkdir ki, artıq qələbəyə sayılı günlər qalıb”.

Oxşar xəbərlər

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi - FOTO
“Biz təkbaşına vuruşuruq, təkbaşına!” - Ali Baş Komandan
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
"Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir" - Prezident
Prezident: “İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq”
Dövlət başçısı: "Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil"
“Gecə ərzində gərgin döyüşlər davam edib” - Müdafiə Nazirliyi
Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Millət vəkili cəbhə bölgələrində kommunal qiymətlərin aşağı salınmasını təklif etdi
Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Zakir Həsənov Ermənistanın törədə biləcəyi təxribatların qarşısının dərhal alınmasını əmr edib
"Onlara açıq şəkildə mesajımı ünvanlamışam ki..." - İlham Əliyev
Azərbaycan mövzusu Türkiyə mediasının ana xəbərinə çevrilib
Səfərbərlik zamanı qızlar da çağırılacaq – MÜHARİBƏ OLARSA…
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
Qobustan rayonundakı Türk Şəhidliyi və hərbi hissədə anım mərasimləri keçirilib
FSB direktoru Minskdə: Onu Rusiya Müdafiə Nazirliyinin yetkililəri də müşayiət edib?
Ermənilərin artilleriya batareyası MƏHV EDİLDİ
Azərbaycanda ordudan tərxis başladı
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
Generallar ön cəbhədə əsgərlərlə görüşüblər - Foto
"Biz istədiyimizə nail olacağıq" - İlham Əliyev
Ermənilərin məhv edilən döyüş texnikasının siyahısı: 200 tank, 5 silah-sursat anbarı və... - VİDEO