Bunun üçün yüz milyonlar xərclənir, xaricdən vəkillər dəvət olunur, amma Əliyarın həbsi qaçılmazdır...
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov haqqında uzun-uzadı məlumat verməyə ehtiyac görmürük. Uzun illərdir ki, bu adamın 90-cı illərdə 28 May metrosunun qarşısında siqaret satması, sonradan İranlı Mənüçöhr Əhədpurla ( onun erməni olduğu və soyadının Manuçaryan olduğu da deyilir ) şərikli biznes qurması, ölkəyə aksizsiz gətirilən siqaret mafiyasına rəhbərlik etməsi, hətta ermənilərlə qohumluğu barədə kifayət qədər yazılıb.
Bəli, Əbülfəz Məlikovun arvadının erməni olması bəllidir. Hətta sabiq millət vəkili Cümşüd Nuriyevin iddialarına görə Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir.
Təsəvvür edirsiniz, bu gün Ara Abramyan Xankəndində binalar tikir, hətta qondarma respublikanın hökümət rəhbəri sayılır və s. Bunlar hələ harasıdır..?
Əbülfəz Məlikovun ölkəyə gətirdiyi gübrələrə görə, pambıq tarlalarında çoxsaylı insanlar zəhərlənərək xəstəxanalara yerləşdirilmişdi. Nə bilək, bu olay bəlkə elə Ara Abramyanın əməlləri idi…
Ümumiyyətlə, Əbülfəz Məlikov təkcə siqaretə deyil, daxili bazarın kimyəvi dərmanlar və gübrə bazarına, eyni zamanda kifayət qədər gəlirli biznes hesab edilən dekorativ ağac və güllərin ölkəyə gətirilməsinə də uzun müddət nəzarət edib. Rusiyadan gətirilən sement və tikinti materialları, ərzaq və qida məhsulları da Əbülfəz Məlikovun “əlinin altında” olub.
Hətta o da yazılır ki, Rusiyadan gətirilən bu məhsullar Əbülfəz Məlikovun Rusiyadakı erməni qohumlarına məxsus şirkətlərə aiddir. Əbülfəz Məlkovun Gürcüstandan Azərbaycana idxal olunan hər qoyuna görə, 30 dollar, hər danaya görə, 80 dollar alması barədə çox yazılıb. Ümumiyyətlə, Əbülfəz Məlikovun broker ordusu olub və orada çalışanlar minlərlə işçi olub.
Hətta DGK-nın əməkdaşları deyirdi ki, biz Əbülfəz Məlikovun işçilərinin “əlinə baxırdıq”. Təsəvvür edirsiniz dövlət qurumunun əməkdaşları Əbülfəzin və onun dəstəsinin əlinə baxır… Bütün bunlardan əlavə Əbülfəz Məlikov saxta şirkətlər vasitəsilə dövlət büdcəsinə 100 milyonlarla ziyan vurub.
Təsəvvür edirsiniz, Əbülfəz Məlkov Azərbaycan dövlətindən oğurladığı pulların hesabına milyonçu deyil ee, milyarderdir. Bu gün Əbülfəz Məlkovun milyardını Avopada, Amerikada, Kanadada Anar adlı qohumu fırladır. Biz hələ Əbülfəz Məlkovun Azərbaycana külli miqdarda ziyan vuran və sonra ölkədən qaçan Royal Bankın sahibi Əli Cemlə biznes ortağı olmasını, çirkli pulların yuyulmasında iştirakını demirik. Biz hələ Əbülfəz Məlikovun oğlu Murad Məlikovun məşhur PAPA JOHN’S PİZZA şəbəkəsini demirik.
Sözün qısası, atalar demiş, su sənəyi suda sınar. Və bir neçə ay öncə “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanıldı. O, külli miqdarda dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur. Səbail Rayon Məhkəməsi isə onun barəsində verilən təqdimata baxaraq barəsində həbs qətimkan tədbiri seçdi. Oktyabrın 10-da isə Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb. Yəni 2 aylıq müddətin başa çatmasına az qalıb.
Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlkovun yaxınları onu həbsdən azad etdirməyə çalışır və bunun üçün yüz milyonlar xərcləyirlər.
Bəli, bir zamanlar Dövlət Gömrük Komitəsinin sədri olmaq istəyən Əbülfəz Məlikovun səsi indi həbsxanadan gəlir. Bəlkə, dostları onu həbsdən azad etdirib DGK sədri də qoydurmaq istəyirlər…? Məlumat üçün onu da qeyd edək ki, Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Bəli, məlumatda o da qeyd olunur ki, Əbülfəz Məlikovun həbsdən azad olmasının yeganə çıxış yolu Əliyar adlı şərikinin həbsi ilə bağlıdır. Hətta məlumatlı şəxs onu da bildirdi ki, Əbülfəz Məlikovun şəriki Əliyar adlı şəxs həmişə müxalifət yönlü çıxışları ilə yadda qalıb və Yalama hadisələri ilə bağlı çıxışı isə Hüquq Mühafizə Orqanlarının gözündən yayınmamalıdır.
Ətraflı növbəti sayımızda...
P.S. Bəzi şəxslərin nəzərinə çatdırıram ki, burunlarını hər yerə soxmasınlar.
Əbülfəz Məlikovun “broker ordusu”…. - Yaxınları Əbülfəz Məlikovu həbsdən azad etdirməyə çalışır….
25
noyabr
15:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
Əbülfəz Məlikovu Avanesyanla nə bağlayır ?-BROKER ŞEFİ İLƏ BAĞLI İLGİNC MƏLUMATLAR
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbs müddəti uzadılıb
Əbülfəz Məlikov Abşeron Loqistika Mərkəzində nə edir ? - “Broker” şefi istintaqda nələr söyləyəcək?
Gömrük monopolisti "Broker Əbülfəz”in oğlunun PAPA JOHN’S-u - FOTOLAR
Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” – Yaxud agentlik sədrini narahat edən “sirr”
Gömrüyün “monopoliya əfsanəsi” yenidən iş başındadır?!
Məşhur gömrük “brokeri”ni dəstəkləyən erməni milyarder kimdir? - ŞOK FAKTLAR...
Xəlil Göyüşovun ŞÜBHƏLİ ƏLAQƏLƏRİ... - İTTİHAM VAR!
“Broker Əbülfəz” dirilib – dərman, saxta gübrə, sement, “PAPA JOHN’S” və… – Şok faktlar
Broker Əbülfəzin HƏBSİ an məsələsidir... - Broker Əbülfəzin Azərbaycana vurduğu ziyan, Hitler Almaniyasının SSRİ-yə vurduğu ziyandan 4 dəfə artıqdır...
Səfər Mehdiyevi o əvəz edəcək? - Azər Məmmədov kimdir?
Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO
ABRAMYANIN YEZNƏZİNİ GÖMRÜKDƏ KİMLƏR MONOPOLİST ETMİŞDİ? - Və ya nədən erməni ilə qohum olanı birini seçmişdilər?
Əbülfəz Elçibəyin doğum günüdür
Əbülfəz Məlikovun “Legenda”sı və 420 min avro ziyan-MƏLİKOV HƏBS OLUNA BİLƏR
İcra başçısı Şahin Məmmədovla “Broker” Əbülfəz Məlikovu nə birləşdirir ? - Batumidə “broker”lə icra başçısını qoşa villası...
BROKER şefinin əməlləri-Əbülfəz Məlikov da həbs edilə bilər.....
Əbülfəz Elçibəyin vəfatından 21 il ötür
Səfər Mehdiyev həbs olunur? - Sabiq "gömrük şefi" çətin durumda
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
Elçibəyin oğlu evlənir - Toy tarixi açıqlandı
Ramiz Mehdiyev yeni direktor təyin etdi
Erməni qohumluğu olanlar vəzifələrə necə və niyə gətirilib?
Əbülfəz Elçibəyin oğlu bu xanımla evlənir
Əli İnsanovun qardaşı oğlu Mehman İnsanov türk iş adamına külli miqdarda pul atıb-İDDİA
Bu gün Elçibəyin oğlunun toyudur
“Çox siqaret çəkən bir adamı ilan çalıb, nəticədə ilan özü ölüb” — Deputat siqaret çəkənləri qınadı
Əbülfəz Qarayevin kadrı olan Arif Vəliyev Abşeron Mədəniyyət Mərkəzini necə istismar edir?
Şabran Musiqi məktəbində rəzalət. - Məktəbin direktoru Bahadur Xamedov Qarayevə nə qədər pul verirmiş..?
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi