Bizi kiminsə qızının, gəlininin, yaxud həyat yoldaşının uşaq bağçası maraqlandırmır…
Bizi Azərbaycanın gələcəyi olan körpələrin sağlamlığı, təlimi, tərbiyyəsi düşündürür…
Gündəlik Bakı media qurumu olaraq xeyli müddətdir uşaq bağçalarında, körpələr evlərindəki problemlər barədə mütəmadi olaraq yazırıq. Yəni hərdən bir yox, sistemli olaraq bu məsələni cəmiyyətin gündəmində saxlayırıq. Nəinki körpələr evindəki istilik sistemi, antisanitariya, hətta körpələrə verilən qida rasionu, loru dildə desək, “sulu kaşa” məsələsinə qədər araşdırmışıq.
Sözün qısası, bizim üçün kiminsə qızının, gəlininin, yaxud həyat yoldaşının obyekti, uşaq bağçası deyil, Azərbaycanın gələcəyi olan körpələrin problemləri maraqlıdır.
Bəli, son bir neçə gündə Milli Məclisin üzvü, deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı daun sindromlu uşağın döyülməsi ilə bağlı polisə şikayət daxil olub. Yayılan məlumata görə, Bakı şəhər sakini A.K Nərimanov RPİ 16-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bu ilin iyun ayından sentyabrın 14-dək olan müddətdə 2014-cü il təvəllüdlü qızı təhsil aldığı “Buta” bağçasının müəllimləri tərəfindən döyülüb. Həmin bağçanın sahibi Günay Ağamalı isə mətbuata bildirib ki, həmin valideynlə bağlı polisə müraciət edəcəm.
Fikir verdinizmi, deputatın qızı problemi araşdırmaq, çıxış yolları tapmaq əvəzinə deyir ki, döyülən uşağın valideynini polisə verəcəm.
Təsəvvür edirsiniz, valideyin hər ay bağçaya 270 manat, loqoped müəllimə üçün isə 200 manat, yəni üst-üstə hər ay 470 manat deputatın qızınınn bağçasına pul ödəyir və uşağı döyürlər. Günay Ağamalı deyir ki, guya valideynin məqsədi onun nüfuzuna xələl gətirməkdir. Ay hörmətli Günay xanım ! Hansı nüfuzdan-zadan söhbət gedə bilər..?
Dünyanın heç bir ölkəsində ata partiya sədri, qızı isə onun müavini, müşaviri, partiyanın Qadınlar birliyinin sədri ola bilməz. Bu XXI əsrdə görünməyən haldır, yəni çox üzr istəyirik, sizinki hətta feodal düşüncəsi də deyil. Nə isə mövzudan kənara çıxmayaq. Yaxşı, görəsən, Günay xanım, uşağın “2-ci mərtəbədəki kravatdan” yıxılmasına nə deyir..?
Bu barədə videoda yayılıb və videodan görünür ki, uşaq düşməyə çətinlik çəkir, tərbiyəçi isə öz işindədir və uşaq yıxılaraq zədə alır...Bunu hamı öz gözü ilə görür... Valideyin deyir ki, mənim uşağım nəzarətsizlikdən yıxılıb, üstünə qışqırıblar, saatlarla tualetdə oturdub qorxudublar. Valieyin onu da deyir ki, bağçanın sahibi Günay Ağamalı müəllimə və tərbiyəçiləri sınaq müddəti adı ilə işə götürüb, hər 15 gündən bir çıxarır, ona görə də nəticə belə olur, cədvəldə yemək saatı 17:45 göstərilsə də, qızım saat 5-də evə göndərilir və s. Bütün bunları biz demirik, valideyinlər deyir....
Təsəvvür edirsiniz, adi bir bağçadan deyil, müxtəlif filialları olan böyük bir şəbəkədən söhbət gedir. Olsun, çox gözəl. Amma valideynlərdən bu qədər pul alıb etinasız yanaşmaq da doğru deyil. Sözün qısası, hal-hazırda tərəflərin müraciətləri ilə bağlı polis bölməsində araşdırmalara başlanılıb. Qısa məlumat üçün qeyd edək ki, “Buta” körpələr evi – uşaq bağçası 2011-ci ildən fəaliyyətə başlayıb. Hazırda bağçanın əsas Gənclik korpusu və Bakıxanov, Neftcilər, Yasamal və s filialları var. Günay Ağamalı həm də alimdir. Bəli, Günay xanım “Məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji keyfiyyətləri” mövzusunda elmi iş yazaraq dissertasiya müdafiə edib.
Görəsən, məktəbəqədər yaşlı uşaqlarda əqli keyfiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri mövzusunda çoxsaylı elmi məqalələrin və tezislərin müəllifi olan Günay Ağamalı uşaq bağçalarında elementar qaydaların qorunmasına riayət edə bilmir?
Yeri gəlmişkən, Günay Ağamalı həm də Azərbaycan Dillər Universitetində çalışır və Azərbaycan Dövlət Pedaqoji Universitetində Yenidənhazırlanma Təhsili üzrə praktik psixoloq ixtisasını alıb. Hətta PSİXOLOQ....??
Deyəsən, bu ölkədə psixoloqların özünün psixoloji yardıma ehtiyacı var... Hörmətli Günay Ağamalı öz uzun müsahibəsində uşaqlara qayğıdan, sevgidən danışır. Adam düşünür ki, kaş dediklərinizin yüzdə birinə əməl edəydiniz....
P.S. Biz hörmətli Fəzail müəllimin özünə həmişə hörmətlə yanaşmışıq, övladı Günay xanıma yenə də hörmətlə yanaşırıq. Amma Günay xanıma bir şeyi xahiş edərdik ki, işçilərinə tapşırsın ki, xəstə uşaqlarla işləmək nə qədər çətin olsa da, o qədər də savabdır.
Çalışın savab əməllərinizi artırın!!!
Fəzail Ağamalının qızının “Buta” uşaq bağçasında nələr baş verir..?
01
dekabr
15:43

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fəzail Ağamalının qızının bağçasında dəhşət: uşağın ayağı belə sındı – VİDEO
Fəzail Ağamalının qızından polisə şikayət edildi - TƏFƏRRÜAT
Fəzail Ağamalının ailəsinin sürücüsü koronavirusdan ÖLDÜ
"Buta" bağçasında nə baş verib? - Türkiyə vətəndaşı təfərrüatları açıqladı
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Gəncədə Körpələr Evində BÖYÜK HOQQABAZLIQ... - İTTİHAM
Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi
Deputat qızı Bakıda böyük obyekt tikdirir - FOTOFAKT
Şabranda bağçadakı görüntülərlə bağlı müdir cəzalandırıldı
Ramiz Mehdiyev qızının adına özəlləşdirdiyi uşaq bağçasını dağıtdırıb - FOTO
Mingəçevirdə sevincsiz qalan "Sevinc" uşaq bağçası - Video
Cənab nazir işə BURDAN BAŞLAMALIDIR... - KÖRPƏLƏR DONUR...
Almanların saldığı qəsəbədə AZƏRBAYCAN REALLIĞI... - İstilik sistemi yoxdur...
"Azərbaycanın təkcə problemi uşağın döyülməsidir?" - Rəşid Mahmudov
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum oldu - FOTO
Uşaq bağçalarındakı qida rasionu dözülməzdir... Körpə uşaqlar nə qədər mannı yeyərlər..?
İcra başçısı Ağcabədidə bağçalara “divan tutur” – 200 nəfər işsiz qalıb/siyahı…
153 saylı uşaq bağçasında BÖYÜK ÖZBAŞINALIQ - İLGİNC İDDİALAR...
İcra başçısı bu hərəkətinə görə tənqid olundu - FOTOLAR
Mərdan Camalovun kadrı uşaqların qida və ərzağını satır?… - 3 nömrəli “Yasəmən” körpələr evinin müdirəsi Elmira Səfərovaya qarşı cinayət işi açılıb…
Uşaq bağçalarında yeni sistem yaradılacaq
Ünvanlı sosial yardım uşaq pulu ilə əvəz olunsun - TƏKLİF
Füzulidə uşaq bağçası istifadəyə verildi - FOTO
Azərbaycanda uşaq bağçasında YANĞIN
Oqtay Əsədovun həyat yoldaşının şirkəti ötən il 14 milyon gəlir əldə edib - FOTOFAKT
Yardımlıda uşaq bağçası yandı
Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilər
İrəvanda uşaq bağçasında pakistanlının qızına zorakılıq edilib, işgəncə verilib
Bu uşaq evləri Bakı meriyasında qaldı - Eldar Yunusov nə işlə məşğul olacaq?
Adı DÖVLƏT, amma müdirlərin ÖZƏL bağçaları…- Lənkəran Təhsil Şöbəsini bu cinayət faktına göz yummağa nə vadar edir?
- Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
- Bu ərzaqlar xərçəng yaradır - Siyahı
- Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib
- Ramos: “Messiyə qarşı oynayanda əziyyət çəkirdim“
- Bu "iPhone" modelləri İOS 17 yeniləməsini almayacaq
- Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - Video
- Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
- “Subay vaxtı səhnə daha maraqlı olur”
- Vilayət Eyvazovdan yeni təyinat
- Bakıda direktor 34 min manat mənimsəyib - İDDİA
- Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib
- Ermənistan ordusunda “təmizləmə əməliyyatı”: Məşhur general işdən çıxarıldı
- Rumen Radev səfirliyimizə hücumu pislədi
- 1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu
- Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı
- Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi
- Özcan anası ilə bağlı iddialara cavab verdi
- Katalin Novak səfirliyimizə hücumu pislədi
- Çexiyada prezident seçkilərinin qalibi məlum oldu
- Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu
- Rusiya hərbçilərinin olduğu xəstəxanada PARTLAYIŞ
- Gədəbəydə 29 yaşlı qadın dərmandan zəhərləndi
- Bakıda kişi hamamda boğulub öldü
- İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı