Bu gün yayılan  rəsmi xəbərlərdən bəlli olur ki, cənab Baş prokuror Kamran Əliyev  Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov vəzifəsindən  azad edib. Xəbərdə qeyd olunur ki, Ramil Məcidov  Göyçay rayonun  sabiq icra başçısı Mehdi Səlimzadənin oğludur.

Biz “Kanal21.org” olaraq  aylar öncə bu iki ata-oğulun  qandonduran cinayət əməlləri barədə yazılar dərc edirdik. Və hər dəfə də hörmətli baş prokuror Kamran Əliyevdən xahiş edirdik ki, Ramil Məcidovun əməllərinə hüquqi qiymət verilsin. 
Təsəvvür edirsiniz  belə bir mühüm dövlət vəzifəsi daşıyan adam əsl meşşan həyatı yaşayırdı. Bu əxlaqın sahibi necə DTX  və DSX-ə nəzarət edə bilərdi..?

Bu adamın özünə ciddi nəzarət lazım idi. Öncə onu qeyd edək ki, Ramil Məcidovun bioloji atası Mehdi Səlimzadə olsa da, hüquqi cəhətdən Abbas Məcidovun, yəni ana babasının oğludur. Yəni bu şəxs öz anası ilə “qardaş-bacıdır”. Nə isə bu məsələ üzərində çox  dayanmayaq. Əsas olan belə bir savadsız adamın ən yüksək dövlət vəzifələri tutmasıdır. Bu adam savadsız olduğu üçün heç bir ali məktəbə qəbul ola bilməyib və sonda ABU-nun diplomunu birtəhər əldə edə bilib. Biz aylar öncə yazdıq ki, bu savadsız  necə  ölkənin ən strateji qurumlarından biri olan  Baş Prokurorluqda general rütbəsi ilə “Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət”  idarəsinin rəisi vəzifəsinə yüksələ bildi..? 
Savadı cəhənnəmə olsun, bu adam  normal  əxlaq sahibi də deyil. Söhbət  Ramil Məcidovun əxlaqından düşmüşkən, onu qeyd edək ki, dostları deyir ki, bu adam hər axşam Kürdəxanıda bağlarda  qumar məclisləri təşkil edir, həmişə də uduzur. Bu adam təkcə qumar xəstəsi deyil, həm də içki düşkünüdür, bəzi xoşagəlməz vərdişləri də var. Bu adam 2-3 aydan bir xarici ölkələrdə səfərdə olur və əvvəllər  səfərə Roza xanımla gedərdi, amma son  vaxtlar anası erməni  olan  Lalə adlı xanımla gedir… 
Xatırladım ki, Ramil Məcidovun 4 uşağı olduğu  halda, Solmaz Xəlilova adlı bir xanımdan isə Ayla adlı bir qızı da var. Solmaz Xəlilovanın ailəsini isə İnqlab küçəsində saxlayır. Bundan əlavə anası başqa millətdən olan Laləni isə özü ilə xarici səfərlərə aparır. Ramil Məcidov Bakıda və Abşeronda yüksəkmərtəbəli binalar tikir, inşaat biznesi ilə məşğul  olur. Biz öz yazılarımızda  car çəkirdik ki, Ramil Məcidovun 4-cü qanunsuz  arvadı Solmaz Xəlilova cinayətkardır, onlarla vətəndaşa külli miqdarda pul atıb. Vətəndaşlar  hüquq-mühafizə orqanlarına şikayətlər etsələr də, Ramil Məcidovun tapşırığı ilə rədd olunur. Solmaz Xəlilova isə hər yerdə “mən general arvadıyam, mənə kimsə söz deyə bilməz”  deyir. 
İndi görürsünüzmü, bu "GƏNƏ"-ral Azərbaycan qanunlarını ayaqlar altına atıb. Bu adam hər şeyə, üzr istəyirik  tüpürüb. Bəli, bu adamın Solmazdan olan qızı Alyanın sənəddəki ata adı isə  xalasının əri Nazimdir. 
Görürsünüzmü, qandonduran, əxlaqsız əməlləri... Bunlara necə azərbaycanlı demək olar..? Bir məsələni də xüsusi olaraq qeyd etməliyik. Biz aylar öncə  2.4 milyon gömrük rüsumundan bəhs etmişdik. 
Yazmışdıq ki,  Sumqayıt Gömrük İdarəsində 2 MİLYON 400 MİN DOLLAR dövlət rüsumu yoxa çıxıb. Daha doğrusu, 2,4 milyon dollar gömrük rüsumu olan məhsul gömrük sistemindən keçəndə KİMSƏ deyib ki, bu məhsulu buraxın, bu məhsul mənlikdir. Və bu günədək 2,4 milyon dollarlıq gömrük rüsumu ödənilməyib. O, KİMSƏ kim olsa yaxşıdır..? 
Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ramil Məcidov. Biz aylar öncə soruşurduq ki, dövlətdən oğurlanan 2.4 milyon dollar gömrük rüsumunu  Ramil Məcidov Kürdəxanı bağlarında qumarda uduzub..? Yoxsa  Gürcüstandan olan hansısa bir ayağı sürüşkən, küçə fahişəsinə xərcləyib ? Biz aylar öncə çox hörmətli Baş prokuror Kamran Əliyevə, Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırova  müraciət edərək bu məsələlərin ciddi araşdırılmasını xahiş etmişdik. 
Biz inanırdıq ki, çox hörmətli Baş Prokurorumuz bu məsələnin araşdırılması üçün müəyyən göstərişlər verəcək. Tezliklə, dövlətə dəymiş zərər ödəniləcək və bu işdə günahkarlar öz layiqli cəzasını alacaqlar. Doğrudan da, Baş prokurorumuza  SAĞ OL deməyə dəyər. 
Yeri gəlmişkən, bu gün yayılan xəbərlərdə Ramil Məcidovun  Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkəni olması qeyd edilir. Məlumat üçün qeyd edək ki, Ramil Məcidov Zakir Fərəcovun keçmiş kürəkənidir.
P.S. Növbəti sayımızda daha ciddi faktların, Ramil Məcidovun obyektlərinin, şirkətlərinin və sahib olduğu xarici ölkələrdəki pullarının saxlandığı bankların adları açıqlanacaq. 

                                                                        Kanal21.org