Mən yazmasam, sən yazmasan, o yazmasa… Gəncə Dövlət Universitetində baş verənlər doğrudursa, bu rəzalət deyil, həm də böyük cinayətdir…
26
dekabr

GDU-nun rektoru Yusif Yusibovu universitetin həyətində niyə döyüblər..?
Doğrudan da, yatsaq yuxumuza girməyən, ağlımızın ucundan keçməyən hadisələr baş verir. 30-40 il əvvəl kimin ağlından keçərdi ki, orta məktəbdə müəllim öz şagirdi ilə, yaxud universitet rektoru tələbə, yaxud müəllimə ilə eşq yaşasın. Amma nə qədər acı olsa da son illər bu cür əxlaqsız olayların şahidi oluruq. Və bu proses dayanmaq bilmir. Kim düşünə bilərdi ki, orta məktəb direktoru korrupsiya ilə məşğul olsun, müəllimlərdən rüşvət yığsın, yaxud universitetin rektorunun şərab biznesi olsun, tikinti biznesi olsun, ya da oteli, restoranı olsun. Sözün düzü, Gəncə Dövlət Universitetində baş verən mənəviyyatsız hərəkətlərlə bağlı elektron poçtumuza hər həftə dəhşətli materiallar daxil olur. Onu da etiraf edək ki, bu mənfi yüklü materilları yazmağa, redaktə etməyə və tirajlamağa nə vaxtımız, nə də xüsusi həvəsimiz var. Və yazıda adı keçən vəzifəli şəxsləri nə yaxından, nə də uzaqdan tanımırıq. Amma düşünürük ki, mən yazmayım, sən yazma, o yazmasın, bəs bu millətin sabahı necə olacaq. Yaxşı hamımız susaq, başımızı qoruyaq, bizə daxil olan informasiyaları malalayaq, ört-basdır edək, cəmiyyətdən gizlədək...
Ona görə, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə deyib ki, bir çox məlumatları məmurlar məndən gizlədirlər, ona görə əhali ilə özüm birbaşa görüşürəm, problemləri soruşuram, həm də bu informasiyaları ölkə mətbuatından alıram...
İndi aydın oldumu, informasiyaları cəmiyyətdən gizlədən media həm də dövlətə xəyanət etmiş olur. Sözün qısası, elektron poçtumuza Gəncə Universiteti ilə bağlı daxil olan ( həm də öz açıq imzası ilə, anonim yox ) müraciəti kiçik ixtisarla dərc edirik. Və qarşı tərəfin söz demək haqqını qəbul edirik.
Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ Cənab Prezident, məlumunuz edirik ki, Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti 2013-cü ildən müxtəlif təşkilatlara, kütləvi informasiya vasitələrinə şikayətlər ünvanlayır. Lakin bu barədə heç bir tədbir görülmür. Çünki, rektor Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Naxçıvanda keçirilən əməliyyatları bütün xalqımız dəstəkləyir, bu əməliyyatları Gəncə Dövlət Universitetində aparmaq çox vacibdir. Əgər DTX burada, qanuni şəkildə maliyyə sistemində yoxlamalar aparsa, buranın böyük bir korrupsiya bataqlığı olduğu üzə çıxar. Bu universitetdə rektor heç bir elmi dərəcəsi olmayan, erməni əsilli şəxslərə yüksək maaşlar verir. Tədris prosesini bütün çiyinlərində daşıyan professor-müəllim heyətinin maaşı respublikada ən aşağı səviyyədədir. Prezidentin göstərişi ilə minimum əmək haqqı 300 manat müəyyən edilsə də, tədris köməkçi heyətinin maaşı 240-270 manat həddindədir. Ali təhsilli laborantlar xadimə ilə eyni maaş alır. Vəzifələrə təyinatlar hamısı rüşvətlə həyata keçirilir. Rüşvət isə prorektor Şahin Xurşudovun əli illə yığılır. İmtahanlar testlə keçirilsə də, imtahana düşən 25 sual bunker sualı kimi salınır, bu suallar isə tələbələrə keçilməyən mövzudan salınır. Rektor dəfələrlə deyib ki, "imtahana elə suallar salın ki, tələbələr kəsilsin. Nəyə görə, biz tələbələrə təqaüd verməliyik?
Tələbələrə verilən təqaüdə universitetin büdcəsindən xeyli pul gedir. Tələbələri kəsin, qoy bu pulları təqaüdə verməyək. Həm də tələbələr kəsilsə, onda kredit pulu da ödəyəcəklər". İmtahanları da Vasif Həsənovun əli ilə keçirir. Universitetdə 8 xidməti maşın var. Rektorun özünün xidməti maşını olsa da, maşın həvəskarı olduğundan son model idman stilli bahalı cip alıb. 20-AA-530. Bir gün birindən, başqa gün o birindən istifadə edir. Heç magistr təhsili belə olmayan, universitetin nəzdində olan, özünü maliyyələşdirmə prinsipi ilə işləməli olsa da, universitetin büdcəsinin hesabına maliyyələşdirilən İdman klubunun sədrinə də xidməti maşın ayırıb. Universitet əməkdaşlarının narazılığından sonra qeyri-qanuni maliyyələşdirməyə qanuni don geyindirmək üçün, ona əlavə olaraq bir ştat da mühafizə xidməti vəzifəsini yaradaraq həvalə etmişdir. Xidməti maşınların hamısı saz vəziyyətdədir, amma təmir adı ilə sənədləşdirib yalandan pul silirlər. Bu günlərdə guya universitet tender elan edib, bu tenderin qalibi isə “Leqal FN” MMC olub. Məqsəd nəqliyyat vasitələrinin əsaslı təmiridir. Bu niyyətlə GDU 26239.8 manat şirkətə maliyyə köçürəcək. Amma maraqlıdır ki, universitetin balansında hamısı saz vəziyyətdə olmaqla həddindən artıq xidməti avtomobillər var, bu avtomobillər müxtəlif vəzifə sahiblərini evindən işə və əksinə aparmaq üçündür, rektorun köməkçisinin belə xidməti maşını var. Müəllimlərin maaşı artırılmır, universitetin laboratoriyalarına avadanlıq alınmır, kitabxanada müasir ədəbiyyatlar yoxdur. Belə şəraitdə xidməti maşınların təmirinə 26 mindən çox pulun ayrılması, yalandan kosmetik təmirlərə yüz minlərlə pulun sərf olunması nə dərəcədə düzgündür? (Əslində bu təmirlər də dekanlardan pul yığılaraq həyata keçirilir).
Universitetin tələbə yataqxanasını kosmetik təmir etdilər, bu məqsədlə ayrılmış 8 milyon manat pulun heç 3 milyonu ora sərf olunmayıb.
İndi saz vəziyyətdə olan xidməti maşınlardan ötrü az qala bir maşının qiyməti qədər təmir xərcləri nəzərdə tutulub. Bu da öz növbəsində keçirilən tenderin formallığını gözlər önünə sərir və maxinasiya şübhələrini artırır.
İndi Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının təmiri üçün guya tender keçirilib. Bu tenderin qalibi isə qeyri-rəsmi şəkildə Yusif Yusibovun qardaşı Çingiz Yusifovun idarə etdiyi "19 Saylı Tikinti Təmir İdarəsi" MMC olub. Universitet balaca ikimərtəbəli bir korpusun təmiri üçün 2 milyon 157 min 123.41 manat ödəyəcək. Bəli, bir manatlıq bir avadanlığı 20-30 manata sənədləşdirib universiteti talan edirlər. Gəncədəki orta məktəblərdə olan təchizat, avadanlıq GDU-dan dəfələrlə yüksəkdir.
Universitetin əməkdaşlarından Heydər Kərimov, Eyyub Mirzəyev, Qulu Qurbanov, Mahizər Hacıyeva və s. kimi müəllimlər xəstəlik səbəbi ilə işə gəlmir, bir neçəsi yataq xəstəsidir, amma buna baxmayaraq onlara tam ştat maaş verilir.
Rektor Yusif Yusibovun illər ərzində GDU-nun maddi-texniki bazasını yeniləmək adı ilə böyük vəsaitlər mənimsəməsi, tələbələrdən rüşvət yığması, kimya kafedrasının baş müəllimi Z….. Əliyevanın ailəsini dağıtması, Z….. xanımın sabiq yoldaşının universitetin həyətində rektor Yusif Yusibovu hamının gözləri qarşısında döyməsi, daha sonra onu qondarma cinayət yolu ilə həbsə atdırması, qorxusundan uzun müddət şəxsi cangüdənlə gəzməsi və s. kimi cinayətləri azmış kimi, indi də maşın təmiri, bina təmiri adı ilə pullar silir.
Cinayətləri bilib, onu deməmək özü də bir cinayətdir, amma rəhbər vəzifəli şəxslər bu cinayətin üstünü ört-basdır edirsə, onda bu dövlətə xəyanət hesab olunmalıdır.
Çox xahiş edirik ki, Dövlət Təhlükəsizlik Xidməti yolunu bizim universitetə də salsın...
Cənab Prezident, Sizdən çox artıq dərəcədə xahiş edirik ki, bu universitetdə qayda-qanun yaradılması üçün lazımi göstəriş verəsiniz.
Hörmətlə, Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından
Azadə Murad qızı Vəliyeva.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR