Özünü  İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, tanınmış ictimai xadim kimi təqdim edən və hazırda həbsxana həyatı yaşayan Rasim Məmmədov  barəsində xəbərlərə  baxarkən, Dədə Ələsgərin  misraları yada düşdü: Alçaqda dayan ki, çıxasan başa, Tülküsən, aslanla girmə savaşa. Gəl yapışma gücün çatmayan daşa, Götürə bilməzsən, zora düşərsən. Doğrudan da, hər kəs öz “razmer”inə uyğun daşdan, daha doğrusu, işdən yapışmalıdır. Yoxsa, Rasim kimi... 

Təsəvvür edirsiniz,  bu adam özü haqqında ALİCƏNAB ŞƏXSİYYƏT, LİDER-filan  obrazı yaradırdı. Guya ki, Rasim Məmmədov kağız üzərində  115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyası yaratmışdı. Bəli, Rasim Məmmədov hər yerdə deyirdi ki, guya onun rəhbrərliyi altında   113 Vətəndaş Cəmiyyəti təsisatı - QHT, KİV, qəzet, İnternet TV, portal və saytları fəaliyyət  göstərir. Hələ bu harasıdır..? 
Rasim Məmmədov bütün bölgələrdə  öz dayaq qurumlarını, rayon təşkilatlarını yaradır və az qala lider kimi rayonlara səfərlər edirdi. Bəli, car çəkirdilər ki, İrasim gəlir, onun pişvazına  çıxırdılar, onu qarşılayırdılar... Rasim Məmmədov özünü də Qarabağ müharibəsi veteranı kimi təqdim edir, guya Qarabağ qaziləri, şəhid ailələri ilə görüşür, onların problemlərini həll edəcəyini bildirirdi... Elə bil kimlərsə  bu “razmerdə” adamı siyasi karyeraya hazırlayırdılar. Hətta adını çəkmək istəmədiyimiz, tanınmış incəsənət, elm xadimləri də  bu “maşennik”in toruna düşmüşdü. Bütün bunlar azmış kimi, Rasim Məmmədov özünü az qala hüququ tapdalananların  HAMİSİ kimi qələmə verir, insan hüquqlarından-zaddan basıb-bağlayırdı. Və  vurulmuş məmurları öz ətrafında toplamağa çalışırdı. Həm də bəzi məmurları hədəfə alaraq, onları  “aylığa” otuzdurmaq istəyirdi. Bəzən buna nail də olurdu. 
Təsəvvür edirsiniz, bu “liliput  ictimai-siyasi xədim” Avropa ölkələrinə səfərlər edir, orada müvafiq qurumlar yaradır, oradakı  qardaş  Türkiyə və Azərbaycan diasporasının üzvləri ilə görüşür və onlardan Qarabağa maddi-maliyyə yardımları tələb edirdi. Bəli, nə qədər  xaricdə yaşayan soydaşlarımız  Rasim Məmmədovun vədlərinə aldanaraq pullar xərcləyiblər. Biz hələ Rasim Məmmədovun Türk dünyasının  düşməni Fətullah Gülənin  çetesinə daxil olmasından uzun-uzadı yazmırlıq. Sözün qısası, atalar demişkən, su sənəyi su da sınar. Yəqin ki, çoxları Rasim Məmmədovun rüsvayçı, biabırçı saxlanma əməliyyatına baxıb. Bəli, asfaltdakı ləkəni silmək mümkün olan məsələ deyil. 
Sözün qısası, 04 fevral  2022-ci il tarixdə  Rasim Məmmədovun ŞAR-nı deşdilər və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıldı. DİN -in Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunurdu ki, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən "Azmetal" MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq ifadələr işlədərək çölə çıxmasını tələb edib. Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onu söyüb, əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib. 
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb və araşdırmanın nəticəsinə uyğun olaraq cinayət işi başlanılıb. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb. 
Onu da qeyd edək ki, bu Rasim Məmədovun birinci cinayət əməli deyil. O, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər edib. Biz hələ Rasim Məmmədovun  əsgərlikdə, hərbi xidmətdə olarkən  həbs olunmasından, sonra Moskvada rus qadını aldadaraq onunla kəbin kəsdirməsindən, sonra həmin qadının qızıl əşyalarını oğurlamasından və 1996-cı ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hökmü ilə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 145.2, 145.3, 145.4, 145.5, 145.6-cı (Qabaqcadan əlbir olan bir dəstdə şəxs tərəfindən, silah işlətməklə, xüsusi təhlükəli residivist tərəfindən, banditizim etmiş şəxs tərəfindən və zərər çəkənə küllü miqdarda ziyan vurmaqla quldurluq edib) və 220-ci maddələri ilə (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və satma) 8 il azadlıqdan məhrum olunmasından, 2001-ci ildə amnistiya qərarı ilə azadlığa buraxılmasından uzun-uzadı bəhs etmək istəmirik.  Sonda onu qeyd edək ki, artıq Rasim Məmmədovun barəsində cinayət işi başlanılmasından 1 ilə yaxın vaxt keçib. 
Görəsən, istintaq prosesi niyə bu qədər uzanır...? Yəqin ki, müvafiq qurumlar bu suallara aydınlıq gətirəcəklər.