Özünü bloger-jurnalist kimi tanıdan, müxalifətin dəstəkləyicisi olan İqbal Mikayılovun həbsi reallaşdı.
Söhbətin bir vaxtlar Mərdan Camalovla və onun müavini ilə çox yaxın münasibətdə olduğu bildirilən, hətta münasibətlərinin daha uzaqlara, xalça üzərindən keçdiyi də deyilən İqbal Mikayılovdan gedir. O İqbal Mikayılov ki, heç bir yerdə işləməyə-işləməyə dəbdəbəli həyat tərzi keçirən və özünü Şirvanda söz sahibi kimi qələmə verən şəxs nəzərdə tutulur. 
O, kənd evləri massivi adlanan ərazidə yerləşən məscidin axundu kimi də tanınır. 
Dünən gecə saatlarında Mikayılov İqbal Hqquq Mühafizə Orqanları tərəfindən saxlanılıb. İqbal Mikayılov saxlanılarkən üzərindən 500 qram narkotik maddə aşkarlanmışdır. İqbal Mikayılovla yanaşı onun sürücüsü kimi tanınan Samir adlı şəxs də tutularaq istintaqa təhvil verilib. Şirvan şəhərində narkotiklərə qarşı əməliyyat tədbirləri davam etdirilir. 
Məlumatda o da bildirilir ki, İqbal Mikayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. 
Şəhər sakinləri bu əməliyyatlarda iştirakçı olan bütün polis işçilərinə öz dərin minnətdarlıqlarını bildiriblər.