Bir neçə ildir ki,  mediada  barəsində  qalmaqallı, cəncəlli, şər-böhtan, hədə-qorxu, təhdid   xarakterli yazılar dərc edilən iş adamı Müqayis Verdiyev barəsində  redaksiyamıza  ilginc məlumatlar daxil olub. 
Qısa məlumat üçün qeyd edək ki, Müqayis Verdiyev muzdlu mediasında özünü  iş adamı, quruculuq, abadlıq işlərinin icraçısı kimi göstərməyə çalışır. Guya Müqayis Verdiyev  müxtəlif rayonların, şəhərlərin abadlaşdırılması üçün can qoyur, gecə-gündüz çalışır. Amma əslində bu adam uzun illərdir ki,  sahibkarlıq adı altında məmurları, vəzifəli şəxsləri şantaj etməklə pullar qazanır. Və sonda dövlətdən qazandığı yüz minlərə qane olmayaraq şantaj və təhdid yolu ilə məmurlardan əlavə pullar qopartmağa çalışır. Və qazandığı milyonlardan  işlətdiyi fəhlələrə, ustalara, hətta Qarabağ qazilərinə pul vermir. 
Bu adam hətta tikinti-inşaat materialları götürdüyü  şirkətlərə də pulları ödəmir və... Deyir ki, mənim alacağım pulları icra başçıları ödəmir, nə vaxt onlar pullarımı ödəyəcək, onda sizin maaşınızı, yaxud tikinti-inşaat  materiallarının pulunu ödəyəcəm. Yəni bu adam az qala  hamını öz cinayət əməllərinə şərik edib. Amma bilmir ki, hansı icra hakimiyyəti ilə işləyibsə, həmin icra hakimiyyəti orqanlarına yazılı məktublar verib ki, mənim heç bir icra hakimiyyəti orqanlarından alacağım yoxdur.
Sözün qısası, bu adam, əməlli-başlı reketlik edir, kimlərisə şantaj edir, kimlərəsə hədə-qorxu gəlir, deyir yuxarılarda  mənimlə oturub-duranlar var, hətta elə hörmətli şəxslərin adını çəkir ki....adam açıqlamaq istəmir. Görünür bu adam üçün şantaj-təhdid-hədə-qorxu yolu ilə pul qazanmaq az qala həyat tərzinə çevrilib. Amma atalar da deyib ki.... yalanın ömrü  qırx gün çəkər. Amma  bu yalanın ömrü  40 gün də çəkmədi. Və bir müddət əvvəl  redaksiyamıza daxil  olan məlumata görə, özünü iş adamı, sahibkar hesab edən Müqayis Verdiyevin ŞOK SƏS YAZISI  yayılıb. 
Bəli, Müqayis Verdiyev ötən yazımızda qeyd etdiyimiz kimi heç 5-ci sinifi də bitirmədiyi üçün onun hüquq anlayışı yoxdur. Və elə bilir ki, ölkənin hüquq-mühafizə orqanlarından qaçıb haradasa gizlənmək olar. Amma bu adam anlamır ki, bu adamdan narazı qalan, maaşlarını ala bilməyən, verdikləri materialların haqqını ala bilməyən yüzlərlə insan, kütləvi şəkildə hüquq-mühafizə orqanlarına üz tutublar. Bu gün-sabah Müqayis Verdiyevlə bağlı  kütləvi aksiyalar da ola bilər. Və hazırda  bu kütləvi narazılıqlar və şikayətlərlə bağlı  ciddi hüquqi-istintaq  araşdırmaları  gedir. Müqayis Verdiyev isə hüquq-mühafizə orqanlarından qaçıb gizlənməyə  çalışır.... 
Bu adam başa düşmür ki, hüquq-mühafizə orqanlarından qaçıb gizlənməyə çalışmaq özü də bir cinayət əməlidir. Ona görə də, biz Müqayis Verdiyevə deyirik ki, nə qədər gec deyil, get, könüllü olaraq hüquq-mühafizə orqanlarına  təslim ol...yoxsa, səni qandallı gətirəcəklər... Bəli, hazırda yayılan  SƏS YAZISINDA Müqayis Verdiyev iddia edir ki, yuxarıda onun adamları var, hətta həmin yüksək rütbəli şəxslərin adını açıqlayır... 
Hətta Prezident Administrasiyasındakı  dostlarının adlarını açıqlayır... Həmin səs yazısında hər ay mediaya, kütləvi informasiya agentliklərinə nə qədər pul xərclədiyini açıq-aşkar deyir. Müqayis Verdiyev hətta o qədər həddini aşır ki, deyir, lazım gələrsə Avropanı ayağa qaldıracam, mənim Fransa Perzidenti  Makronla yaxın əlaqələrim var... 
Görəsən, Azərbaycanın düşməni, Ermənistanın dostu olan  Makronla Müqayis Verdiyevi hansı əlaqələr birləşdirir..? 
Bəli, Müqayis Verdiyev deyir ki, Rabitə Nazirliyində yaxın dostlarım var, istəsəm onların vasitəsi ilə sizlərin telefon danışıqlarını izləyə bilərəm... Bu adam özünü  media baronu kimi göstərir və bəzi baş redaktorlara deyir kİ, sizə qarşı hər hansı iddia olarsa, narahat olmayın, məhkəmələrdə adamlarım var, onların vasitəsilə sizləri xilas  edəcəm... .
Sözün qısası, özünü iş adamı, sahibkar kimi cəmiyyətə sırıyan Müqayis  Verdiyevin  neçə illik əməllərinin üstü açılıb, bütün cəmiyyətə bəlli olub... Sonucu səs  yazısı isə Müaqyis  Verdiyevin qələminin qırılması üçün ciddi əsas olacaq. Bizi izləyin. Yaxın zamanda Müqayis Verdiyevlə bağlı şok xəbərləri bizdə oxuyun.