Müqayis Verdiyev, Allahdan qorxmursan, gözdən əlillərin pulunu yemək olar..?
Müqayis Verdiyevin heç kimdən bir qara qəpik belə alacağı yoxdur...
Özünü guya iş adamı kimi qələmə verən Müqayis Verdiyevin dələduzluq əməllərindən dövrü mətbuatda kifayət qədər yazılıb. Bu adamın vergidən külli miqdarda yayınmasından yazılıb.
İndi yazacağımız məqalədə bəlli olur ki, bu saxta, yalançı iş adamı hətta gözdən əlillərin də pullarını vermək istəmir.
Sözün düzü, detallara varmaq istəmirik, amma Müqayis Verdiyevə deyiləcək bir neçə sözümüz var. Birincisi, özün hər yerdə haqq-ədalətdən danışırsan, kimlərisə dürüst olmamaqda, halal çörək yeməməkdə ittiham edirsən. Müqayis Verdiyev, sən gözdən əlillərin pulunu yeyə bilirsənsə, daha sənə deyiləsi söz qalmır...
Ay adam, hətta ən kasıb, imkansız adamlar gözdən əlilləri görəndə onlara 20-30 qəpik, 1-2 manat yardım edir. Sən isə yardım etmək əvəzinə, gözdən əlillərin pulunu vermirsən... Sənin bu hərəkətin heç bir qanuna, qaydaya, insanlığa sığan məsələ deyil. Sən vəzifəli şəxsləri, nə bilim məmurları şantaj edirsən, təhdid edirsən, hədə-qorxu gəlirsən-filan...bunları harasa yazmaq olar. Bəs sən gözdən əlilləri necə şantaj edirsən..?
Sən bilmirsən ki, haqq-ədalət divanında sənin məsələnə baxacaqlar. Bilmirsən ki, Allah onsuz da onları imtahana çəkib... Müqayis Verdiyev, sən dövlətin yüz minlərlə vergi borcunu ödəmədin, yayındın... Sən Qarabağ qazilərinin halal pulunu vermədin, onları işlədib aylarla maaşını ödəmədin... Müqayis Verdiyev, sənin evinin qabağında haqqını pozduqların yığışır, sən isə qaçıb gizlənirsən, çıxıb onlara cavab verməyə cəsarətin çatmır...
Sən bu günə qədər çörək kəsdiyin neçə-neçə məmuru şantaj edərək onları rüsvay etmisən. Axı, sən həmin məmurların hesabına milyonlar qazanmısan. Sən həmin məmurların yanında dayanmağı həmişə özünə şərəf bilmisən. Amma məqamı gələndə həmin məmurlara arxadan namərdcəsinə zərbə vurmusan. Bu nə insanlığa, nə də kişiliyə yaraşan məsələ deyil. Sən hər yerdə elə şəxsiyyətlərin adını hallandırırsan ki.... İnan həmin adamlar bu barədə bilsələr sənin dərinə saman təpəcəklər, Müqayis Verdiyev... Sən özünə yaraşdırıb, mühüm dövlət vəzifələrində çalışan ləyaqətli şəxslərin arxasında gizlənirsən... Sən hər yerdə hüquq-mühafizə orqanlarında çalışan hörmətli şəxslərin adını çəkirsən...guya onlar sənə himayədarlıq edirlər...guya sən də onlara görüm-baxım... Müqayis Verdiyev, bir gün bunların üstü açılacaq, bax, onda səni zopalayacaqlar... Müqayis Verdiyev Azərbaycan dövləti bütün sahibkarlara münbit şərait yaradıb. Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə iş adamı, sahibkar, fermer, biznesmen dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək fəaliyyət göstərir, yeni iş yerləri yaradır, milyonlar qazanır, dövlətin büdcəsinə böyük miqdarda vergi ödəyir, xeyriyyəçilik edir, orduya, şəhid ailələrinə yardım edir və s, və i. Sən də ol, həmin sahibkarlardan biri, halal pulunu qazan. Niyə məmurları, icra başçılarını şantaj edirsən..?
Müqayis Verdiyev, ataların bir müdrik sözü var ee... Keçinin əcəli gələndə başını çobanın çomağına sürtür. Şəfası səndən uzaq. Deyəsən sən də həmin keçi kimisən, başını ora-bura sürtürsən. Qaşınmayan yerdən qan çıxardırsan, kimlərisə şantaj etməkdən xüsusi ləzzət alırsan... Məlumdur ki, sahibkar, iş adamı yeni iş yerləri açar, insanları işlə təmin edər, PUL qazanar və SAVAB qazanar... Müqayis Verdiyev isə ancaq şantaj, təhdid, hədə-qorxu yolu ilə GÜNAH və TÖHMƏT qazanır. Bunlar azmış kimi, gözdən mayıflara da pul atır, onların da haqqını yeyir... Hələ bu harasıdır..?
Müqayis Verdiyevin bu gün təkcə fəhlə və ustalara deyil, həm də tikinti materialları şirkətlərinə böyük miqdarda borcu var. Və həmin şəxslər Müqayis Verdiyevi axtarırlar. Hətta həmin şəxslər dövlət qurumlarının qarşısında aksiya da keçirmək istəyirlər. İndi görürsünüzmü, Müqayis Verdiyev nə qədər insanları dövlətdən narazı salır. Müqayis Verdiyev, get Qarabağ qazilərinin, gözdən əlillərin pulunu qaytar. Tövbə elə, haqq yolunu tut, düz yola gəl. Onsuzda səni uzun müddətli həbs gözləyir.
P.S. Dünən eşitdim ki, Müqayis Verdiyev qarşısına çıxan hər bir şəxsdən 200-300 manat borc istəyir. Bilir ki, həbs olunacaq, ona görə.
Müqayis Verdiyev, Allahdan qorxmursan, gözdən əlillərin pulunu yemək olar..? - Müqayis Verdiyevin heç kimdən bir qara qəpik belə alacağı yoxdur...
30
dekabr
18:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bir yaralı barmağa….məlhəm qoymayan sahibkar Müqayis Verdiyev… - Bu adamın ayrı-ayrı şəxslərə, şirkətlərə külli miqdarda borcu var…
Müqayis Verdiyevin ŞOK SƏS yazısı YAYILDI... - Nə qədər gec deyil, get, hüquq-mühafizə orqanlarına təslim ol, tövbə elə, yoxsa səni...
Veteran futbolçunun Vilyam Hacıyev barəsində şikayətinə xitam verildi
Müqayis Verdiyev HƏBSXANANIN bir addımlığında... - Özünü iş adamı kimi təqdim edən Verdiyevin ali təhsili olmasa da, əla şantajçıdır...
Çovdarovla əlaqəli olan iş adamının qaranlıq keçmişi-VIDEO
Dəfələrlə həbs olunan, amma islah olunmayan Müqayis Verdiyevin yenidən həbsi qaçılmazdır... - Müqayis Verdiyev məmurları kimlərin adından şantaj edir...
Müqais Verdiyev, 5 min manatımı qaytar ...-MÜQAİS VERDİYEV YENİDƏN HƏBS OLUNA BİLƏR
Şəhid İlqar Verdiyevin atası vəfat edib
Azərbaycanda gözdən qurd çıxarıldı - VİDEO
Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt
Daha bir saxta diplomlu məmur... - CİDDİ POST TUTUR.
Maşallah Əhmədov DTX-yə çağırılıb? - AÇIQLAMA
Rusiyalı aktrisa buna görə cərimələndi
İş adamı sui-qəsddə öldürüldü - ANBAAN VİDEO
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
“Gəncə Sukanal” TSC-nin rəisi Şöhrəddin Verdiyevin diplomu saxtadır..? - “Azərsu” ASC-nin sədr əvəzi Köçərli Həsənov bu məsələyə aydınlıq gətirsin...
Azərbaycanda vəkilə qarşı dələduzluq edildi
Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma... - İTTİHAM
Tərtərdə mülki şəxs minaya düşdü
“İcra başçıları müğənnilərin pulunu vermir” - Lalə Məmmədova
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
Şöhrəddinin bütün ölkəyə yayılan ŞÖHRƏTİ..- Gəncədə saxta diplomlu rəis kimdir ?
“Azercell” MMC-nin yüzlərlə dilleri niyə narazıdır ? - Azercell vergidən nə qədər yayınır ?
BNA Qarabağ əlillərinə QƏNİM KƏSİLİB... - NƏ BAŞ VERİR?
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Zəfərimizi gözdən salan nazir
Sahil Babayevin nazirliyindən ağlasığmaz qərar — Qarabağda gözünü itirən əsgər 110 manat alacaq
“Binə” və “Sədərək” bazarında 50 qəpik “torpaqbasdı”, yol pulu…. - Yusif Qədimbəylinin “parkofqa biznesi”…
DAŞKƏSƏN ŞƏHİDLƏRİ TURXAN SÜLEYMANOVUN VƏ NİHAD VERDİYEVİN 40 MƏRASİMLƏRİ KEÇİRİLİB
- Siyəzəndə narkotik satan 10 nəfər tutuldu
- Ötən ay 4 nəfər zəhərlənərək ölüb
- Çağla Şıkel kiminlə eşq yaşayır? - FOTOLAR
- "Döyüş meydanında qələbə olmalıdır" - Lavrov
- "Saakaşvilini təhvil verin" - Ukraynadan Gürcüstana ÇAĞIRIŞ
- Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
- Fransa da İstanbuldakı konsulluğunu bağladı
- "Ukrayna iqtisadiyyatının üçdə birini itirib" - Şmıxal
- Zəngəzur dəhlizi hamının faydasına olacaq - Hulusi Akar
- İranda qadınlarla bağlı yeni gülünc qərar
- İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
- Kamran Əliyev prokuroru işdən çıxardı
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Anasının öldüyü gün qızı dünyaya gəlib
- Herrinin konsertdə şalvarı cırıldı
- ABŞ bu tarixdə Çinlə müharibə edə bilər