Ramiz Mehdiyevin baldızının oğlu Levan Qurskayan və arvadının rəfiqəsi Gülsarə Kərimovna... - Azərbaycan dilini bilməyən, latın əlifbasında yazıb-oxumağı bacarmayan birini Zəngilana məhkəmə sədri təyin etmək...
04
yanvar

Zəngilan sakinləri Prezident Administarsiyası, Ədliyyə Nazirliyi qarşısında etiraz etmək istəyirlər...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan cəmiyyətinə elə “minalar” basırıb, elə “paz”lar çalıb ki, bunları zərərsizləşdirməyə xeyli zaman lazım olacaq. Biz bir media olaraq uzun müddət Ramiz Mehdiyevin baldızı oğlu, erməni əsilli polkovnik Levan Qurskayandan yazmışıq.
Təsəvvür edirsiniz, bu erməni əsilli polkovnik Daxili İşlər Nazirliyində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. İndi özünüz təsəvvür edin ki, bu erməni əsilli polkovnik neçə-neçə erməniyə Azərbaycan pasportu verib. Bu ermənilərin ölüsünün közünə, dirisinin hər şeyinə...
Ümumiyyətlə, Ramiz Mehdiyev öz kadrlarını strateji sahələrə yerləşdirirdi. Məsələn, Ramiz Mehdiyevin arvadı Qalina Yuriyevnanın rəfiqəsi, hazırda Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna İmanova da Ramiz Mehdiyev tərəfindən məhkəmə-hüquq sisteminə çalınmışlardandır. Heç kimə sirr deyil ki, məhkəmə-hüquq sistemi əhalinin ən çox müraciət elədiyi sahədir. Və Zəngilan rayonu kimi həssas bir bölgəyə Gülsarə Kərimovnanı məhkəmə sədri təyin etmək özü dövlətçiliyə vurulan zərbədir.
Məlumdur ki, Zəngilan camaatı kənd əhlidir və çoxu da rus dilini bilmir. Belə bir rayona Azərbaycan dilini bilməyən, hətta latın əlifbasında yazıb-oxumağı bacarmayan birini məhkəmə sədri təyin etmək dövlətə qarşı ədalətsizlikdir. Bu əlli minə yaxın insanı dövlətdən narazı salmaqdır. Gəlin görək, Gülsarə Kərimovna kimdir, nəçidir, ümumiyyətlə, Azərbaycana necə gəlib, necə məhkəmə sədri olub..?
Məlumat üçün qeyd edək ki, Türkmənistanda doğulan, orada ali məktəbi bitirən, müstəqil Türkmənistan dövlətinin vətəndaşı olan Gülsarə Kərimovna 2013-cü ildə Azərbaycanda peyda olub və 2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub.
Bizim Ramiz Mehdiyevin qohumları olan nə Levanla, nə də Gülsarə Kərimovna ilə şəxsi qərəzimiz yoxdur. Amma axı, Azərbaycan Respublikasının vətəndaşı olmayan, Azərbaycan dilində danışa bilməyən, latın qrafikasında yaza bilməyən Gülsarə Kərimovna necə Suraxanıda məhkəmə hakimi oldu..? Hələ bu harasıdır ? Allah qoymasa, Gülsarə Kərimovna 2018 – ci ildən Zəngilan Rayon Məhkəməsinin sədridir. Və məhkəmə hakimi, məhkəmə sədri olduğu müddətdə məcburi köçkünlərin boşanması və digər hallarla bağlı qəbul etdiyi qətnamələr ölkəmizdəki məhkəmə-hüquq sisteminə yumşaq formada desək, kölgə salır.
Bəli, Gülsarə Kərimovna hansı yolla, necə məhkəmə sistemində işə düzəlibsə, bu gün də eyni qaydada özü kimlərisə işə qəbul edir. Və ən dəhşətlisi odur ki, Dövlət İmtahan Mərkəzinin ( DİM ) test imtahanlarından keçən və məhkəmədə işə düzəlmək istəyən şəxslərə isə Gülsarə Kərimovna deyir ki, boş yerimiz yoxdur. Amma DİM-in imtahanlarından keçməyən şəxsləri Gülsarə Kərimovna Zəngilan məhkəməsində işə qəbul edir. Bir sözlə, Zəngilan Rayon Məhkəməsində qanunsuzluqlar baş alıb gedir. Bütün bunlar ortada olduğu halda görəsən, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası hara baxır ?
Gülsarə Kərimovna, ümumiyyətlə, Azərbaycan millətinin psixologiyasına yad olan biridir. Bu adam şəhid ailəsi, Qarabağ qazisi ilə necə davranmağı bilmir. İndi özünüz təsəvvür edin də məhkəmə iclasına idman ayaqqabısı, idman şalvarı ilə gələn qadına Zəngilan camaatının münasibəti necə ola bilər..?
Bütün bunlar azmış kimi Gülsarə Kərimovna hətta Ali Məhkəmənin Plenumunda qəbul olunmuş qərarların əleyhinə çıxır, Azərbaycan vətəndaşlarının və dövlətinin əleyhinə fəaliyyət göstərir. Belə ki, Ali Məhkəmənin Plenumunda zənginləşmək haqqında qərar qəbul edilib. Və o qərarda göstərilib ki, 500 manatdan artıq cərimə qarşı tərəfi zənginləşdirmək deməkdir. Amma Gülsarə Kərimovna kimi bəzi məhkəmə sədrləri mətbuata, media orqanlarına 5-10, hətta 15 min manat cərimə yazırlar. Biz də mətbuatdan oxuyuruq ki, Gülsarə Kərimovna Qarabağ müharibəsi veteranı olan jurnalistə 10 min manat cərimə kəsib. Bu adamdan soruşan lazımdır ki, sənin qəbul etdiyin qərar, qətnamə hansı məntiqə söykənir..?
Sənin ki, ƏDALƏT, yoxsa ƏDAVƏT tərəzisidir, ay Gülsara..? Həmin veteranın dilindən eşidilən sözləri qələmə alan jurnalist bildirir ki, əgər bizə düşmən kəsilən Ermənistanda erməni hakim bu işə baxsaydı, heç olmasa, 10 min deyil, 9999.99 manat cərimə edərdi. Sən Azərbaycan millətinə qarşı nə qədər yanıqlısan ki, ay Gülsarə Kərimovna..? Sən birbaşa qoyulan tələbi olduğu kimi təmin edirsən. Bəlkə də, sən Azərbaycana təsadüfi gəlməmisən... Səni bura məqsədli şəkildə göndəriblər... Digər tərəfdən, məhkəmə sədrinin bir rayonda 5 ildən artıq işləməsi rüşvət və korrupsiya üçün münbit şərait, rüşvətin çiçəklənməsi deməkdir. Onu da bildirək ki, Zəngilan Rayon Məhkəməsində bütün dolayı işlərin hamısını Vüsalə adlı şəxs həyata keçirir. Həmin Vüsalənin də keçmişi və indisi yoxlanılsa hər şey aydın şəkildə görünər.
Sözün qısası, Zəngilan sakinləri Ramiz Mehdiyev-Vasif Talıbovla yaxın münasibətləri olan Gülsarə Kərimovnanın Zəngilan Məhkəməsindən uzaqlaşdırılmasını cənab Prezident İlham Əliyevdən və Ədliyyə naziri Fikrət Məmmədovdan xahiş edirlər. Yəqin ki, yaxın zamanda narazı sakinlər PA-nın, Ədliyyə Nazirliyinin qarşısında öz etirazlarını dinc aksiya vasitəsilə bildirəcəklər.
OXŞAR XƏBƏRLƏR