Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin Vasif Talıbovla qohumluğu...
Məhkəmə-Hüquq Şurası hara baxır..?
Biz bir media olaraq illərdir ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin dözülməz vəziyyətdə olması ilə bağlı silsilə yazılar dərc edirik. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məhkəməni nəzərdə tutaraq “Bura ƏDALƏT SARAYI olmalıdır” fikrini də nümunə gətiririk. Amma min təəssüf ki, Azərbaycanda bir çox hakimlər bu ƏDALƏT SARAYINI bərbad günə qoyublar. Hətta Milli Məclisin tribunasından millət vəkilləri “Azərbaycanda məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir” deyiblər.
İndi özünüz təsəvvür edin ki, vəziyyət hansı həddə çatıb ki, deputatlar belə kəskin, sərt ifadələr işlədirlər. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə bir çox sahələrdə ciddi islahatlar həyata keçirilib. Amma məhkəmə-hüquq sistemi bu islahatlardan kənarda qalıb. Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, qanunsuzluq, rüşvət son həddə çatıb. Əgər ölkə mediasını 2-3 gün izləsəniz məhkəmə-hüquq sistemi ilə bağlı onlarla tənqidi materiala rast gələrsiniz.
Məlumdur ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemindəki neqativ vəziyyətin aradan qaldırılması, islahatların aparılması üçün Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…
Ancaq bu FƏRMANA baxmayaraq məhkəmə-hüquq sistemindəki dözülməz vəziyyət daha da ağırlaşıb. Və məhkəmə-hüquq sistemində rüşvət, korrupsiya halları daha da kəskinləşib.
Təsəvvür edirsiniz, son illərdə 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb. Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyinə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin və s. Digər vacib məqam isə odur ki, bəzi məhkəmə hakimlərinin qərarları Azərbaycan dövlətinin imicinə zərbə vurur. Belə ki, bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır.
Hər il Avropa Məhkəməsinə yüzlərlə şikayət gedir və nəticədə bəzi rüşvətxor məhkəmə hakimlərinə görə, Azərbaycan dövləti milyonlarla cərimə ödəməli olur. Yəni söhbət təkcə dövlətimizin imicinə vurulan zərbədən getmir, həm də milyonlarla cərimə ödəyirik. Beləcə, Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləkələnir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir.
Sözümüzün canı odur ki, məhkəmə-hüquq sistemində təcili ciddi islahatlara başlanılmalıdır. Bəli, məhkəmə-hüquq sistemimizə kölgə salan hakimlərdən biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Vəli Abdullayev 1968-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi, 2009 – 2021-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir.
Bu adam üçün ədalət, qanun-filan deyilən dəyər yoxdur, ancaq imkanlı və imkansız söhbəti var. Və Vəli Abdullayev ancaq imkanlı şəxslərin sözü ilə qərar qəbul edir. Vəli Abdullayev fəaliyyətindən bircə misal gətirməklə onun əməlinə qiymət vermək olar. Belə ki, Vəli Abdullayev qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxs barəsində BƏRAƏT qərarı verib. Görəsən, Məhkəmə-Hüquq Şurası bunları görmür..? Görə bilər, axı Vəli Abdullayev Vasif Talıbovun ən yaxın adamlarından hesab olunurdu.
Növbəti yazıda Vəli Abdullayevin 11 il cəzaya məhkum olunmuş şəxsi ehtiyatsızlıq səbəbi ilə azadlığa buraxmasından bəhs edəcəyik. Bizi izləyin.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin Vasif Talıbovla qohumluğu... Məhkəmə-Hüquq Şurası hara baxır..?
03
fevral
13:27

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şəki rayon məhkəməsində “cərimə rüşvəti“ - Məhkəmənin sədri Ceyhun Əhmədov hara baxır ?
200 məhkəmə hakimi sistemdən qovulub…. - Bu ölkədə məhkəmə-hüquq sistemindəki fəlakət deməkdir…
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Vasif Talıbovla bağlı daha bir iddia: Əfv sərəncamları imzalayırmış?
Prezident bəzi məhkəmə hakimlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verdi... - NÖVBƏ GÜLSARƏ KƏRİMOVDADIR…
Qubanın ucqar Xınalıq kəndininn yaşlı sakini məhkəməyə necə onlayn müraciət etsin..? - Bu sistemi tətbiq etməzdən öncə maarifləndirmə işi aparılmalı idi…
Ramiz Mehdiyevin baldızının oğlu Levan Qurskayan və arvadının rəfiqəsi Gülsarə Kərimovna... - Azərbaycan dilini bilməyən, latın əlifbasında yazıb-oxumağı bacarmayan birini Zəngilana məhkəmə sədri təyin etmək...
Bu Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq
Sırada Fikrət Məmmədovdur: ONUN YERİNƏ İSƏ... - İLGİNC İDDİA
“At oğrusu”na 5 il, qatı cinayətkar Rasim Məmmədova 2 il 6 ay cəza..? - Ədalətin budurmu, Azərbaycan məhkəmə-hüquq sistemi..?
Məhkəmə hakimi vəfat etdi
10 hakimin səlahiyyətlərinə xitam verilib
Azərbaycanda məhkəmə sədri koronavirusa yoluxdu - FOTO
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Azərbaycanda 10 məhkəmə hakiminin fəaliyyətinə XİTAM VERİLDİ
Azərbaycanda hakim vəfat etdi - FOTO
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik
Leyla Eytibar qızının “Ədalət sarayı”nda oturmağa mənəvi haqqı varmı..? - Sumqayıt Apelyasiya Məhkəməsi hakim Mirzəyeva Leyla Eytibar qızının qərarını ləğv etdi...
Nizami Səfərova yeni vəzifə verilir
Ədalət Həsənov “ustadı”, “biznes şəriki” Şakir Musayevin əməllərini davam etdirir… - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində nələr baş verir..?
Azərbaycan məhkəmə-hüquq sistemində nümunəvi hakim:Cəmilə Səfiyeva…- Cəmilə Səfiyeva “Veysəloğlu”nu puluna və arxasında duranlara baxmayaraq ədalətli qərar çıxardı…
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Ali Məhkəməyə yeni hakimlər təyin edildi
Füzuli Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək, Füzuli Pənahov-VİDEO
Gəncə Apellyasiya Məhkəməsinin 9 hakimi koronavirusa yoluxdu – MƏHKƏMƏ İŞİNİ DAYANDIRMALI OLDU
Azərbaycanda hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verildi
Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib - SİYAHI
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi