Qalmaqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyevlə bağlı  redaksiyamıza daxil olan informasiyalar  dayanmaq bilmir. 
Redaksiyaya hər gün Müqayis Verdiyevlə  bağlı xeyli sayda zənglər olur. Zəng edən şəxslər Müqayis Verdiyevin heç bir ölçüyə sığmayan əməllərindən bəhs edirlər. Şikayət edən şəxslər deyir ki, Müqayis Verdiyev hər yerdə deyirdi ki, bacımın həyat yoldaşı Ali Məhkəmənin hakimi Müzəffərdir. Onun da oğlu hüquq-mühafizə orqanlarında işləyir. Müqayis Verdiyev  ata-oğul qohumlarına güvənərək hamıya hədə-qorxu gəlirdi. Axırda  hörmətli Müzəffər müəllim Müqayis Verdiyevin əməllərinə dözməyərək dünyasını dəyişdi. 
Şikayətçilər deyir ki, indi də Müqayis Verdiyev bacısının oğlunun axırına çıxmasa əl çəkən deyil. Hələ bu harasıdır..? Müqayis  Verdiyev elə adamların adını hallandırır ki, bunun üstü açılsa aləm qarışacaq. Məsələn, Müqayis Verdiyev deyir ki, Prezident Administrasiyasındakı tərcüməçi xanıma 5000 manatlıq bazarlıq edib göndərmişəm. Və həmin tərcüməçi xanım da vəzifəli şəxslərin danışıqlarını  mənə çatdırır. 
İndi gördünüzmü, Müqayis Verdiyev  hamını “baqaj”a  qoymağı bacarır. Müqayis Verdiyev  o qədər həddini aşıb ki, dost-tanışlarına, yaxınlarına deyir ki, yaxın zamanlarda Goranboyun icra başçısı olacam. Bu adamdan soruşan lazımdır ki, üst-üstə  az qala 30 il dələduzluq maddəsi ilə həbsxanada yatmısan, sən necə Goranboy rayonuna rəhbəırlik edə bilərsən..? 
Dostlarının dediyinə görə, Müqayis Verdiyev  son vaxtlar qarışısına çıxan tanışlarından 5 min, 3 min, 2 min, hətta 100 manat borc alır. Ki, Baş prokurorluqda problemim var,  pulu  verib canımı qurtamalıyam. Yəni Müqayis Verdiyev hamıya atmaqla məşğuldur. Amma deyilənə görə, Mehdinin qohumu Rəşid  Müqayisə söz verib ki, sənin bütün cinayət işlərini bağlayacam, qəti narahat olma. Mehdinin qohumu Rəşidə başa salan lazımdır ki, bu ölkədə qanun hər dəyərdən üstündür. Gördünmü  qohumun Mehdini necə  elədilər.. Hələ bunlar harasıdır..? 
Sən demə, dələduz Müqayis Verdiyev radikal dindarlarla da  əməkdaşlıq edirmiş. Bəli, Müayis Verdiyevin yaxın çevrəsi, dostları radikallardır. Müqayis Verdiyev özünü radikal dostlarına  dindar kimi göstərir. Amma tanıyanlar bilir ki, Müqayis Verdiyev hər gün bir vedrə araq içir, müsəlmana yaraşmayan əməllərlə məşğul olur. Əgər bunları radikal dostları bilsə, Müqayisi ciddi cəza gözləyir. Bəli, Müqayis Verdiyevin kürəkəni Zeyqəmin Babək prospektində avtosalonları  var. Adları da “ Müslüm”  və “ABU DABİ”dir.  Adlara fikir verdinizmi..? Əldə etdiyimiz məlumata görə Müqayis Verdiyev və kürəkəni Zeyqəm bu avtosalonlarda Gürcüstandan gətirilən oğurluq avtomobilləri satırlar. 
Onu da qeyd edək ki, Zeyqəmlə çox yaxın dostu Samir və dostları arasında hazırda ciddi qarşıdurma var. Belə ki, Zeyqəm dostu Samirə külli miqdarda pul atıb. Zeyqəm təkcə Samirə deyil, başqa yaxın dostlarına da xeyli pul atıb. Baş verənlərdən belə nəticə hasil olur ki, Müqayis Verdiyev və kürəkəni Zeyqəm radikallara sponsorluq edirlər. 
Hüquq-mühafizə orqanları bu məsələni ciddi nəzarətə götürməlidirlər. Bəli, Müqayis Verdiyev özü barəsində tez-tez “Seyid” sözünü işlədir... Onu da qeyd edək ki, Müqayis Verdiyev Sədərəkdə mağaza işlədən Raiq adlı şəxsə də külli miqdarda pul atıb. 
Sözün qısası, Müqayis Verdiyev ata-ata gedir. Amma yaxın zamanda onun özünü salacaqlar. Hara..? Məşədi Talışın tövləsinə...
Yeri gəlmişkən, Müqayis Verdiyevin bir qardaşı da Goranboyda yaşayır və Fövqəladə Hallar Nazirliyi sistemində çalışıb.  Bütün bunlar barədə növbəti yazıda...