Özünü iş adaml kimi qələmə verən, əslində  dələduz, cinayətkar, əsl işi kimlərisə şantaj edərək pul qopartmaq olan Müqayis Verdiyev barəsində  hər gün bir təzə xəbər daxil olur. 
Daxil olan təzə xəbərdən bəlli olur ki,  Müqayis Verdiyev ötən videoda  görünən imarətində  gizli sex açıb. İndi oxucular düşünəcək ki, görəsən bu köhnə “aferist”  həmin gizli sexlərdə nə istehsal edir, nə düzəldir... Oxucuları intizarda saxlamadan  qeyd edək ki, ağlınıza  başqa şeylər gəlməsin. Müqayis  Verdiyev həmin sexdə  saxta möhürlər, “peçat”lar, Kərbəlayi İsmayıl demişkən, “ştampel”lər düzəldir. 
Bəli, Müqayis Verdiyev müxtəlif icra hakimiyyətləri adından və digər qurumların adından sərəncamlar, əmrlər imzalayır, sonra da  möhürünü  tüpürcəkləyib basır əmrin, sərəncamın altına. Hər kəsə bir vəd verir, guya kağız  üzərində kiməsə vəzifə verir, kiməsə torpaq sahəsi-fialan... Vallah, Müayis Verdiyev  bu saxta  möhürlərin sənin başına oyun açacaq. Yəqin özün də baxmısan, məşhur  “Axırıncı aşırım”  filmində  Kərbəlayi İsmayıl İmana deyir ki ee...İman bala, cavan olmusan, qanmamısan da... gətir o möhürü, ştampeli təhvil ver...itil get... İndi ay Müqayis Verdiyev, canın üçün səni də İmanın gününə qoyacaqlar. 
Hələ İman yaxşı qurtardı, səni başqa şeylər gözləyir. Əə, sən kimsən ki, dövlət qurumunun peçatını, möhürünü saxtalaşdırırsan..?  Əə, ölkədə atmadığın, hədə-qorxu gəlmədiyin, şantaj etmədiyin, pul almadığın adam qalmadı. İndi də dövlətimizi  şantaj edirsən..? Sən öl, o saxta möhürlərini sənin gözünə soxacaqlar. Sən dövlətə də əl uzadırsanmı..? Əə, sənin “Bakı fəhləsi” zavodunda işləyərkən çxardığın oyunlar, cinayət əməlləri hələ də cəzasız qalıb. Heç bir təhsilin olmadığı halda zavodun o zamankı  direktorunu aldadıb  zavodda işə düzəldin. Zavodun direketoru bir də xəbər tutub ki, bu savadsızın biri zavodun məhsullarını kimlərəsə  satır. 
Bəli, Müqayis Verdiyev  sonradan korlanmayıb, elə cavan  vaxtından dələduz olub. Bir daha Müqayis Verdiyevə xatırladırıq ki, səninlə bağlı  hüquq-mühafizə orqanlarına olunan  şikayətlər bitmək bilmir... Müqayis Verdiyev   sonradan tikinti-quruculuq və abadlıq adı altında xeyli rayonun icra başçılarına külli miqdarda pul atıb. Hətta bəzi icra başçılarının  üzünə duraraq tutdurub. Biz təkrarçılıq olmasın deyə, Müqayis Verdiyevin 100-lərlə Qarabağ qazisinin, Qarabağ veteranının ailəsinin çörəyini kəsməsini demirik. 
Bəli, Müqayis Verdiyev Qarabağ qazilərinə, əlillərə məxsus daş karxanasından 120 min manatlıq kubik daşları götürüb və bu günədək pulunu vermir. Ona görə də daş karxanası müflis olub və yüzlərlə ailə çörək pulusuz qalıb. Və buna görə, Qarabağ veteranları Müqayis Verdiyevin milyonluq villasının önündə etiraz aksiaysı keçiriblər. Amma bizə daxil olan məlumata görə, bu dəfə Qarabağ qaziləri  daha möhtəbər dövlət qurumunun qarşısında aksiya keçirəcəklər. Müqayis Verdiyev özünü elə aparır ki, guya onun əməllərindən kimlərinsə xəbəri yoxdur. Müqayis Verdiyev elə bilirsən ki, qohumun Kamranın tanışı, türk qardaşımızın vasitəsilə tanıdığın Emindən obyekt tikintisi üçün aldığın 20 min manatdan heç kimin xəbəri yoxdur? Müqayis Verdiyev, elə bilirsən ki, sənin törətdiyin cinayətlər unudulacaq, yoxsa  aldadaraq öz çirkin əməllərinə qatdığın insanlar səni bağışlayacaqlar? Bu dəfə altını da, üstünü də batırsan da sən öl səni heç kim bağışlamayacaq. Bunu sırğa kimi qulağından möhkəm-möhkəm as haa. Sənə bir daha xəbərdarlıq edirik ki, istintaqa bəlli olan və kimlərəsə atdığın 4 milyon manat pulu sənə  qusduracaqlar... 
Müqayis Verdiyev təkcə kişilərə deyil e, arvadlara, zənən xeylaqlarına da atır. Müqayis Verdiyev, Prezident Aparatında işləyən Qarabağlı xanıma 5000 manatlıq bazarlıq etməsini hər yerdə deyir və xanımın telefon nömrəsini reklam edərək, hamıya kimlərlə oturub-durduğunu başa salmağa çalışır. Müqayis Verdiyev, Prezident Aparatında işləyən Cavanşir müəllimə 5000 manatlıq bazarlığı nə üçün verdiyini deyə bilərmi..? Müqayis Verdiyev hər yerdə deyir ki, şantaj etmək istədiyim vəzifəli şəxsin əvvəlcə YAXIN ƏTRAFINI ALIRAM...onlarla gizli telefon əlaqəsi saxlayıram... Sonra onların səsini yazaraq gələcəkdə onlarla hansısa işlərin görülməsi üçün planlar qururam. Ona görə də onların heç biri mənim sözümdən çıxa bilməz. Lazım gələn vaxtda səslərini internetdə yayaram, biyabır olarlar. 
Bax budur, Müqayis Verdiyevin xisləti. Ona görə də , Müqayis Verdiyevi tanıyanların hamısına deyərdik ki, ehtiyyatlı olsunlar. 
Sözün qısası, Müqayis Verdiyev həbsxana həyatını yaşamağa başlayıb.