“Karqo Şamil” adının Azərbaycanda təqdimata ehtiyacı olmadığı üçün onun barəsində uzun-uzadı yazmırıq. Konkret onu deyə bilərik ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes şəriki olan “Karqo Şamil”in üzünə həmişə dövlət qurumlarının qapısı taybatay açıq olub. Vaxtilə Ramiz Mehdiyevin bir nömrəli makleri olan “Karqo Şamil”ə  belə yaşıl işığı yandıran əlbəttə  biznes şəriki Ramiz Mehdiyev olub. Bəli, məhz Ramiz Mehdiyevin hesabına   gömrük sistemində özünə şəbəkə yaradan  “Karqo Şamil”in  üzünə gömrüyün qapısı da, darvazası da açıq idi. Kim cəsarət edib  “Karqo Şamil”dən bəyənnamə tələb edə bilərdi..? 
Sözün qısası, “Karqo Şamil”  özü də iri bir monopolis idi. İndi artıq zaman  dəyişib. Bir çoxlarının erası  bitib,  bəzilərinin də kitabı-dəftəri bağlanmaq, qələmi qırılmaq üzrədir. Bu prosesdə “Karqo Şamil”in də növbəsi çatıb. Redaksiyamıza daxil olan məlumata görə, “Karqo Şamil”  yaxın günlərdə həbs olunacaq. Həbsinə səbəb isə Ramiz Mehdiyevin əli ilə dövlət qurumlarında gördüyü fırıldaq işlərin üstünün açılmasıdır.