Haqqında bəhs edəcəyimiz  şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışır. Özü də sıradan bir  şəxs deyil, Departament  direktorunun müavinidir. Konkret mövzuya keçməzdən öncə qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini  2 mühüm səbəbdən digər nazirlik, komitələrlə müqayisə etmək olmaz. 
Birincisi, bu komitənin kontingenti 100 minləri, bəlkə də 1 milyona yaxın insanı əhatə edir. Həm də necə insanları. Evini-eşiyini, yurdunu, təsərrüfatını, ömür boyu qazandıqlarını itirmiş, qaçqın-didərgin, həyatından narazı olan kontingent.
İkincisi, Qaçqınkomun gördüyü işlərin həcmi və miqyası milyonlarla deyil, milyardlarla ölçülür. Bu komitə qaçqın qəsəbələri, şəhərcikləri tikir, 1 milyon insana müavinət verir, binalar inşa edir, qaçqın yataqxanalarını təmir edir, bir sözlə, bura əsl korrupsiya mənbəyidir. Və korrupsiyanın miqyası 100 milyonları keçir. Bura korrupsiyanın miqyasına görə, Təhsil nazirliyi, Səhiyyə nazirliyi, hətta Gömrük komitəsi ilə müqayisə olunmaz. Və miqyası ölçüyə gəlməyən pulları Komitənin sədri, müavinləri, qurumdakı vəzifə sahibləri mənimsəyir. Komitədə də mənimsənilən pullara, korrupsiyaya görə ən öndə gedən qurum  komitənin Mənzil istismar Departamentidir( direktoru Səbuhi Əhmədov ).
44 günlük Qarabağ savaşından,  torpaqlarımızın  azad edilməsindən sonra  bu Departamentin dairəsi daha da genişlənib.
İndi isə gələk konkret mətləb üstünə. Deməli, sədri Səbuhi Məmmədov olan Mənzil istismar Departamentinin direktor müavini Azər Eminovdur. Azər Eminov hər yerdə özünü Qarabağ qazisi kimi reklam etməyə üstünlük verir. Olsun. Qarabağ qaziləri bizim  dəyərli insanlarımızdır. Amma nəinki qazi, hətta ŞAH  QANUNDAN aşağıdır.
Öncə onu qeyd edək ki, Azər Eminovun direktor müavini olduğu Mənzil Departamenti ən çox korrupsiyalaşmış  departamentdir. Görəsən, burada baş verənlərdən Azər Eminovun xəbəri yoxdur..? Azər Eminovun  şefi  Səbuhi Əhmədovun qaranlıq keçmişi ilə bağlı uzun-uzadı yazmaq istəmirik. Təkcə onun Rəsul Quliyevlə gizli neft biznesini yazsaq aləm qarışar. Bunları Azər Eminov çox gözəl bilir və özü də bu işlərin içərisindədir.
Təsəvvür edirisiniz, Rövşən Rzayev komitə sədri olan kimi haradansa Səbuhi Əhmədovu taparaq onu komitənin ən yağlı vəzifəsinə təyin edib. Beləcə Rövşən Rzayevlə Səbuhi Əhmədovun  biznes ortaqlığı başlayıb. Və bu biznesdə ikinci şəxs Azər Eminovdur. Azər Eminovla  bağlı  xırda bir araşdırma apardıq. Bu adam özünü gah Qarabağ qazisi, gah ictimai fəal, nə bilim, Qeyri-Hökumət Təşkilatının üzvü  kimi qələmə verir.
Görəsən, Azər Eminov bilmir ki, onun rəhbəri olduğu Departament köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, kiməsə bağışlamaqla məşğuldur. Görəsən, Azər Eminov bilmir ki, rəhbəri olduğu  Departament  dəyəri milyonlarla olan tenderləri  necə satır, necə qazanır..? Görəsən, Azər  Eminov bilmir ki, direktor müavini olduğu departament qaçqınların hesabına milyonları  mənimsəyir..? Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin həyətini,  ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə  ayaq basmağa yer qoymayıb. Və yenə milyonlar qazanıb.
Sözün qısası, Azər Eminov bütün bunları gözəl bilir. Amma şərik olduğu üçün səsini çıxarmır. Bu adam özünü elə aparır ki, elə bil süddən çıxmış qaşıqdır. Lakin....
Məlumat üçün onu qeyd edək ki, Azər Eminov əvvəllər Qubadlı rayon İcra Hakimiyyətində işləyib. Sonradan Qaçqınkoma transfer edilib. Azər Eminovun  qardaşının adı SEVAN-dır, yəni bizim Göycə gölünün ermənicə adı olan Sevan. Bacısının adı isə  Klaradır. Bütün bunlarla  bağlı növbəti yazıda. Amma bir məsələ maraqlıdır. Səbuhi Məmmədovun müavini  Azər Eminov görəsən bilmir ki, onun şefi bloggerlərə nə qədər pul xərcləyib..?  
Sözün qısası, araşdırmamız  davam edir. Bizi izləyin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq
.