“Karqo Şəmil”  hansı məmur(lar)ın adından istifadə edir..?  
Yazıya keçməzdən öncə, dilimizdə geniş yayılmış ŞAMİL kişi adına bir aydınlıq gətirək. Bu adı çəkən kimi hamının ağlına Qafqazın böyük sərkərdəsi ŞEYX ŞAMİL gəlir. 
Amma təəssüf ki, sonra bəzi kişi qırıqları bu adı  gözdən, könüldən saldılar, hörmətsiz elədilər. Ona görə də belələrinə ŞAMİL deyil, ŞƏMİL deməyə başladılar. Hətta bu adın dalına KARQO sözünü vedrə kimi qoşduranlar da oldu. 
Nə isə, sözün qısası, bu adına bazar iqtisadiyyatı dediyimiz nəsnə Azərbaycanda çox şəmillər yetişdirdi, onlardan biri də “Karqo Şəmil”dir. Keçmişi müəllim olan bu adamcıq, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin  sayəsində  öz müəllim peşəsini dəyişərək   “yükdaşıma”  sahəsində  ixtisaslaşdı. 
Bəli, uzun illər Ramiz Mehdiyevin hesabına “Karqo Şəmil”ə gözün üstə qaşın var deyən olmayıb, həmişə dövlət qurumlarının, gömrük  sisteminin qapıları onun üzünə  taybatay açıq olub. Çoxları elə bilir ki, “Karqo Şəmil” ancaq yükdaşıma ilə məşğul olur. 
Əslində “Karqo Şəmil”lə Ramiz Mehdiyev cütlüyünün biznes sahəsi çox genişdir. Bakı şəhərində ən bahalı, ən hündür binaların tikintisi  bu cütlüyə aiddir. Böyük tikinti biznesinə malik Ramiz-Şəmil cütlüyünün  ölkəyə gətirdiyi ən bahalı  tikinti avadanlıqları bəyənnaməsiz olaraq gömrükdən keçib. Yükdaşıma şirkətləri – Çin, Türkiyə və diğər ölkələrdən keyfiyyətsiz məhsulları, tikinti avadanlıqlarını, üzlüklər, çardaq örtükləri və sairələri ölkəmizə gətirərək bina tikitintiləri ilə məşğul olublar. Bu binaların gələcək taleyi necə olacaq, bunu Allah bilir.  “Karqo Şəmil”in oğlunun adına olan şirkətləri  saymaqla bitirmək olmaz.  “Karqo Şəmil”in oğlu Binəqədi  rayonunda hektarlarla torpağı zəbt edərək  şüşə və plasmas istehsalı zavodu tikib. “Karqo Şəmil”in  ölkə xaricində də Ramiz Mehdiyevlə şərikli biznesi var. 
Bir məsələni də xüsusi olaraq qeyd edək. “Karqo Şəmil”in nəzarətində  yüzlərlə saxta şirkətlər olub. Deməli, “Karqo Şəmil” broker kimi işə götürdüyü  yüzlərlə şəxslərin adına saxta  şirkətlər yaradıb. Milyonlarla dəyəri olan mallar da bu şirkətlərin adına göndərilib. Sonradan izi itirmək üçün həmin şirkətlər  bağlanıb. Və bu gün  həmin şirkətlərin  vergiyə, dövlət büdcəsinə 100 minlərlə, milyonlarla  borcu var. Və  bu borcu ödəyən yoxdur. Əgər bu məsələ ciddi araşdırılsa,  “Karqo Şəmil”ə ən azı 20-30 il həbs  cəzası düşür. Hətta  bəziləri deyir ki, “Karqo Şəmil” in Azərbaycan dövlətinə vurduğu ziyan Hitler Almaniyasının SSRİ-yə vurduğu ziyandan çoxdur. 
Elə bilirsiniz, Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşandan sonra  “Karqo Şəmil” əməllərini dayandırıb... Ay-hay. “Karqo Şəmil” bu gün də Ramiz Mehdiyevin evinə bazarlıq edir, qardaşı, oğlu, qızı və daha kimlərlə əlaqələrini gücləndirib. 
Bu gün özünə  mətbuatda təriflər yazdıran “Karqo Şəmil”  unudur ki,  neçə-neçə günahsız jurnalistin, media mənsublarının başına olmazın oyunlarını açıb, onlara həbsxana həyatı yaşadıb. Bəli, əgər jurnalistin günahı olsaydı, bunu başa düşmək olardı. Amma  heç bir günahı olmadan insana  həbsxana həyatı yaşatmaq, bu ən azı vicdansızlıqdır. Və biz əminik ki, yaxın zamanda “Karqo Şəmil” əməllərinə görə layiq olduğu cəzanı alacaqdır. 
Bəli, biz “Karqo Şəmil”dən o qədər yazacağıq ki, nəhayət o həbsxanadan  boylanacaq. Ən əsası dövlət qarşısında cavab verəcək. “Karqo Şəmil”ə deyirik ki, şərəfli hüquq-mühafizə orqanlarımız sənin o haram pullarına aldanan deyil, özünü yorma. Buna əmin ol, yaxın zamanda səni Kürdəxanıya yükdaşımağa göndərəcəklər. Qəzan mübarək "Karqo Şəmil".