Bu bir həqiqətdir ki, insanı layiq olmadığı vəzifəyə qoyanda, onda havalanma, başgicəllənmə, nə bilim özünəvurğunluq yaranır. Bu barədə müdriklər də çox dəyərli sözlər deyiblər. Məsələn, it yatır qaya gölgəsində elə bilir ki, öz kölgəsidir. Yaxud, tısbağanı qoydular xalçanın üstünə sürüşüb yerə düşdü. Bu sözlərin lətifəsi Gülsarə Kərimovnaya dəyməsin ee... Biz  insanın layiq olmadığı mərtəbədə özünü necə aparması barədə fikir yürüdürük. Yəni bu Atalar sözünün Gülsarə Kərimovnaya heç bir aidiyyatı yoxdur.

Bəli, Gülsarə Kərimovna İmanova bəlkə də hansısa şirkətdə, yaxud  kantorda hüquqşünas-filan işləsəydi, onda belə hallar baş verməzdi. Amma bu adamı gətirib rayon məhkəməsinə sədr qoyandan  bir müddət sonra bunun başı ala buludlarda dolaşır, elə bilir ki, həqiqətən də o bu vəzifəyə, hətta daha böyük vəzifələrə, hətta Ali Məhkəmənin sədri olmağa layiqdir. Amma anlamır ki, onun bu vəzifəyə gəlməsi, nə onun savadı, nə qabiliyyəti, nə mədəniyyəti hesabına olmayıb. Sadəcə, o zamankı Prezident  Admnistrasiyasının  sabiq rəhbəri  Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımla  rəfiqə olması hesabına  Türkmənistandan uçaraq gecənin birində gəlib paytaxt Bakının Suraxanı rayonunda məhkəmə hakimi olub. Bu barədə xeyli yazdığımız üçün  təkrarçılığa varmaq istəmirik. 
Təsəvvür edin ki, müstəqil  Türkmənistan dövlətində anadan olan, oranın vətəndaşı olan, orada təhsil alan, orada hansısa kantorda işləyən, sonra həbs olunan Gülsarə Kərimovna  gecənin birində uçub Bakıya gəlir və bir müddət sonra Suraxanı rayon Məhkəməsində hakim olur. Biz onun vətəndaşlığı, azərbaycan dilini bilməməsi, latın qrafikasında heç adını yaza bilməməsi, nə bilim millətimizin mənəvi dəyərlərinə uyğun olmayan məclislərdə Türkmən musiqilərini oynamasını, dövlət qurumuna idman şalvarında, krassovkada gəlməsini və daha nələri demirik. Bu adam Suraxanıda hakim olarkən rüşvətxorluğa görə ad çıxarmışdı. Zəngilan məhkəməsində isə boşatmadığı, dağıtmadığı məcburi köçkün ailəsi qalmayıb. Bu kağız üzərində boşanmaların arxasında yüz minlərlə rüşvət dayanır ee... 
Zəngilan Məhkəməsinin sədri Gülsarə Kərimovnanın şəhid ailəsinə hörmətsiz münasibəti, məhkəmə zalında özünü diskotekadakı kimi aparmasını, adamlarla göz-qaşla  danışmasını, ümumiyyətlə, məhkəmə sisteminə yaraşmayan hərəkətlərini qoyuruq  bir kənara. Konkret olaraq onu demək istəyirik ki, məcburi köçkün olan Zəngilan camaatı Gülsarə Kərimovna kimi birisini qəbul etmək istəmir, bütün camaat  bundan narazıdır. Və buna görə də Zəngilan sakinləri dəfələrlə dövlət qurumlarına, Məhkəmə-Hüquq Şurasına, cənab Ədliyyə Naziri  Fikrət Məmmədova müraciət ediblər ki, Gülsarə Kərimovnanı vəzifədən uzaqlaşdırın, ya da başqa bir rayona  dəyişin. Zəngilan cammatı həqiqətən də  bu adamın əlindən beziblər. 
İndi özünüz düşünün. Gülasərənin yerinə az-çox normal, təhsili yerində, vətəndaşlarla davranış qaydaları normal olan adam olsaydı...düşünərdi ki, 30-40 minlik rayon əhli məndən narazıdır və üstəlik mən bu xalqın dilini, əlifbasını bilmirəm, toyda Heyvagülü əvəzinə Lambada oynayıram  və s. Amma, Gülsarə Kərimovna  dostlarına deyib ki, gedin zəngilanlılara  deyin ki...  ПУСТЬ  ОНИ РАЗОРВУТЬ СЕБЯ  -  yəni onlar qoy, özlərini cırıb-dağıtsınlar...kimdir onlar... Bərəkallah, Gülsarə Kərimovna, atalar demiş, həm suçlu, həm də güclü. Bu adam gəlib oturub  zəngilanlıların içində... yəni gəmisində, hələ zəngilanlılara ultimatum da göndərir. Buna deyən lazımdır ki, özünü cır da, olmayan hər şeyini başına da keçir də, lap o yana. Səm kimsən, zəngilanlıları təhqir edirsən, Gülsarasan nəsən..? 
Bu Gülsara o qədər həddini aşıb ki, hər yerdə deyir ki, Ədliyyə Nazirliyindəki dostlarım mənə deyib ki, nə yazırlar qoy yazsınlar, vecinə də alma, amma... Amması odur ki, Gülsarəyə  deyiblər ki, rəfiqələrini başına yığıb yeyib-içəndə, LAMBADA oynayanda, qaş-göz edəndə çalış sənin şəkilini çəkən olmasın haa... İndi Gülsarə Kərimovna harada oturub-qalxırsa... Ağanı çöldə nəzarətçi qoyur ki, ayıq olun. Biz də Gülsarə Kərimovnaya deyirik ki, zəngilanlılar deyir ki, quş dimdiyindən tələyə düşər, sən də yəqin ki, nə vaxtsa.... 
P.S. Gülsarə Kərimovna sən bilirmisənki Zəngilanlı Seyidlərin əksəriyyəti sənə qarğış edir?