Yaxın zamanda fahişəxana kralları Adəm və Hatəm qardaşları həbs olunacaq... - Cənablar, niyə bircə dəfə Adəm və Hatəm qardaşları ilə bağlı yazdıqlarımızı araşdırmırsınız..?
25
yanvar

Adəm və Hatəm qardaşlarının əxlaqsızlıq yuvaları… - Adəm və Hatəm qardaşlarının obyektlərində gizli kameralar var…
Bu gün dünyada əks cinslərin evlənməsi, pedofiliya-uşaqbazlıq, fahişəlik, qadın alveri və daha nələr sürətlə yayılır. Çoxları elə bilir ki, bu təsadüfi prosesdir. Amma biz bir media olaraq neçə ildir yazırıq ki, bu iyrənc, qeyri-insani prosesin arxasında böyük mərkəzlər dayanır, bu məqsədlə 100 milyonlar deyil e, milyardlar xərclənir. Və bu proses son 30 ildə Azərbaycana da ayaq açıb və son illər daha da çiçəklənir.
Bəli, bu iyrənc biznesdən Azərbaycanda külli miqdarda qazananlar, hətta milyonçuya çevrilənlər də var. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycanda başqa millətlərə baxanda AİLƏ institutu tarixən çox güclü olub. Məqsəd həm də Azərbaycanda AİLƏ institutunu dağıtmaqdır. Təsadüfi deyil ki, boşanma və ailələrin dağılması ilə bağlı rəsmi statistik rəqəmlərə nəzər salanda adam dəhşətə gəlir. Harada qaldı, möhkəm Azərbaycan ailəsi..?
Onu da unutmayaq ki, Qarabağda döyüşən, şəhid olan, qazi olan gənclərin çoxu, kasıb olsa da, sağlam ailələrin övladları idi. Bu gün televiziya kanallarına baxanda görürük ki, dəstə-dəstə fahişələri göstərib deyirlər ki, əxlaqsızlıq yuvasını ifşa elədik. Adam bu mənzərəyə baxanda dəhşətə gəlir. Hələ bu harasıdır..? Belə mənzərələr artıq dövlət qurumlarına da ayaq açıb.
Sözün qısası, nə qədər acınacaqlı olsa da, etiraf etməliyik ki, Azərbaycanda fahişə biznesi əməlli-başlı çiçəklənir. Problem o qədər dərin qatlara işləyib ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator vəzifəsi təsis edilib, hətta Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir.
İndi gördünüzmü, problem nə qədər dərindir. Sözün qısası, Azərbaycanda fahişə biznesinin başında duranlardan biri də Adəm və Hatəm qardaşlarıdır. Onu da qeyd edək ki, fahişə biznesini məmurlar himayə etməsə, həmin biznes bir günə çökər. Adəm və Hatəm qardaşlarını hansı məmur(lar) himayə edir, bu başqa bir yazının mövzusudur. Ancaq fakt odur ki, bu qardaşlar kiminsə namusunu satıb evlərinə, ailələrinə çörək aparırlar. Yəni bu qardaşların çörəyi fahişəlikdən çıxır.
Onu da qeyd edək ki, əxlaqsızlıq yuvaları dəhşətli cinayət oylağıdır. Bəli, Adəm və Hatəm qardaşlarının obyektlərində gizli kameralar quraşdırılıb, müştərilərin intim görüntüləri çəkilir və sonra şantaj, hədə-qorxu, pul tələb etmək başlayır...
Onu da qeyd edək ki, Adəm və Hatəm qardaşlarının müştərilərinin çoxu məmur övladlarıdır. Belə bahalı obyektdə kasıbın nə iti azıb... Bəli, Adəm və Hatəm qardaşları çəkdikləri gizli kamera görüntüləri ilə məmur övladlarını təhdir edirlər.. Ən dəhşətlisi odur ki, bu əxlaqsızlıq yuvalarında hər cürə narkotik maddələr istifadə edilir… Görəsən, müvafiq dövlət qurumları nə üçün Adəm və Hatəm qardaşlarının hərəmxanalarında bircə dəfə reyd keçirmir..?
Yeri gəlmişkən, biz Azərbaycan dövləti olaraq Avropa Şurasına daxil olanda qurum qarşısında öhdəlik götürmüşük. Hətta biz Avropa Şurasına üzv olanda İnsan Alverinə qarşı Konvensiyaya imza atmışıq.
Deməli, söhbət sadəcə, fahişəxanalardan deyil, həm də Azərbaycan dövlətinin nüfuzundan, imicindən gedir. Deməli, Adəm və Hatəm qardaşlarını himayə edənlər üçün Azərbaycan dövlətinin nüfuzu deyil, qardaşların biznesi daha qiymətlidir...
Onu da qeyd edək ki, Azərbaycanda son bir neçə ayda elə bir ciddi proses başlayıb ki, hətta ən iri məmurları SEL aparır, bir başa həbsxanaya. Yəni Azərbaycanda toxunulmaz şəxs qalmayıb. Ümid edirik ki, yaxın zamanda Adəm və Hatəm qardaşları da həbsxana barmaqlıqları arxasından baxacaqlar. Və uzun illər etdikləri cinayətlərin layiq olduğu cəzanı alacaqlar.
Sözardı: Cənablar, azad mətbuat, təkcə, nə gəldi yazmaq deyil ee. Azad mətbuat daha çox yazılanlara dövlət qurumları tərəfindən verilən operativ münasibətdir. Niyə, bircə dəfə Adəm və Hatəm qardaşları ilə bağlı yazdıqlarımızı araşdırmırsınız..?
Növbəti sayımızda Novxanı yolunun kənarındakı "Sald" oteldən hazırlanmış reportajla sizi tanış edəcəyik.
OXŞAR XƏBƏRLƏR