Dünyada mənəvi-əxlaqi böhran yaşanır.... - Salyanda 58 yaşlı “.oxsaqqal” Abbas Süleymanov 11 yaşlı körpə qıza təcavüz edib...
26
yanvar

Sonradan bu qıza 100-dən artıq şərəfsiz də “toxunub” Rayonda Hüquq Mühafizə Orqanları 11 yaşlı körpənin namusu ilə alver edir...
Bu cəmiyyət hara gedir, cənablar..? Bir gün sizin də qapınız döyüləcək və heç kim bundan sığotalanmayıb... Bəyənmədiyimiz, adına totalitar, nə bilim Allahsız dediyimiz və 70 il yaşadığımız SSRİ-də mənəvi dəyərlər göz bəbəyi kimi qorunurdu. Bu yazını yazmaqda məqsədimiz SSRİ-ni vəsf eləmək, Mirzə Cəlil demişkən, “Bəlkə də qaytardılar” xülyası ilə yaşamaq deyil. Amma cəmiyyətimizdə baş verənləri gizlətmək, malalamaqla biz gələcəyimiz üçün çox ciddi təhlükə, problem yaradırıq.
Bəli, SSRİ-də hər kənddə məscid yox idi, amma hər kənddə az qala MƏBƏD hesab olunan MƏKTƏB, böyük hörmət və etiram bəslədiyimiz MÜƏLLİM, hamının sözsüz baş əydiyi AĞSAQQAL və AĞBİRÇƏK və digər dəyərlər var idi. Biz nə məscidlərin çoxalmasının, nə dinimizin çiçəkənməsinin əleyhinə deyilik. Əksinə düşünürük ki, Qarabağ uğrunda döyüşən oğullarda bir din-iman təəssübkeşliyi var idi, Allahu-əkbər deyib döyüşürdülər. Bəli, Azərbaycan kəndinin hər birində MƏSCİD yox idi, amma hətta ən ucqar kəndlərimizdə KİTABXANA var idi. Və həmin kitabxanalara uşaqlar elə acgözlüklə gedirdilər ki.... Hanı o kitabxanalar..?
Nəinki ucqar rayonlarda, hətta Bakıda kitabxanaları satıb profilini dəyişdilər. Gözəllik salonları, gecə barları açdılar. Bu gün məktəb də həmin MƏBƏD-MƏKTƏB deyil, MÜƏLLİM də həmin müəllim deyil... Elə bil ölkəni kimlərsə əxlaqsızlığa sürükləyir. Bəli, məhz əxlaqsızlığa. Müəllim öz şagirdinə təcavüz edir.... Məktəb direktoru müəllimə ilə eşq yaşayır... Kəndin allah qoymasa 70 yaşlı “ağsaqqalı”, daha doğrusu, “.oxsaqqalı” kənddəki 11 yaşlı, sahibsiz, ruhu xəstə qızcığaza təcavüz edir. Və daha nələr...
Biz hələ Allah qoymasa, dövlət qurumlarındakı, FHN-dəki, Ədliyyə Nazirliyindəki seks qalmaqallarından, İNTİM-videolardan danışmaq istəmirik. İndi görürsünüzmü, cəmiyyətimiz nə gündədir. Belə bir cəmiyyətdə böyüyən uşaqların gələcəyi nə ola bilər..? Kimə deyirsənsə, deyir çalış, başını qoru. Bu adamlar qanmaq istəmir ki, belə davam edərsə, bir gün sənin də qapın döyüləcək. Heç kim bundan sığortalanmayıb. Biz problemin dərinliyini başa düşürük ee...
Dünyada ən iyrənc, əxlaqsız hadisələr baş verir. Onlardan təkcə birini yada salmaqla kifayətlənək. İtaliya dünyanın mədəniyyət beşiyidir və o boyda Roma İmperiyasının sahibidir. Həmin İtaliyanın baş naziri Berluskoninin tədbirdə vurub burnunu sındırdılar. Niyə..? Onun barəsində yayılan əxlaqsız videoya görə.
Bəli, hazırda dünyada bir dəhşətli əxlaqi-mənəvi böhran yaşanır. Biz istəsək, Berluskoni kimi misalların sayını kifayət qədər artıra bilərik. Amma buna nə ehtiyac var. Bu uzun yazının məqsədi odur ki, gəlin cəmiyyətimizi, dövlətimizi, ailəmizi, balalarımızı qoruyaq. İtaliya da, Fransa da, nə bilim Honduras da öz başının çarəsini tapacaq. Biz öz halımıza ağlayaq, çarə tapaq.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Salyan rayonunda nəinki Azərbaycana, nəinki İslam ölkəsinə, ümumiyyətlə, insanlığa yaraşmayan alçaq və şərəfsiz hadisə baş verib. Adam belə mövzuda hətta yazmağa da utanır, ayıb edir. Amma yazmasaq, tədbir görülməsə, bu olay hər bir azərbaycanlının qapısını döyəcək. Buna heç kimin şübhəsi olmasın.
Bəli, Salyan rayonunda 58 yaşlı ...oxsaqqal Abbas Süleymanov 11 yaşlı körpə qız uşağına təcavüz edib. Sonradan bu 11 yaşlı körpə qızcığaza, 100-dən artıq kişicik də toxunub, namusunu ləkələyib. Adam dəhşətə gəlir ki, məktəbi, məscidi, ağsaqqalı, ağbirçəyi, Allah qoymasa, icra nümayəndəsi, bələdiyyəsi, nə bilim sonda Sevindik Hətəmov kimi icra başçısı olan bir rayonda, kənddə belə bir rüsvayçılıq, cinayət əməli necə baş verə bilər..? Bəs bu hadisəyə görə, həmişə başıaşağı olacaq rayondakı dövlət qurumları hara baxır..? Əlbəttə, başları rüşvət və korrupsiyaya qarışıb.
Təsəvvür edirsinizmi, Allah qoymasa, rayonun prokuroru da əlinə düşmüş fürsətdən istifadə edərək, 11 yaşlı qızın faciəsi ilə kimlərisə dindirir. Mən tam əminəm ki, o uşağln namusu ilə alver edənlər var haa... Bir gün onların da balalarının namusu ilə alver edəcəklər. Çünki bu İLAHİ ƏDALƏT-in pozulmaz qaydasıdır.
P.S. Məni tikə-tikə doğrasalar da, məni yüz il həbs cəzasına məhkum etsələr də deyəcəm, kimki bu 11 yaşlı qızcığazın zorlanması ilə bağlı alver edir, cinayətkarlardan 3000 manat pul alır, o 11 yaşlı qızın yerində öz övladını, öz qızını görsün.
OXŞAR XƏBƏRLƏR