Blogger-jurnalist-müxalifətçi-axund və narkotacir İqbal Mikayılovla bağlı yazmaq istəyərkən, nəsə avtomatik, qeyri-iradi olaraq SİNERGİZM məhfumu yadıma düşdü. Fəlsəfədən az-çox məlumatı olanlar bilir ki, SİNERGİZM...bir sahənin digər  sahə ilə eyni fəaliyyət göstərməsi, digər bir sahə ilə bərabər çalışması və s nəzərdə tutulur. Loru dildə desək, təsəvvür edin ki, riyaziyyatçı ilə ədəbiyyatşünas ortaq sahədə çalışır. İstər-istəməz insan düşünə bilər ki, riyaziyyat hara, ədəbiyyatşünaslıq hara..? Nə isə imkan daxilində bu terminə  aydınlıq gətirməyə çalışdıq. İndi isə keçək əsas mətləbə. Bəli, son zamanlar  Şirvandan gələn xəbərləri oxuyanda  adam istər-istəməz yuxarıda dediyim SİNERGİZMİ düşünür.
Təsəvvür edirsiniz, Şirvanda yaşayan İqbal Mikayılov bölgədə narkotacir kimi tanınır. Və üstəlik hamı İqbal Mikayılovu  rayonda  müxalifətçi kimi tanıyır. Komediya bununla bitmir ee... Sən demə, İqbal Mikayılov müasir dillə desək, həm də blogger imiş. Hələ bu harasıdır..? İqbal Mikayılov sən demə həm də jurnalist imiş. Hələ bu harasıdır..? Bu dinsiz-kitabsız adamcıq həm də hansı kəndinsə XÜTDƏMİYMİŞ. Və s  və i. 
İndi bildinizmi, nə üçün  SİNERGİZM  məfhumunu işlətdik. Bir adam necə narkotacir, müxalifətçi, blogger, jurnalist, hələ üstəlik xütdəm ola bilər..? Bu adamcıq  əsl UNİVERMAQ imiş ki...hər maldan var... 
Deməli, bu  adamcığın məqsədi rayondakı məmurları, dövlət  qulluqçularını şantaj etmək olub... Savadlı  adamlar sual edə bilər ki, şantaj məqsəd ola bilməz, ancaq vasitə ola bilər... Bəli, bu axund-jurnalist ətrafında özü kimi adamcıq-lardan bir şəbəkə yaradaraq pul qazanmaqla məşğul olub. Hətta bu şəbəkə hüquq-mühafizə orqanlarını da şantaj etməkdən çəkinməyiblər. Belə ki, bu şəbəkə  hüquq-mühafizə orqanlarının qanuni yolla həbs etdikləri şəxsləri müdafiə etməklə dövlət orqanlarının üzərinə kölgə salmaqla məşğul olublar. Bu səviyyəsiz şəbəkə hər yerdə xəbər yayır ki, guya rayonun prokurorluq orqanları həbs olunan şəxsləri qanunsuz, məqsədli şəkildə həbs ediblər. 
Bəli, rayonda hamıya məlumdur ki, bütün bu oyunların arxasında İqbal Mikayılov dayanır. Oxucularda  müəyyən fikir yaranması üçün qeyd edək ki, İqbal Mikayılovun  rayonda  atmadığı adam qalmayıb. 
Buyurun bu da FAKT: Şirvanda ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub. DİN-in Mətbuat xidmətdən verilən məlumata görə, vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini İQBAL MİKAYILOV olduğu müəyyən edilib. Aparılan ilkin istintaq zamanı İqbal Mikayılovun şəhər sakini olan bir vətəndaşa şərikli biznes quracağı barədə yalan vədlər verərək onun 44000 manat pulunu ələ keçirməsi, daha sonra isə pulu qaytarmamaq üçün həmin şəxsə hədə-qorxu gəlməsi müəyyən edilib. 
Buyurun bu da ikinci FAKT: ...Heç  bir yerdə işləməyən dəbdəbəli həyat  tərzi sürən İqbal Mikayılov  dünən  gecə saatlarında Hüquq Mühafizə Orqanları tərəfindən saxlanılıb. İqbal Mikayılov saxlanılarkən üzərindən 500 qram narkotik maddə aşkarlanmışdır. İqbal Mikayılovla yanaşı onun sürücüsü kimi tanınan Samir adlı şəxs də tutularaq istintaqa təhvil verilib. Və sonda saxlanılan Şirvan şəhər sakini Mikayılov İqbal barəsində 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Buyurun bu da üçüncü  FAKT: İqbal Mikayılov digər bir vətəndaşa qarşı da dələduzluq edərək, ona bəzi sənədlərin düzəlməsində köməkliklər göstərəcəyi barədə vədlər verməklə zərərçəkənin 10000 manat vəsaitini ələ keçirib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Polis əməkdaşları İqbal Mikayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. 
Bu FAKTLARI kifayət qədər uzada bilərik. Bütün bu baş verənlərdən sonra ortaya sual çıxar ki, bu boyda cinayətləri törədən şəxs kimlərin hesabına hər dəfə zaminə buraxılır..? Bu suala qoy müvafiq dövlət orqanları cavab versinlər.
Həə bax burada əsas məsələyə aydınlıq gətirməyin məqamıdır. İqbal Mikayılov rayon ərazisində cinayət törədən şəxslərin həbsdən azad olunması üçün başqa rayonlara səfər edərək vasitəçilik də edirmiş. Bu başqa bir yazının mövzusudur. Amma əsas mövzu odur ki, bu gün Hüquq Mühafizə Orqanları tərəfindən narkomaniyaya qarşı aparılan mübarizə nəticəsində həbs olunan şəxslərin məhz İqbal Mikayılovun və onun dostlarının tərəfindən müdafiə olunması, onun kim olduğunu açaraq, ortaya qoyur.
Hüquq Mühafizə Orqanlarının min bir əzab-əziyyətlə həbs etdiyi şəxslərin az qala qəhrəman kimi müdafiə olunması, həmin dəstənin görülən işlərə kölgə salmasından başqa bir şey deyildir. Həbs olunan şəxslərin sosial şəbəkələrdə olan video görüntülərini görəndə, həmin şəxsləri müdafiə edənlərin də eyni əqidəyə, mənsəbə qulluq etmələri aydın olur. Görəsən, adlarını işgəncəyə məruz qalan şəxs kimi qələmə verən insanlar, o hərəkəti edəndə dillərinə heç heyifləri gəlmədimi? 
Amma bu gün mərd Şirvan sakinləri, Şirvanın Hüquq Mühafizə Orqanları haqqında mənfi danışan şəxslərin hər birinə canlı olaraq cavab verirlər. Şirvan camaatı narkotacirlərə qarşı aparılan mübarizədə hər an Hüquq Mühafizə Orqanlarının yanında olduqlarını bildirdilər. Onlar öz çıxışlarında dövlətə, dövlətçiliyə qarşı atılan hər bir addımın cinayət olduğunu bildirdilər. Çıxış edən şəxslər hətta onu da bildirdilər ki, cəmiyyət arasında heç bir nüfuzu olmayan şəxslərin, cəmiyyət adından danışmağa haqları yoxdur.