"Verilmiş bu imtina tam qanunsuz və əsassızdır" - Nazirə müraciət
4-11-2020, 09:28
346

"Verilmiş bu imtina tam qanunsuz və əsassızdır" - Nazirə müraciət

Abşeron rayon Fatmayi kəndi Bağlar 2-ci Sovxoz ərazisində yaşayan İbrahimov İbrahim Əşrəf oğlu ƏƏSMN rəhbəri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvəlcədən qeyd edim ki, ailəmiz beş nəfərdən ibarətdir. On, səkkiz və iki yaşında üç azyaşlı övladım var. Həyat yoldaşım səkkiz yaşına çatmayan övladıma baxdığına görə işləmir. Ailəmin gəliri adambaşına düşən ehtiyac meyarından aşağı olduğuna görə ünvanlı sosial yardım almaq üçün qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etdim. Qeyd edim ki, 2017-2019-cu illərdə iki il ünvanlı sosial yardım almışam. Yəni ailəmə təyin olunmuş sosial yardımın iki illik müddəti tamam olduğu üçün müraciət edirdim. Müraciətim elektron qaydada 207318000258401 nömrəsi ilə VEMTAS tərəfindən qeydiyyata alındı. Bu müraciətimə bir müddətdən sonra imtina verilib. İmtinanın səbəbidə «ailənin torpağı mülkiyyəti barədə məlumatın gizlədilməsi» göstərilib. Həmin imtinanıda müraciətimə əlavə edirəm.

Verilmiş bu imtina tam qanunsuz və əsassızdır. Ona görə ki, mənim və ailəmə məxsus torpaq mülkiyyətimiz yoxdur. Eyni zamanda qanunvericiliyə əsasən inzibati orqan verdiyi imtinanı əsaslandırmalıdır. Amma nazirlik mənə verdiyi imtinanı əsaslandırmayıb. Çünki əsaslandırsaydı göstərərdi ki, bu torpaq mülkiyyəti aiiləmdə kimə məxsusdur və eyni zamanda imtinada göstərilən torpaq mülkiyyətinin dövlət aktının və ya Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın nömrəsi qeyd olunmalı idi. Burdan məlum olur ki, nazirliyin elektron xidməti verdiyi imtinanı əsassız və qanunsuz verib. Ona görə ki, belə bir torpaq mülkiyyəti yoxdur. Verilmiş bu imtina heç bir real fakta əsaslanmır. Amma mənim subutum var ki, adımıza torpaq mülkiyyəti yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mənə verdiyi arayışda göstərilib ki, mənim torpaq mülkiyyətim yoxdur. Həmin arayışıda müraciətimə əlavə edirəm.

Cənab Nazir!

Üvanlı sosial yardımın təyin olunması üçün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etmişəm. Bu müraciətim elektron qaydada 207318000258402 nömrəsi ilə VEMTAS tərəfindən qeydiyyata alınib. Hələki bu müraciətimə cavab verilməyib.Ona görədə xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürüb tədbir görün ki, mənim bu müraciətimə əvvəlki müraciətim kimi qanunsuz imtina verilməsin".

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər

Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
Deputat Sahil Babayevin işçilərindən Əli Əsədova şikayət etdi - "Əlillik almada süni maneələr yaradılır"
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
Bu gün ünvanlı dövlət sosial yardım ödənişləri veriləcək
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Nazir Siyavuş Novruzovun qardaşının vəzifəsini KİÇİLTDİ
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Sahil Babayevdən yeni TƏYİNAT
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
DSMF qadınların pensiya təyinatı barədə qaydaları AÇIQLADI
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü