Xalqın orduya inanılmaz dəstəyi: Bir ayda 77 milyon manat…
4-11-2020, 14:54
98

Xalqın orduya inanılmaz dəstəyi: Bir ayda 77 milyon manat…

Müdafiə Nazirlyiinin rəsmi məlumatına görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.
Son bir ayda - oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.
“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun Modern.az-a bildirdiyinə görə, qısa zamanda Silahlı Qüvvələrə Yardım Fonduna böyük həcmdə vəsaitin toplanması Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin göstəricisidir:
“Hazırda müşahidə edilən birlik Azərbaycan tarixindəki ən güclü birlik kimi xarakterizə olunur. Vəzifəsindən, məsləyindən, maddi durumundan asılı olmayaraq, hər kəs ordumuza dəstək olmağa çalışır. Hamı istəyir ki, bu qalibiyyətdə damla qədər də olsa payı, qatqısı olsun. Bununla da hər kəs öz əlindən gələn şəkildə qələbəyə töhfə verməyə çalışır”.
Deputat deyib ki, bu halı parlamentdə təmsil etdiyi Füzuli rayonunda da müşahidə edib:
“Bizim rayon sakinləri hansısa formada orduya dəstək olmağa çalışırlar. Hətta elələri var ki, öz həyətindən meyvə dərib göndərir. Bu o demək deyil ki, əsgərlərimizin buna ehtiyacı var, əsla. Sadəcə, insanlarımız hansısa şəkildə onların yanında olmağa çalışırlar. Bu məqamda orduya və Ali Baş Komandana inam çox vacib amildir ki, bu da ən yüksək səviyyədədir.
Fonda yardım edənlərin siyahısına nəzər yetirsək, burada yalnız dövlət qurumları və şirkətlərin adı əks olunmayıb. Çox sayda adi vətəndaşlarımız, pensiyaçıdan tutmuş işsizinə qədər hamı gücü çatan qədər orduya dəstək olur. Burada məbləğ önəmli deyil, əsas məsələnin mənəvi tərəfidir. Bu da birmənalı şəkildə vətəndaşlarımızın orduya, Ali Baş Komandana inamının və birliyin nəticəsi kimi xarakterizə olunmalıdır. Düşünürəm ki, bu birlik qələbə üçün çox vacib idi və biz xalq olaraq buna nail olduq. Bu gün əldə etdiyimiz və qısa zamanda əldə edəcəyimiz qələbələrin əsasını məhz Azərbaycanda bir yumruq kimi müşahidə edilən birlik formalaşdırdı. Xalq orduya, Ali Baş Komandanına inanır, ordu da öz xalqını qoruyur. Qarabağ Azərbaycandır!”.

Oxşar xəbərlər

Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
Zaur Baxşəliyev bu dəfə orduya 30 min yardım etdi
ADNSU kollektivi orduya 200 min manat ianə köçürdü
“Music Gallery” Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 manat ianə ayırdı
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşuldu - Fotolar
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
UEFA Azərbaycan klublarına pul ödədi
Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
“Biz bu gün səngərdəyik!” - “Günay Bank”
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
ARDNF-a indiyədək 155 mlrd. dollara yaxın vəsait daxil olub
Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
Müharibə vaxtı Türkiyədə konsert verən Mətənət İsgəndərlidən AÇIQLAMA
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
Ordumuzun Ermənistana vurduğu ziyan - SİYAHI
Kasıblara qəpik-quruş, zənginlərə milyardlar
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Mehriban Əliyeva bir illik əmək haqqını koronavirusla mübarizə fonduna bağışladı
“Azərsun Holdinq”in qəzəb yaradan qiymət artımı: - Buna hüququ varmı?
DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
İş adamı orduya "Hummer" hədiyyə etdi (FOTOLAR)
“Türk Şurası cəbhəyə yardım göndərib” - Mustafa Rifat
Azərbaycandan Putin və Lavrova məktub
İqtisadi komitənin üzvləri maaşlarının bir hissəsini fonda köçürəcəklər
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
91 YAŞLI QOCAMAN ZİYALI