Dünyada parçalanmış, iki-üç yerə bölünmüş millətlər, xalqlar var. Azərbaycan xalqı da onlardan biridir.
Qısa məlumat üçün qeyd edək ki, Azərbaycanımızın tarixi bizim eradan əvvəllərə gedib çıxır. Yaxın tarixdən bəllidir ki, 1804-cü ildən 1813-cü ilə kimi davam edən Birinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə Azərbaycan torpaqlarının bir hissəsi Rusiyanın tabeçiliyinə keçdi.
Daha dəqiq desək, müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və İrəvan mahalının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. İkinci Rusiya-İran müharibəsindən sonra, yəni 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə bir çox ərazilərimiz də Rusiyaya verildi. Beləcə Araz çayı iki Azərbaycan arasında sərhəd oldu.
Hətta bayatılarımızda da bu kədərlə qeyd olunur: Arazı ayırdılar Lil ilə doyurdular. Mən səndən ayrılmazdım Zülm ilə ayırdılar. Bəzən yerli-yersiz eşidirik ki, filan şair KQB-nin sifarişi ilə filan şeiri yazıb. Yaxşı, bu bayatını da babalarımız, nənələrimiz sifarişlə yazıb..?
4 misrada bir xalqın zülmü, kədəri, dərdi elə ifadə olunub...Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar. Bəli, bizi bir xalq olaraq zülmlə ayırıblar. 1918-1920-ci illərdə qısa müddətli müstəqil Azərbaycan Xalq cümhuriyyəti oldu. Sonra onu Rusiyanın Qırmızı Ordusu məhv elədi. Daha sonra 1945-1946-cı illərdə Cənubda müstəqil Pişəvəri höküməti yarandı, ancaq 1 il sonra İran cəlladları onu məhv elədi, Pişəvərinin özünü isə avtoqəzada öldürdülər. Şükür ki, 1991-ci ildə əldə etdiyimiz müstəqil Azərbaycan Respublikası dünyada öz mövqeyini gücləndirir, torpaqlarımızı işğaldan azad edəndən sonra dünya bizi hörmətlə qəbul edir, iqtisadiyyatımız güclənir, böyük dövlətləri enerji ilə təmin edirik və s. Son hadisələr zamanı Cənubi Azərbaycandakı qardaşlarımız da siyasi fəallıq göstərirlər, öz haqlarını tələb edirlər.
Təsəvvür edirsiniz, İranda bir dəstə erməni öz dilində məktəb aça bilər, amma on milyonlarla sayı olan azərbaycanlılar öz doğma dillərində məktəb aça bilməzlər. Bu XXI əsrdə faşist hərəkətidir.
Son vaxtlar Azərbaycanın əldə etdiyi uğurlar, qardaş Türkiyə ilə yaxınlaşmağımız, Zəngəzur dəhlizi məsələsi, qonşu İranı qarın ağrısına salıb. Hələ İrandakı səfirliyimizə olan terror hücumu heç bir beynəlxalq normaya sığmır. Biz hələ illər uzunu İranın işğalçı Ermənistana verdiyi maddi və mənəvi dəstəyi demirik.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları həmişə mehriban qonşuluq siyasətinə üstünlük verir. Amma qarşılığında İran tərəfi bizim səfirliyin əməkdaşını öldürür. Son vaxtlar Cənubi Azərbaycandakı xeyli soydaşımız repressiyaya məruz qalır. Cənab Prezidentimiz dəfələrlə deyib ki, biz 40 milyon azərbaycanlının hüquqlarını qoruyacağıq. Bəli, biz hətta amansız sovet rejimində belə Cənublu qardaşlarımızı unutmadıq. Yəqin ki, sovetin bərk gedən vaxtında çəkilmiş “Qaçaq Nəbi” filmini unutmayıblar.
Məlumat üçün qeyd edək ki, ermənilərin Moskvaya şikayətinə görə, filmin adı dəfələrlə dəyişib, “Qanlı zəmi”, “Atları yəhərləyin” olub. Bəli, mənfur ermənilər həmişə bizim əl-ayağımıza dolaşıblar. Həmin filmdə Qaçaq Nəbi iranlıya deyir: "Get, o şahənşahına de ki, Arazın o tayı da, bu tayı da mənim doğma el - obamdı". Sovet dövründə bu sözləri demək o qədər asan məsələ deyildi. Hətta onu da deyim ki, sovet senzurası filmə icazə verməyəndə rəhmətlik Mirzə İbrahimov, İsmayıl Şıxlı sovet ordenlərindən, hətta vətəndaşlıqdan imtina etməyi ortaya qoyublar. Bu o dövr üçün əsl qəhrəmanlıq idi. Sonrakı dönəmdə, daha dəqiq desək 1989-cu ildə çəkilmiş “ Doğma sahillər” filmində də bütöv Azərbaycan məsələsi daha kəskin şəkildə qoyulub.
Gəlin, filmdəki rus generalla azərbaycanlı hərbçinin arasındakı dialoqa nəzər salaq: -Rus general - Qurtarın, o tay, bu tay söhbətini…Xam xəyaldır bu arzunuz...həsrətində olduğunuz körpülər çoxdan uçurulub... -Azərbaycanı hərbçi -Su gələn arxa bir də gələr... -Bəsdirin qarışıqlıq saldınız...
Son vaxtlar dilinizin əzbəri olub o tay bu tay... -Bu məmləkətin ağırlığı tarix boyu bizim millətin çiynində olub...
İndi gördünüzmü, təkcə İran mollalarının deyil, rus generallarının da qarnına ağrı dolub...
Sözün qısası, biz bir millət olaraq yenə də mehriban qonşuluq siaysətinə üstünlük veririk. Amma, bu demək deyil ki, biz qanbir, canbir qardaş-bacılarımızı müdafiə etməyəcəyik. Əsla. Biz sonadək onların öz hüquqlarını müdafiə etmələri üçün əlimizdən gələni edəcəyik.
Get, o şahənşahına de ki, Arazın o tayı da, bu tayı da mənim doğma el – obamdı…
13
fevral
14:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Azərbaycan ərazi bütövlüyünü təmin edib” - Türkiyə Prezidenti
Azərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər
Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir
Dünyada koronavirusa yoluxanların sayı 32 milyonu keçdi
Rusiya ilə Çin arasında qaz müqaviləsi imzalandı
İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU
Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - Video
"Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq" - İsrail
Ermənilərə göz dağı – Türkiyənin Ağdı dağı ilə bağlı yeni planı
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi
Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək
"Rusiya Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasında maraqlıdır" - Lavrov
Azərbaycan-İran sərhədində görüş keçirildi
Bu gün 44 günlük deyil, 200 illik savaşın ZƏFƏR BAYRAMIDIR… - Allahın izni, əsgərlərimizin şücaəti və Prezidentimizin rəhbərliyi altında torpaqlarımız azad olundu…
KİV: İran Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşır
“May ayına qədər Əsgəran və Xocalı Azərbaycanın nəzarətinə keçməlidir”
Rusiyada çalışan vətəndaşlarımızın pensiya hüququ tanınacaq
Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamaq istəyir
"Almaniya Rusiyanın əsas tərəfdaşlarından biridir" - Putin
İlham Əliyev İran-Azərbaycan əlaqələrindən DANIŞDI
Azərbaycan və İran Araz çayı ilə bağlı protokol imzalayıb
İşğaldan azad edilmiş sərhəd zastavalarında Azərbaycan bayrağı ucaldılıb
"İran ordusu Azərbaycanla Ermənistan sərhədinə yerləşdirildi
İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir
İran Rusiyaya hərbi yardım göndərir
“İran buna görə cavab verməlidir” - Zelenski
Putin: Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin həlli üçün əlindən gələni edir
İsrail Rusiyaya nota verdi
"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü
- Bu ölkədə son bir ildə 700 məhbus edam edildi
- "İnter"in ən yüksək maaş alan futbolçusu olacaq
- Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var
- Prezident İlham Əliyev Sadır Japarova zəng edib
- Nepalda Rusiya ordusuna adam göndərən 10 nəfər saxlanıldı
- Norman Lir 101 yaşında vəfat etdi
- “Türkiyə Yaxın Şərqdəki münaqişənin həlli üçün zəmanətçi ölkə kimi çıxış etməyə hazırdır” - Ərdoğan
- Əsəbləri sapdan asılı olan 5 bürc: Dərhal onlardan uzaqlaşın, qəzəbləri...
- Uşaqlar qızılca xəstəliyindən bu səbəbdən ölür - Valideynlərə XƏBƏRDARLIQ
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi