Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
5-11-2020, 14:41
205

Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bakı şəhərində yaşıllıq sahələrinə aqrotexniki qulluqda istifadə olunan ləvazimatların, mexanizimlərin və alətlərin satınalınması üzrə 23.10.2020-ci il tarixdə keçirdiyi tenderin qalibi “TAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 254293.89 manat məbləğində satınlma müqaviləsi bağlanıb.Elan olunmuş tenderin əsas şərtlər toplusunda göstərildiyinə görə MMC Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 25 ədəd otbiçən almalıdır.

Qeyd edək ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 14.04.2020-ci il tarixdə elan etdiyi tender də yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin satınalınması üzrə keçirilib və “Proqres” Xüsusi Firması ilə 49866.8 manat məbləğində müqavilə bağlanmışdır.Görsənən odur ki,Birlik tərəfindən bir neçə ay ərzində yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin satınalınmasına 304160 manat vəsit ayrılıb.

Amma apardığımız araşdırmalara görə görə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ötən ol də yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin satınalınması üzrə bir tender də keçirmişdir.Bu tenderin nəticəsi isə 11.10.2019-cu il tarixdə elan olunub və “XİMEKSPRESS-2000” Firması ilə yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının satın alınması üçün 2870751.16 manat məbləğində müqavilə bağlanılıb.

“XİMEKSPRESS-2000” Firması ilə 08.10.2019-cu il tarixdə bağlanmış başqa bir müqaviləyə görə firma Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 226397.16 manat məbləğində gübrə almalı olub.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən ilin fevralında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovu işdən çıxarmışdı. Eldar Əzizovun müvafiq əmriylə Elşən Məmmədzadə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru təyin edilmişdir.Əldə etdiyimiz məlumatlara görə Elşən Məmmədzadə keçmiş direktordan fərqli olaraq bu vəzifəyə sıradan biri olaraq təyin edilib.Bu təyinatla verilən məlumatlara görə Eldar Əzizov birliyə tam nəzarət etmək və gizlin işlərini həyata keçirmək məqsədi güdüb.Belə ki,Birlik son bir ildə yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin satınalınmasına 3174911 manat vəsait ayırıb.Yuxarıda qeyd etdiyimiz kimi bu məbləğin 2870751.16 manatı ötən ilin oktyabrında ayrılıb. Cəmi bir ildən sonra yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin,əkin materiallarının satınalınmasına 254293.89 manat dövlət vəsaitinin ayrılması nə dərəcədə həqiqətə uyğun bir haldır.Bu qiymətlər reallığı əks etdirmir.Bağ təsərrüfatına quluq etmək üçün lazım olan avadanlıqlar nələrdir? Təəssüf ki,tenderin əsas şərtlər toplusunda alınan malların siyahısı göstərilməyib.Amma bizim bildiyimizə görə bağ təsərrüfatına qulluq etmək üçün tələb olunan avadanlıqlar üçün 3 milyon manat həddindən artıqdır.

Qeyd edək ki,Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qalib elan etdiyi MMC-lərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxınlığı ilə tanınırlar. Eldar Əzizov hələ Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı olarkən burada keçirilən tenderlərin böyük əksəriyyətinin qalibi “XİMEKSPRESS-2000” Firması olub.Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu firmanın indidə burada qalib olması üzərində zənnimizcə baş sındırmağa dəyməz.

“TAM GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini rəhbəri də çox güman ki,Eldar Əzizova yaxın olan şəxslərdəndir.2016-ci ildə dövlət qeydiyyatına alınmış,nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin qanuni təmsilşisi Ələkbərov Azər Avtandil oğludur.MMC-nin analıji işlərdə təcrübəsinin olub olmaması barədə məlumatların olmaması,onun bu günə qədər heç bir tenderin iştirakçısı olmadığından görsənir.Bu isə saatınalmalar haqqında qanunu tələblərinin pozulması deməkir.

Qeyd edək ki,yaşıllıq sahələrinə qulluq üçün bağ ləvazimatları və mexanizmlərin,əkin materiallarının satınalınması üçün ayrılmış dövlət vəsaitlərindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olaraq Eldar Əzizova nə qədər “otkat” verildiyi bəlli olmasa da,Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Elşən Məmmədzadənin həyatına yeniliklər gətirdiyi artıq bəllidir.

Əldə etdiyimiz ən son son məlumatlara görə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Elşən Məmmədzadəni tutduğu vəzifədən kənarlaşdıraraq özünə daha yaxın şəxslərdən olan olan,İcra Hakimiyyətində maliyyə sektorunda çalışmış Həsrət adlı bir şəxs təyin edilib. Yuxarıda qeyd etdiyimiz kimi,Elşən Məmmədzadə sıradan bir şəxs olduğunda təyin olunduğu vəzifədə çox qala bilməyib.Eldar Əzizovun yeni kadrı haqqında isə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Oxşar xəbərlər

Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Bakıda maşınlar irigövdəli ağacın altında qaldı
Bir manatlıq şirkətə milyonluq tender verildi
“AzerGold” şirkətində müdhiş korrupsiya faktı - İTTİHAM
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Psixiatriya Xəstəxanasında tender oyunu
Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Bakının Zığ qəsəbəsində 56 ev söküləcək
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Nazirlik 1 milyon manatlıq dərman alır
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Meriyadan milyonlar talayan məmur-YENİ HƏBSLƏR GÖZLƏNİLİR....-YENİLƏNİB-VİDEO
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Camaat canının hayına qalanda...
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi