Şirvan Şəhər Məhkəməsinin sədri, Etibar Hümbətov narkotacir Samir Qasımovu azadlığa buraxmaq istəyir...
03
mart

Bir neçə ay öncə, Şirvan Şəhər Polis bölməsinin keçirdiyi əməliyyat nəticəcində bir neçə şəxs həbs olunmuşdur. Bunlardan İqbal Mikayılov, Samir Qasımov barələrində həbs qəti-imkan tədbiri seçilmişdir.
Bir müddət sonra İqbal Mikayılov kimlərinsə vasitəsilə ev dustaqlığına buraxıldı.
Hal-hazırda bu saatlarda narkotik maddələrin satışı ilə məşğul olan, Samir Qasımovu CM-nin 234.4.3 maddələri ilə (külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün) həbs qəti-imkan tədbirini ev dustaqlığına dəyişmək istəyirlər.
Bundan əvvəl isə İqbal Mikayılov üzərində olan həbs qəti-imkan tədbirini ev dustaqlığına dəyişdirtdirərək azadlığa çıxmışdır. Bu dəqiqələrdə, İqbal Mikayılov yaxın adamı (podelniki) Samir Qasımovun həbs qəti-imkan tədbirini, dostu Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətovun köməkliyi ilə dəyişdirərək ev dustaqlığına çıxarmaq istəyir.
Onu da bildirək ki, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov İqbal Mikayılova yaxınlığı ilə tanınır. Çox güman ki, Etibar Hümbətov narkotacir Samir Qasımovun azadlığa çıxmasına şərait yaradacaq.
Hal-hazırda Şirvan Şəhər Məhkəməsində məhkəmə prosesi gedir.
Mövzunu diqqətdə saxlayacağıq.
OXŞAR XƏBƏRLƏR