"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
7-11-2020, 11:05
46

"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM

Təəssüf ki, Azərbaycanda çox zaman böyük miqyaslı tenderlərin və dövlət satınalmalarının cəmiyyət üçün tanış olmayan, müəmmalı şirkətlər tərəfindən qazanılması adi hala çevrilib. Adətən belə şirkətlərin çoxu ilə internet üzərindən əlaqə yaratmaq, yaxud hansısa formada fəaliyyəti barədə ətraflı məlumat almaq mümkünsüz olur. Yalnız mətbuatda dərc edilən məlumatlardan aydın olur ki, hansısa “X” şirkəti hansısa dövlət qurumunun növbəti dəfə milyonluq tenderinin qalibi olub, vəssalam…

DİA.AZ bildirir ki, bu dəfə də Tovuz Rayon İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb. İcra Hakimiyyəti Tovuz rayonunda büdcədən kənar vəsait hesabına yolların əsaslı təmiri işlərinin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "AZƏRTRANSS" MMC olub. İcra Hakimiyyəti qalib şirkətə 336 min 044 manat ödəyəcək.

Deyəcəksiniz ki, nə olsun... hansısa şirkət udmalıdır da bu lənətə gəlmiş tenderi... Amma aparılan qısa araşdırmadan aydın olur ki, sən demə, bu “Azərtranss” MMC icra hakimiyyətlərinin sevimlisidir.

Bu ilki faktlar oxucularımız üçün hələ unudulmadığından “Azərtranss” MMC-nin icra hakimiyyətləri ilə təkcə 2019-cu ildə hansı işləri gördüyünü dia.az olaraq diqqətinizə təqdim edirik və buradan özünüz nəticə hasil edin...

Keçən ilin yanvar-dekabr aylarında Qazax rayonunda müvafiq qurumlar tərəfindən ümumi məbləği 3 milyon 246 min 123 manat olan 29 tender keçirilib. Məlumatda diqqət cəlb edən məqamlardan biri iri məbləğli üç tenderin qalibinin bir şirkət – “Azərtranss” MMC olmasıdır. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791.158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669.467 manat və yolların təmir işləri üçünsə 530.040 manatlıq tenderlərin qalibi olub. Bu, üst-üstə 1 milyon 990 min manat, yəni az qala 2 milyon manat deməkdir.

Maraqlıdır ki, həmin bu şirkət qısa müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyətinin də tenderlərini udub. Belə ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün avqust ayında "Azərtranss"-la 933 min 623.8 manatlıq müqavilə bağlanıb. Bunun üzərindən 3 ay keçməmiş həmin şirkətlə yenə sözügedən icra hakimiyyəti binasının təmirilə bağlı daha bir – 288.215 manatlıq müqavilə imzalanıb. Bu da üst-üstə 1 milyon 300 min manata yaxın vəsait deməkdir. Hansı ki, bu vəsaitlə nəinki bir tikilini təmir etmək, bəlkə də iki normal icra hakimiyyəti binası tikmək olar…

"Azərtranss"-ın adı bunlarla yanaşı Meliorasiya və Su Təsərrüfatı ASC-dən tutmuş "Azəristiliktəchizat" ASC-yə qədər bir çox qurumların iri, milyonluq dövlət satınalmalarında da keçir. Məsələn, şirkət bu il təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin qalibi olub. Lakin bu şirkətlə bağlı əldə edə bildiyimiz məlumat yalnız odur ki, “Azərtranss” MMC-nin hüquqi ünvanı Qazax şəhəri Heydər Əliyev küçəsi, qanuni təmsilçisi Qasımov Adil Məmməd oğludur. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.

Əlbəttə ki, belə bir şirkətin eyni zamanda bir neçə rayonda milyonlarla dəyəri olan böyük layihələri həyata keçirə bilməsi, iri həcmli işlər görməsi fiziki cəhətdən kifayət qədər müəmmalı görünür. Digər tərəfdən, müxtəlif dövlət qurumlarının hansı xüsusiyyətlərinə görə məhz bu şirkətə üstünlük verdikləri də maraq doğuran məsələlərdəndir...

Ümumiyyətlə, tenderlər və dövlət satınalmaları sahəsindəki vəziyyət göstərir ki, Azərbaycanda inhisarçılığın və məmur oliqarxiyasının qarşısının alınması, eləcə də büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə nail olunması üçün hələ çox işlər görülməlidir...

Oxşar xəbərlər

Qubadlıda abadlıq işini bu şirkət həyata keçirəcək - Tender
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Bir manatlıq şirkətə milyonluq tender verildi
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Səhiyyə Nazirliyinin sevimli şirkəti 4,8 milyard vergi borcunu dövlətə ödəyibmi? - Tükürpədici faktlar..
"BakuBus" yarım milyon manatlıq geyim ALIR
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI