Aldadıb ər tutmaq, arvad işidir… - Səbail rayon prokurorunun köməkçisi Azər Əbdülovun əməlləri…
15
mart

Azər Əbdülov şikayətçiləri və haqq-hesabı restoranda qəbul edir…
Səbail Rayon Prokuroruluğunda baş verən qanunsuzluqlar və digər neqativ hallar sözün həqiqi mənasında hüquq-mühafizə orqanlarının adına başucalığı gətirmir, əksinə mühüm dövlət qurumunun imicinə kölgə salır.
Rayon prokuroru Natiq Əsədovun köməkçisi, əslən Şuşadan olan Azər Əbdülovun əməlləri isə prokurorluq adına qara ləkədir. Tanıyanlar yaxşı bilir ki, bu adam tələbə vaxtı ən zəif tələbə olub, qiymətləri isə həmişə aşağı olub.
Bir sözlə, Azər Əbdülov tələbə yoldaşları arasında sözün geniş mənasında ən aşağı səviyyəli tələbə olub. Amma sonra kiminsə köməkliyi ilə prokuror köməkçisi ola bilib. Azər Əbdülovun yaxın çevrəsi gözəl bilir ki, bu adam bir çox oyunların, əsasən stolüstü oyunların və yeyib-içməyin aludəçisidir. Azər Əbdülovun vaxtı daha çox Badamdar qəsəbəsindəki Ev restoranı deyilən məkanda keçir. Təsəvvür edirsiniz, prokurorun köməkçisi şikayətçiləri də restoranda qəbul edir, haqq-hesabı da restoranda həll edir. Əgər Azər Əbdülovun əməlləri ciddi araşdırılsa, onun çox qanunsuz fəaliyyəti ortaya çıxacaq.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Azər Əbdülov müxalifət düşərgəsinə rəğbəti olanlardandır, hətta bu yaxınlarda AXCP sədri Əli Kərimovun qohumlarına da dəstək olub, kömək edib. Bizim konkret olaraq Azər Əbdülovun personası, onun özəl həyatı ilə problemimiz yoxdur. Biz tələb edirik ki, cəmiyyət rüşvətxorlardan təmizlənməlidir. Hüquq-mühafizə orqanlarında çalışanlar cəmiyyət üçün nümunə, örnək olmalıdırlar. Amma Azər Əbdülov kimilər kiminsə xahişi, yaxud pay-püşü ilə kimləırinsə hüquqlarını pozursa, beləsinə cəmiyyətdə yer olmamalıdır. Ona görə də Azər müəllimə müraciətlə deyirik ki, səndən o məsələni xahiş eləyənin də, ondan rüşvət alanın da, onu xahiş edənin də, bu xahişi eşidənin də, nəyinsə müqabilində qərar verənin də, lap var-yoxuna, olub-qalanına...salam olsun.
Azərin böyüyü, yəni Səbail rayonunun prokuroru Natiq Əsədovla bağlı bizim üçün nə qədər ağır olsa da deməyə məcburuq ki, heyf səndən general, heyf səndən Məhəmməd Əsədov, gör ləyaqət simvolu olan kişinin yurdunda kim qalıb. Müdriklər demişkən, oddan kül... Mən birinci dəfə ali təhsil alanda ilk dəfə cənab general Məhəmməd Əsədovla görüşmüşəm. Onu hamı sözü bütöv, ləyaqətli, vicdanlı, ədəb-ərkanlı dövlət xadimi, bir sözlə KİŞİ ADAM kimi tanıyırdı. İlk görüşümüzdə mənə dediyi söz də yadımdadır: Məktəbi bitirən kimi, ən azı sahə müvəkkili olacaqsan. İndi görün o boyda kişinin yurdunda kim qalıb.
Ümumiyyətlə, kimliyindən, nəçiliyindən, pulundan-varından, vəzifəsindən asılı olmayaraq kişi verdiyi sözə sahib çıxmalıdır. Kişi verdiyi sözlə, öz ləyaqətini girov qoyur, əgər sözündən qaçsa LƏYAQƏTİ batır. Bizim Zəngilan camaatı sözündən qaçan adamı qəbul etmir, onun adını öz siyahılarından silir.
Möhtəşəm “Dədə Qorqud” dastanımızda deyilən kimi: Aldadıb ər tutmaq, arvad işidir. Biz elimizin-obamızın dəyərli kişilərinə hörmət və ehtiramla yanaşırıq, ancaq sözündən qaçanlara yox.
OXŞAR XƏBƏRLƏR