Mustafa Yıldırımın başına gələnlər hər bir əcnəbi vətəndaşın başına gələ bilər…
Bakı TV.az” İnternet Televiziyası olaraq 10 gün öncə Türkiyə vətəndaşı olan, “Mustafa Yıldırım” şirkətinin sahibi Mustafa Yıldırımın ofisində Azərbaycan vətəndaşı Zaur Hüseynov tərəfindən qəddarcasına döyülməsi, təhqir olunması barədə zərərçəkənin öz dilindən məqalə yazaraq olayı ictimailəşdirmişik və hadisənin videosunu paylaşmışıq.
Bir neçə gün sonra mövzuya yenidən qayıdaraq millətimizə, dövlətimizə başucalığı gətirməyən bu cinayət əməlinin obyektiv araşdırılması üçün dövlətin mühüm hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışıq. Amma hadisədən və bizim müraciətimizdən xeyli vaxt keçsə də, dövlət qurumları tərəfindən heç bir konkret reaksiya yoxdur. Bizim yeganə məqsədimiz dövlətimizin imicini qorumaq, eyni zamanda Qarabağ müharibəsində bizim yanımızda olan türk qardaşımızın yanında olmaqdır.
Təəssüf ki, 10 gün müddətində Mustafa Yıldırımı çağırıb baş verən olayla bağlı maraqlanan olmayıb. Sanki belə də olmalıdır. Sonra da deyirik ki, xarici mediada-filanda barəmizdə yazırlar. Cənablar, yazacaqlar dəə, gözümüzün qabağında Türkiyə vətəndaşını, iş adamını döyürlər, heç bir dövlət qurumu maraqlanmır, adicə bir izahat almağa dəvət etmirlər. Fərz edək ki, döyülən heç Türkiyə vətəndaşı deyil, Kanada, yaxud İsveç vətəndaşıdır. Onda da eyni hal olacaqdı. Yaydığımız video istintaq üçün konkret materialdır.
Biz hələ tərəflərin telefon danışıqlarını əks etdirəm SƏS yazılarını demirik. Bütün bunlara görə, biz bir media olaraq yenidən, 3-cü dəfə bu mövzuya qayıtmalı olduq. Yəqin ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən ədalətli mövqe olana kimi bu mövzunu davam etdirməli olacağıq. Xatırlatma üçün qeyd edək ki, Bakıda döyülən 55 yaşlı Türkiyəli iş adamı, “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırım BakıTV.az İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciət edərək hüquqi və media dəstəyi istəmişdi:
“Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olunmağım ictimailəşdirilsin. Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Biz də bu müraciətdən sonra xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu.
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edirdi, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkirdi. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən Elnur Abbaszadə bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyirdi.
Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü 55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edirdi. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir.
Yəni biz bir media olaraq mümkün olanları etməyə hazırıq ki, türk qardaşımızın hüququ və ən əsası dövlətimizin imici qorunsun.
Bizi izləyin. BakıTV.az İnternet Televiziyası
Niyə susursunuz, cənablar…? - Bakının ortasında, ofisində Türkiyəli iş adamı döyülüb, amma dövlət qurumları susur…
16
mart
17:43

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
Mustafa Şentop Azərbaycanda - FOTO
Milli Məclisdə operativ qərargaha tənqid: “Toylar keçirilməlidir”
Cavanşir Məmmədovun qızından şok: Türk ərini həbs etdirdi - 240 MİNLİK QALMAQAL
Türk müğənni zəlzələdə 25 qohumunu itirdi - FOTO
Mustafa Kamal Atatürkün anım günüdür
Sabiq nazirin oğlunun oturuşu tənqid olundu - Məkanda polkovnik də var (FOTO)
Zərərçəkən 30 min, məhkəmə 4600 manat deyir... - NARAZILIQ!
Mustafa Sandal Yeni İldə Bakıda OLACAQ
Mustafa Şentop Azərbaycana gəldi
Bakıda şirkət rəhbərini şantaj edib 200 min aldılar
Mustafa Sandal zəlzələ bölgəsinə 700 qızdırıcı göndərdi
“Türk Şurası cəbhəyə yardım göndərib” - Mustafa Rifat
Mustafa Şentop Əli Əsədovla görüşdü - FOTO
Qarabağ Qazisi AĞIR DURUMDA - Nazirlik isə deyir ki...
Sabah Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi” imzalayacaq
Cavanşir Məmmədovun külli miqdarda pulunu mənimsəyən türk vətəndaşı məhkəmə qarşısında
“Hər an müharibə başalaya bilər”
Əri tərəfindən şiddətə məruz qalan aktrisa 15 dəqiqədə boşandı - Foto
Prezident Mustafa Şentopu qəbul edib
Mustafa Ceceli Bakıda hansı məşhurun toyunda oxuyub?
Binəli Yıldırıma ağır itki
Keçmiş baş nazirin həbsinə order verilə bilər
Deputat Bakının tıxac problemindən DANIŞDI
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
Mustafa Şentop Azərbaycan xalqını təbrik edib
Dövlət Xidməti vətəndaşı ÇIXILMAZA SALIB... - Burası AZƏRBAYCANDIR!
- Makronun reytinqi 30 faizdən aşağı düşdü
- 2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var - Putin
- İtaliya səfirliyi Azərbaycanı təbrik ETDİ
- Həmkəndlisini öldürməyə cəhd edən şəxs TUTULDU
- Ermənistan və Rusiya XİN rəhbərləri martın 20-də Moskvada danışıqlar aparacaq
- Fransada etirazçılar partiya prezidentinin ofisini dağıtdılar
- Qazaxıstanın 15 vilayətində seçkilər başa çatdı
- Zaqatalada 38 yaşlı kişi intihar etdi
- “Yaxın aylarda “Akkuyu” AES-in ilk enerji bloku işə salınacaq” - Ərdoğan
- Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır
- Ərdoğan qaz qovşağının açılış vaxtının dəyişdirildiyini açıqladı
- Pakistanda əhaliyə toplaşma qadağası qoyuldu
- “Karqa-Qarqa Şəmil” millətimizə və dövlətimizə necə TOY TUTUB..? - “Karqo Şəmil” ona borcu olanları necə və harada “nakazat” edir..?
- Azərbaycan nefti ucuzlaşdı
- İtaliyada dünyanın ən uzun asma körpüsü tikiləcək
- Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb
- Naxçıvanda Türkiyə vətəndaşları arasında - Kütləvi dava
- Türkiyədəki zəlzələdə sağ qalanlara bunu edənlər cəzalanacaq
- Bir il ərzində üç mindən çox rusiyalı Gürcüstan vətəndaşlığı alıb
- Daha bir sosial platforma Trampa qoyulan qadağanı götürdü
- Yuxu ömür uzunluğuna necə təsir edir?
- Demet yayılan xəbərlərə üsyan etdi
- “Karlo heyrətamiz insandır” - Robert Levandovski
- “365 gün”ün ulduzu zəlzələ qurbanlarına baş çəkdi