Hazırda məmur övladlarının dövlət hesabına xarici ölkələrdə təhsil alması məsələsinə keçməzdən öncə yaxın tariximizə qısa bir ekskurs edək.
Yaşlı nəsilin yaxşı yadındadır ki, 1969-cu ildən sonra, yəni Ulu Öndərimiz Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçiləndən sonra xeyli sayda azərbaycanlı gəncin müxtəlif respublikalarda ( hazırda xarici dövlətlərdir ), Moskvada, Leninqradda ( indiki Sank Peterburq ), Kiyevdə oxumaları üçün yüksək şərait yaratdı. Həmin gənclər yüksək təhsil alaraq Azərbaycana qayıdıb xalqımıza xidmət etməyə başladılar. Onların içərisindən tanınmış alimlər, professorlar, akademiklər yetişdi. Neçə ildir ki, həmin siyasəti cənab Prezidentimiz İlham Əliyev davam etdirir. Və son 15-20 ildə minlərlə azərbaycanlı gənc dövlət hesabına dünyanın məşhur universitetlərində təhsil almağa göndərilib. Bu gənclər təkcə müəyyən ixtisaslara deyil, həm də əcnəbi dillərə mükəmməl yiyələnir, obrazlı desək dünyanı görüb qayıdırlar və millətimizə xidmət edirlər. Bir tələbənin xarici ölkədə təhsil alması üçün Azərbaycan dövlətinin nə qədər pul xərclədiyini dəqiq bilməsək də, amma təxminən bilirik ki, söhbət böyük məbləğdən gedir.
Çox təəssüf ki, cənab Prezidentin bu xoşməramlı təşəbbüsündən də bəzi məmurlar özləri üçün istifadə edirlər. Belə ki, Azərbaycan dövlətinin hesabına xarici ölkələrdə təhsil alan məmur övladları təhsili başa vurduqdan sonra vətənə qayıtmırlar. Amma əslində dövlətin pulu hesabına xaricdə təhsil alan məmur övladı ilk öncə vətənə qayıdıb borcunu ödəməli, millətə xidmət etməlidir. Əks təqdirdə Azərbaycan dövləti niyə məmur övladına yüz minləri xərcləməlidir..?
Beləliklə xaricdə təhsil adı altında məmurlar öz övladlarını ölkədən çıxarırlar. Bu elə-belə, sadə məsələ deyil, çox incə məsələdir.
Bəli, Azərbaycan dövlətinin və xalqının hesabına qısa vaxtda milyonçuya çevrilən məmurlar öz sərvətləri, milyonları üçün narahatdırlar və buna qarantiya-zəmanət axtarırlar. Bunun üçün övladlarını ölkədən çıxartmaqla bərabər, dövlətdən oğurladıqları milyonları da xaricə çıxarırlar. Daha dəqiq desək, məmurların xaricdə təhsil alan övladları həmin ölkələrdə biznes qururlar və qısa vaxtda milyonluq sərvətə sahib olurlar. Bir soruşan yoxdur ki, parta arxasından təzəcə duran bu növcavan məmur oğlu, məmur qızı qısa vaxtda necə milyonlara sahib oldu..?
Əslində həmin pullar məmurların xalqdan və dövlətdən oğurladığı milyonlardır. Sadəcə, o pulları xaricə köçürüb övladlarının şirkətlərinə yatırırlar. Vəssəlam. Bu qədər sadə və bəsit.
Deməli, dövlətin məmur övladının təhsili üçün ayırdığı pul havayı gedir və üstəlik məmur oğlu-qızı, atasının xalqdan oğurladığı milyonları xaricdə belə demək mümkünsə, “leqallaşdırır”, yuyur. Həmin məmur övladlarının bir çoxu hətta xarici ölkənin vətəndaşlığını qəbul edir, böyük mülkiyyət sahibi olurlar. Dəyən zərbə isə Azərbaycana dəyir. Biz hələ məmur övladının hərbi xidmət keçməməsindən və başqa məsələlərdən danışmırıq.
Sözümüzün canı odur ki, məmur övladları dövlətin pulu hesabına xarici təhsildən tramplin kimi istifadə edərək ölkədən çıxırlar və atalarının milyonlarını da özləri ilə aparırlar.
Biz bir media qurumu olaraq bu məsələni ciddi araşdırıb layihə halında işləmək istəyirik.
Ümid edirik ki, ortaya qoyacağımız “Xaricdəki məmur övladları” adlı layihə cəmiyyətdə maraqla qarşılanacaq. Bizi izləyin.
Layihəmizin ilk qonağı İsmət Abbasov və övladları yazısı olacaq.
Dövlətin hesabına xaricdə təhsil alan məmur övladları... - Bu məmur övladları vətənə qayıtmır və atalarının oğurladığı milyonları biznesə yatırır...
27
mart
11:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
BNA-qafalı Təhsil naziri: Emin Əmrullayevdən skandal açıqlama
"O, azərbaycanlı məktəblilər üçün örnəkdir" - Prezident
STUDY IN TURKEY şəhid övladlarını xaricdə pulsuz oxutdurur
Azərbaycanlı tələblər Rusiyada peyvənd oluna bilər - Nazir
Bu tələbələr dövlət hesabına təqaüd ALACAQ
Koronavirusa görə ölkəyə gətirilən həkimlər burada qala bilərlər - RƏSMİ
Məmur DÖVLƏT-dən oğurladığı milyonlar hesabına tikdiyi obyekti DÖVLƏTƏ İCARƏYƏ verir… - Yaponiyanın ölkəmizdəki səfirliyinin binası hansı məmurun mülküdür ?
Xaricdə təhsil almaq üçün müsahibə mərhələsinə başlanılıb
Bu tələbələrin təqaüdləri artırıldı - Prezidentdən SƏRƏNCAM
İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı - SƏRƏNCAM
Əmrullayevin bu işdə nə qədər İŞTİRAKI VAR? - İLGİNC
Bu gün sabitlik və stabillik Azərbaycana hava-su kimi lazımdır... Ölkədəki sabitliyin əksi XAOSDUR... Sabitlik olmadan inkişaf ola bilməz...
Şəhid qızının xaricdə təhsil haqqı ödəndi - Video
Azərbaycanda neçə əcnəbi təhsil alır?
İlham Əliyev Dövlət Proqramını təsdiq etdi - SƏRƏNCAM
XXI əsr Azərbaycanının qurucusu İlham Əliyev...
“Elə addımlar atmalıyıq ki, ən hazırlıqlı ölkələr sırasında olaq” - İlham Əliyev
Qardaşlardan biri MİDA-ya, o biri QİDA-ya, o biri isə…- Atəş Təhməzov dövlət çevrilişində iştirak etmişdi…
İrəvanda məmur və yüksək çinli zabitlərin oğulları arasında qanlı dava
"Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər" - Komitə sədri
"Quru sərhədlərin bağlı olması və AZAL-ın qiymətlərinə görə tətildə Azərbaycana gələ bilmədilər"
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Azərbaycanda tanınmış alim vəfat edib
"Uşağın günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir" - Təhsil naziri
Rütbələr içində seçilir biri, Hamıdan ucadır alimin yeri…. - Məmurdan alim olmaz, cənablar….
17 yaşlı azərbaycanlı dünyanın ən nüfuzlu biznes universitetinə qəbul olundu (FOTO)
“Onları azərbaycanlı kursantlar kimi peşəkarcasına yetişdiririk“ - General
Nazirdən təhsil alan müharibə iştirakçıları ilə bağlı TAPŞIRIQ
- Depressiyadan qurtulmağın 3 əsas yolu
- “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib
- Bu qız ömrü boyu bir dəfə də gülümsəməyib
- Bu ilin trend olan ətək modelləri
- Məşhur müğənni mərhum anasının yerinə Həccə getdi
- "Qalatasaray" Aleks Sandronu transfer edə bilər
- Suya qərq olan Xersondan son vəziyyət - VİDEO
- Rişi Sunak ABŞ-yə getdi
- “Spokoynoy noçi, malışi”nin yaradıcısı vəfat edib
- Ərdoğan Zelenski ilə bunları müzakirə etdi
- "Lənkəranski"nin sağ əli "kor Hüseyn" dünya səyahətinə ÇIXDI
- "Regionda bu məsələdə mühüm irəliləyiş əldə olunub" - Paşinyan
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar